Beynəlxalq terrorçuluğu “XXI əsrin vəbası” adlandırmağa tam haqqı-mız var – faşizm “XX əsrin vəbası” olduğu kimi. 2001-ci il 11 sentyabr faciəsi, belə başa düşmək olardı ki, İkinci Dünya müharibəsi illərində olduğu kimi bütün dövlətləri ümumi təhlükəyə qarşı birləşməyə vadar etməliydi. Lakin Avropada, Amerikada, Asiyada və Afrikada elə insanlar var ki, onlar 1980-1990-cı illərdə “terrorçu beynəlmiləl”in yaradılmasında iştirak etmiş və özlərinin yaratdıqları bədheybətə qarşı mübarizəni bu gün öz siyasi maraqları üçün istifadə etməyə çalışırlar.
Kitabın müəllifi tarixçi M.Y.Krısin ilk növbədə beynəlxalq terrorçuluğun pərdə arxası tarixindən bəhs edir – o tarixdən ki, geniş oxucu dairəsi üçün günü bu günə qədər də naməlum qalmaqdadır.
Gözlənilməz, bəzən şoka salan faktlar öz arxasınca silsilə suallar gətirir. “İslam terrorçuluğu”yla bir din olaraq, İslam arasında ümumi nə var və terrorçuluqla azadlıq müharibəsi arasında sərhəd haradadır? Üsamə bin Laden kimdir – terrorçuluq şəbəkəsinin baş əlaqələndiricisi, yoxsa “üçüncü dünya” ölkələrindən olan muzdluların dünyada ən iri taciri? Bu gün ən geniş tanınmış olan terrorçu qruplaşmalar – cinayətkar birliklər, özəl “mühafizə-kriminal” bürolar və yaxud siyasi təşkilatlar – özləri ilə nəyi təcəssüm etdirirlər? Onların başçıları kimdir – islamın saflığı uğrunda mübarizlər, yoxsa müasir kondotyerlər? Və nəhayət, onların yiyələri kimdir?
Rus dilindən tərcümə: Yaşar Əsədov
Bakı, Qanun Nəşriyyatı, 2012.
632 səhifə. 300 tiraj. Qiyməti: 7 AZN

Комментариев нет:
Отправить комментарий