İmarət Cəlilqızı
HƏLƏ Kİ...
Hələ dözürəm...
Hələ ki qəzəbim kəsik-kəsik.
Hələ ki dəli qəzəbin cilovunu dartmaqdan
səbrimin əlləri qabar-qabar,
səbrimin əlləri didik-didik.
Kükrəyən qəzəbimin
qan damır cəhənglərindən,
dördnala çapmaq istərkən
qopa bilmir yerindən,
çeynəyir yüyəni,
tapdalamaq, əzmək istəyir,
nəfəsini kəsmək istəyir
aydan arı, sudan duru
ürəklərə dəyənin.
Ürəyimdə ayaq döyür qəzəbim,
ürəyimdə qanlı yaralar açır,
uzaq durun ürəyimdən,
zərbələrdən ürəyim qançır-qançır
zərbələrdən ürəyim qazıq-qazıq...
Səbrim basa bilməsə səbrini
qəzəbimin dırnaqları altında qalana yazıq!..
BU DÜNYANİN...
Bu dünyanın felindən
Baş çıxaran baş hanı,
Bu dünyanın dərdinə
Axıtmağa yaş hanı?
Qulaqlar kar doğruya,
Hər şey halal oğruya,
Fələk yox ki qarğıya,
Fələk varsa, daş hanı?
Qaydasızdır bu oyun,
Tab gətirməz hər boyun,
İş düşübdü kor düyün,
Çeynəməyə diş hanı?
Kürəyimə yük düşür,
Ömrün qışı bərk düşür,
Ha atırsan, “yek” düşür,
Bəs bu zərdə “şeş” hanı?
HƏLƏ Kİ...
Hələ dözürəm...
Hələ ki qəzəbim kəsik-kəsik.
Hələ ki dəli qəzəbin cilovunu dartmaqdan
səbrimin əlləri qabar-qabar,
səbrimin əlləri didik-didik.
Kükrəyən qəzəbimin
qan damır cəhənglərindən,
dördnala çapmaq istərkən
qopa bilmir yerindən,
çeynəyir yüyəni,
tapdalamaq, əzmək istəyir,
nəfəsini kəsmək istəyir
aydan arı, sudan duru
ürəklərə dəyənin.
Ürəyimdə ayaq döyür qəzəbim,
ürəyimdə qanlı yaralar açır,
uzaq durun ürəyimdən,
zərbələrdən ürəyim qançır-qançır
zərbələrdən ürəyim qazıq-qazıq...
Səbrim basa bilməsə səbrini
qəzəbimin dırnaqları altında qalana yazıq!..
BU DÜNYANİN...
Bu dünyanın felindən
Baş çıxaran baş hanı,
Bu dünyanın dərdinə
Axıtmağa yaş hanı?
Qulaqlar kar doğruya,
Hər şey halal oğruya,
Fələk yox ki qarğıya,
Fələk varsa, daş hanı?
Qaydasızdır bu oyun,
Tab gətirməz hər boyun,
İş düşübdü kor düyün,
Çeynəməyə diş hanı?
Kürəyimə yük düşür,
Ömrün qışı bərk düşür,
Ha atırsan, “yek” düşür,
Bəs bu zərdə “şeş” hanı?
Комментариев нет:
Отправить комментарий