Güney Azərbaycanda olan zəlzələdən zərər çəkmiş soydaşlarımıza yeni bir dəstək kampaniyası da Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin rəhbəri, şair Sayman Aruzdan gəldi. Bu kompaniya haqqında daha geniş məlumat almaq üçün Sayman Aruzla əlaqə saxlayıb kimlərin dəstəyini ala bildiyini, bu dəstəyin içində yazıçı və şairlərin nə dərəcədə rolu olduğunu da öyrənməyə çalışdıq.
Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin rəhbəri, şair Sayman Aruz kompaniyanın nəzərdə tutulan kimi uğurlu olmadığını vurğuladı: “Kompaniya istədiyimiz kimi uğurlu olmasa belə yenə də burda bir sıra tanınmış insanların imzası var. İştirak edənlərin sayı, yığılan məbləğ Quzeyli soydaşlarımızın sayı ilə müqayisə də olduqca az və hesaba gəlməzdir.
Bizə dəstək olan insanların içində Gülnarə Mesimli, Xalidə Xalid, Nuranə Nur, Akif Abbas, İlqar Tağı,Teymur Əhmədov və bir çox tanınmış ziyalılar da var. Biz bu kompaniyanı sabah dayandırmaq qərarına gəlmişdim, amma sizin, yəni “Gündəlik Teleqraf”ın da marağını görəndən sonra kompaniyanın zamanını bir həftə də uzatmağı düşünürəm. Əslində belə bir kompaniyaya başlamaq bizim Güney Azərbaycan şöbəsi olaraq borcumuz idi, mən şadam ki, bir ədəbiyyat şöbəsi olaraq öz soydaşlarımıza yardım edə bilirik”.
Sayman Aruz “Gündəlik Teleqraf”a açıqlaması zamanı həm də bütün dünyada yaşayan Azərbaycan xalqına bir çağırış da səsləndirdi: “ Mən bir Güneyli yazar kimi bütün dünyada yaşayan Azərbaycanlılara müraciət edib, öz Güneyli soydaşlarına yardım etmələrini təklif və xahiş edirəm. Güney Azərbaycanda zəlzələ nəticəsində 120 min ailə öz evini itirib və 16 minə yaxın soydaşımız da rəhmətə gedib. Üzü qışa gedirik və hakimiyyət heç bir yardım göstərmir. Ona görə də indidən çalışıb bu problemi həll etməliyik. Xalq özü-özünə yardım etməlidir yoxsa İran hakimiyyəti Azərbaycan xalqı və dövlətinə heç vaxt nə yardım etməyəcək, nə də heç bir yolda dəstəkləməyəcək. Bildiyiniz kimi Azərbaycan dövlətinin İrana göndərdiyi yardımları belə Ermənistana göndərdi və beləliklə bir daha bizim xalqın, dövlətin əleyhinə olduğunu sübut etdi. Ancaq Azərbaycan dövləti və xalqı güclüdürlər, öz soydaşlarının arxasında hər zaman dayanıb və inanıram ki, bundan sonra dayanacaq”.
•
Qeyd edək ki, Güney Azərbaycanlı soydaşlarnıza göndərmək istədiyiniz yardımı bir həftə boyunca AYB-nin Güney Azərbaycan şöbəsinə təhvil verə bilərsiniz.
Ünvan: Xaqani küçəsi 25, sahil metrosunun yaxınlığı, Azərbaycan Yazıçılar Birliyi, 4-cü mərtəbə. əlaqə telefonları :050-233-66-98- 012 4934821, 051-541-87-27
Həmçinin Güney Azərbaycan şöbəsi yardım üçün olan bank hesablarını da təqdim etdi.
Azərbaycan üçün bank hesabı
BENEFICIARY BANK: INTERNATIONAL BANK OF AZERBAIJAN
BRANCH SABAIL
CITY: BAKU
COUNTRY: AZERBAIJAN
ADDRESS NIZAMI 68
SWIFT CODE IBAZAZ2X
ACC NO: 33884018409507482209
SAMAN HƏSƏNZADƏ
Könül Səid publika.az
Комментариев нет:
Отправить комментарий