«Mən özüm azəriyəm», - deyə öz rəsmi FB səhifəsində pərəstişkarlarına müraciət edən müğənninin qısa bir statusu 4 minə yaxın «Like» qazanıb, şərhlərin ardı-arası kəsilmir.
«Qardaş, bacı, bu sözlər bizim ölkəmizdə gedib lap dağların dalına. Sənə qurban olum. Mən özüm azəriyəm, bu sözlərə inansan, bilərsən ki, ürəyim yanır...» kimi təsirli sözlərinə fars, ingilis və Azərbaycan dillərində ziddiyyətli şərhlər gəlir. Ona rəğbət sözləri ilə yanaşı, kinayə və ittihamlar da yazırlar.
Nə yazır Ququş, Ququşa nə yazırlar?
Verilişin qonaqları müğənni Aybəniz Haşımova və şair Sayman Aruz olub.
- Ququşu bu statusu yazmağa vadar edən səbəb nə idi?
Sayman Aruz: - Ququş Təbrizdəki zəlzələ qurbanlarına görə Türkiyədə xeyriyyə konserti verib. Bu konsertdə də bir lətifə danışıb. Lətifə türklərlə, azərbaycanlılarla bağlı olub. Bu da azərbaycanlılar tərəfindən birmənalı qarşılanmayıb. Ququş da öz rəsmi «Facebook» səhifəsində bunları yazıb ki, o, özü də azəridir, adamları güldürmək istəyib.
- Amma ona gələn şərhlər arasında bu lətifəni təhqir kimi yox, adi zarafat kimi qiymətləndirənlər də olub.
- Bir insan, bir millət özünü tənqid edə bilirsə, deməli, inkişafa ümid var. Amma ona gələn tənqidi şərhlərdə də haqlı olanlar var ki, öz millətini niyə ələ salırsan.
Aybəniz Haşımova: - Azərbaycan xalqı Ququşu öz balası qədər sevib ki, bu incikliyin səbəbləri ondan dolayısı yaranır. Haqqı da var, xalqdan bu qədər sevgi almış müğənni hər zaman da xalqına sahib çıxmalıdır.
Sənətkardan ona verdiyimiz sevginin qarşılığını istəyirik. Sənətkar artıq ailəsinin deyil, bütün xalqındır.
- Bəs sənətkar dünyanın olanda necə?
- Lap gözəl, onda öz xalqını bütün dünyada tərənnüm etməlidir.
Sayman Aruz: - Bir ziyalı öz xalqının simvoludursa, millətini dəyərləndirməlidir. Sağ olsun, Ququşun o qədər gözəl özəllikləri var ki, o konsertdə təhqir elementi olan lətifə danışmasından keçmək olar. Sadəcə onu deyim ki, zaman çalxalandıqca, Ququş da biləcək ki, xalqı onun dilindən məhrumiyyətləri barədə danışmasını istəyir.
Aybəniz Haşımova: - Müğənni çalışmalıdır ki, xalqın musiqiləri, mədəniyyətini dünyaya çatdırsın. Ən böyük vasitə onun oxuduqlarıdır. Ququş zarafatlarına da diqqət yetirsin. Amma bir şeyi də demək istəyirəm ki, onun üstünə belə hücum etməklə, bu təzyiqlərlə bir azərbaycanlını itirə bilərik.
azadliq.org

Комментариев нет:
Отправить комментарий