Əhmədinejad: “Qərb və ABŞ baharı” yoldadır”
İran ABŞ-ın təyyarədaşıyan gəmilərini vurmaq üçün xüsusi raket istehsal edib.
Teleqraf.com-un verdiyi məlumata görə, raket Çin istehsalı olan DF-21i modelinin kiçik variantıdır. 30 km uzaqlıqdakı hədəfi vurmaq qabiliyyətinə malik raket bu yaxınlarda uğurla sınaqdan keçirilib.
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-mayor Məsud Cəzayiri bildirib ki, ölkədə mədəniyyət və iqtisadi sahələrdəki düşmən təxribatlarının qarşısını almaq üçün bütün təşkilat və quruluşlarda “yumşaq müharibə qərargahları” yaradılmalıdır”. Onun sözlərinə görə, ABŞ və Avropa ölkələri İrana qarşı iqtisadi müharibə başladıb.
İran Silahlı Qüvvələri Quru Qoşunlarının komandanı, general-mayor Əhmədrza Purdəstan deyib ki, ABŞ Əfqanıstan və İraqdan sonra, yəni iki il əvvəl Tehrana hücum etməyi planlaşdırıb. Onun sözlərinə görə, İran Silahlı Qüvvələrinin gücü ABŞ-ı bu fikrindən daşındıra bilib.
ABŞ dövlət katibinin sabiq müavini Nikolas Börns vurğulayıb ki, ABŞ İranla birbaşa görüşməlidir. “The Boston Globe” qəzetinin yazdığına görə, Nikolas Börns deyib ki, İranla yaranmış gərginliyin qarşılıqlı şəkildə təhlil edilərək aradan qaldırılması üçün bu ölkənin rəsmiləri ilə birbaşa əlaqə yaradılması daha yaxşı olardı. Onun sözlərinə görə, İsrailin İrana qarşı hər cür hərbi müdaxiləsinin qarşısı qətiyyətlə alınmalıdır: “Bunu üçün növbəti prezident seçkilərində qələbə çalacaq namizədin ilk mərhələdə Cimmi Karterdən sonrakı nazirlərin edə bilmədikləri addımı atması lazımdır, yəni İran rəsmiləri ilə birbaşa görüşməslidir”.
Nikolas Börns vurğulayıb ki, ABŞ ikinci mərhələdə İranın nüvə proqramını tanıyan, lakin bu ölkənin nüvə silahı əldə etməsinin qarşısını ala biləcək bir sıra layihələr hazırlayır.
İranın prezidenti Mahmud Əhmədinejad Ümumdünya Qüds Günü münasibətilə Tehran Dövlət Universitetində çıxışı zamanı ABŞ və Qərb ölkələrini tənqid atəşinə tutub. O bildirib ki, başlanğıc olan “Ərəb baharı”nın davamında “Qərb və ABŞ baharı” da yoldadır: “Qərb ölkələrinin siyasi xəttini yürüdən bəzi bölgə ölkələrinin düşmənlərlə dostluq etməsi onların adına ləkədir”.
İranın prezidenti deyib ki, İsrailin sui-qəsdlərinə qarşı ayıq olmaq lazımdır: “İsrail Yaxın Şərq hövzəsini işğal etmək üçün bir vasitədir. Yeni Orta Şərqmi istəyirsiniz? Biz də istəyirik. Ancaq yeni Orta Şərqdə ABŞ və İsrail olmayacaq. Bu qeyri-legitim rejimin mövcudluğu bütün bəşəriyyətə qarşı həm hörmətsizlikdir, həm də bütün xalqların şəxsiyyətinə xələl gətirir. Hazırda İsrailə və onun mövcudluğuna qarşı mübarizənin aparılması bütün insanların hüququnu qorumaq və bütün bəşəriyyəti işğal, zülm, yoxsulluq və bədbəxtliklərdən qurtarmaq üçün yol açmaqdır”.
Mahmud Əhmədinejad Fələstin torpaqlarını işğal etdiyi üçün İsraili “xərçəngli şiş” adlandıraraq, Qərbin bu ölkəyə verdiyi dəstəyə maneəçilik törədilməsi üçün bütün müsəlmanlara birlik çağırışı edib.

Комментариев нет:
Отправить комментарий