17.08.2012

QÜDS GÜNÜ BİZƏ LAZIMDIRMI?

Fərid Abdullah

Bunu danmaq olmaz ki, Qüds günü illər keçməsinə baxmayaraq tam məfhumu ilə dərk olunmayıb. Dərk olunmamasının iki səbəbi var:
1. Bu günün insanlara hələ də tam çatdırılmaması. İnsanlar hər dəfə “Qüds günü” – deyə, hər Ramazan ayının axırıncı cümə günü bu xəbəri eşidirlər. Savad çatışmamazlığından əziyyət çəkən bir dəstə insanın sadəlövh təbliğatına əsasən, bu cür möhtəşəm gün Fələstin sərhədləri ilə məhdudlaşdırılır. Bu yöndə təbliğatlar aparılır. Bir sıra millətpərəst insanlar da, “Bunun bizə nə aidiyyəti var axı?” – deyərək, önəmsəməyərək, üstündən keçirlər. Düzdür, Fələstin xalqının dərdi, işğalçılıq iztirabına sinələrini sipər etmələri bu möhtəşəm günün tərkib hissəsidir. Nəinki bu günün əzəmətini kiçik sərhəddə qapatmaqdır. Bu günün adı bəlkə səhv seçilib?
Beynəlxalq işğalçılıqla mübarizə günü kimi qeyd olunmalıdır bəlkə? – deyən insanlar da ola bilər. Deməli, təbliğatda səngimələr var. Düzgün təbliğ olunmur və ya düzgün təbliğ edənlərin yolu məqsədyönlü halda qarşısı alınır. Bu günün adı düzgün seçilib. Buna irad oluna bilməz. Çünki Qüds ilkin işğalçı bəlamız kimi dəyərləndirilməlidir. Qüds – məzhəb və s. Fərqlər olmadan, bizi birləşdirən düzgün seçilmiş yeganə dəyərdir. Devizi isə işğalçılıqla mübarəziyə həsr olunmalıdır. İşğalçılıq isə zülmdür. Demək, zülmlə mübarizədir. Aşura gününü təhrif edərək yasxanaya çevirənlər, sözsüz ki, bu günü də təhrif edib Fələstinlə tamamlayacaqlar. Bununla tamamlandıqda Qarabağ da kənarda qalır. Bu isə qıcıq yaradır. Odur ki, diqqət etmək lazımdır.
2. Elə hər il eyni günü mediada bir sıra məqalələr yazıb bu gün haqqında fikirlər söyləməklə günümüz keçir. Hələ də bir dəyirmi masa keçirilib – Biz bu Qüds günündə nə etməliyik? – adlı bir məclis keçirilmir. Keçirilsə də, işıqlandırılmır. Bir zaman mətbuat inkişaf etməmişdi, məclislər var idi. İndi isə mətbuatda işıqlandırılır, məclislər yoxa çıxır. Virtual aləm bizi həm də əməli işlər görməkdən saxlayır. Odur ki, savadlı, mütəxəssis, mübariz, xalqın rifahını tələb edən hər bir kəs, zülmlə mübarizəyə ömrünü sərf edən müxtəlif ixtisaslı insanlar yığışıb bu günün məramını çatdırıb, əməl etməkdə əlbir olmalıdır. İnsanın gördüyü əməl və çalışqanlıq onu cəmiyyətdə daha qabarıq göstərir. Demək, “Qüds günü” nün adından əlavə, dadı da lazımdır.
PS: Cəmiyyətdə bu məramla hərəkət edən fəallar az da olsa var. Lakin azdırlar.

birlik.az

Комментариев нет:

Отправить комментарий