Musa Quliyev: “Telekanallarımız standartdan kənar fəaliyyət göstərir, nəinki uşaqlarımızı, heç böyüklərimizi də nəzərə alan yoxdur”
Sentyabrın 1-dən Rusiyada “Uşaqların psixologiyasına, sağlamlığına və inkişafına zərər gətirən proqramlardan müdafiə” haqında qanun qüvvəyə minir. Əslində bu qanun Rusiyada 2010-cu ildən qəbul olunub. Qanunun ortaya çıxmasının səbəbi bizdə olduğu kimi, Rusiya telekanallarında da zorakılıq səhnələrinin hədsiz təbliği olub.
Rusiya televiziyasında sentyabrın 1-dən səhər saat 4.00-dan axşam 23-00-a qədər böyüklərlə, valideynlərlə yanlış rəftarı, siqaret çəkməyi, içki içməyi, evdən qaçmağı, söyüşü, davanı təbliğ edən verilişlər nümayiş olunmayacaq. Daha doğrusu, uşaqlar belə verilişlərə baxa bilməyəcəklər. Çünki belə verilişlər haqda əvvəlcədən həm telekanal proqramında, həm də veriliş başlamazdan öncə, verilişin gedişatında, hətta həmin verilişin reklam arasında xəbərdarlıq işarələri qoyulacaq.
Əslində belə bir qanuna Azərbaycan telekanallarında çox böyük ehtiyac var. Bu gün telekanalların “Xəbərlər”, “Kriminal” verilişlərində cəlbedici musiqi, xüsusi işarələrlə “şok”, “şok” xəbərdarlığı ilə göstərilən ölüm, zorakılıq, qanla dolu səhnələr həddindən artıq çoxluq təşkil edir. Bəs bizdə belə bir qanun nə zaman qüvvəyə minəcək?
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bizdə buna oxşar qanunun qüvvədə olduğunu, lakin buna əməl olunmadığını bildirdi: “Bizdə televiziya yayımı haqqında qanunda belə bir müddəa var. Bu qanuna əsasən zorakılığı, pornoqrafiyanı təbliğ edən veriliş və filmlərin təbliği qadağandır. Lakin yayım haqqında qəbul olunmuş bu qanunun icra mexanizmi zəifdir. Qanun pozularkən konkret hansı cəzanın tətbiq olunacağı haqqında heç bir göstəriş yoxdur. Eyni zamanda bizim tamaşaçılar yerli kanallardan daha çox Türkiyə, Rusiya kanallarına baxır. Ümumiyyətlə, “biz tamaşaçıları necə qorumalıyıq” sualı çıxır ortaya”.
Millət vəkili onu da qeyd etdi ki, bu gün Azərbaycan telekanallarında yayımlanan veriliş və filmlərə baxanda görünür ki, nəinki uşaqları, heç bizim böyükləri də nəzərə alan yoxdur: “Bizim telekanallarımız nə gündədir ki, nəinki azyaşlıları, heç qocaları da nəzərə almır. İctimai Televiziyadan başqa heç bir telekanal standarta uyğun fəaliyyət göstərmir”.
M.Quliyevin sözlərinə görə, Milli Məclisin payız sessiyasında televiziyaların fəaliyyəti ilə bağlı məsələ qaldıracaq: “Televiziya yayımı haqqında qanunun müddəalarına əməl olunması və qanunun gücləndirilməsinin gündəmə gətiriləcəyinə çalışacam”.
Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev oxşar qanunun Azərbaycanda da qəbul olunacağını bildirdi: “Məncə, Rusiyada gələn ayın birindən qüvvəyə minəcək qanunun oxşarı biz də qəbul ediləcək. Çünki Azərbaycan Rusiyada qəbul olunan qanunları iki il sonradan olduğu kimi qəbul edir. Bu, birinci hal deyil”.
Ə.Əliyevin fikrincə, Rusiyada qəbul olunacaq qanun uşaq hüquqlarının müdafiəsi baxımından çox əhəmiyyətlidir: “Azərbaycan telekanallarının heç biri bunu nəzərə almır. Heç bir telekanalda davamlı uşaq verilişi yoxdur. Uşaq hüquqları haqqında verilişlər əvəzinə axşama kimi baş verən cinayətlər, ölümlər, atanın qızını zorlaması, oğulun ananı, kişinin yaşadığı qadını öldürməsi və ya əksinə olan xəbərlərə üstünlük verilir. Təbii, KİV-lər kommersiya strukturlarıdır. Bəlkə də çox müdaxilə yolverilməzdir. Amma qanuni müdaxilələr olmalıdır. Azərbaycanda uşaqların tərbiyəsinin təşkili çox ciddi problemlərdən biridir və bu sahəyə görüntü üçün yox, ciddi diqqət ayrılmalıdır”.
Azərbaycan televiziyasında, hər telekanalın ayrıca kriminal verilişinə və bu verilişin aparıcılarının qanla dolu, vəhşət saçan səhnələri həvəslə, ləzzətlə nümayiş etdirməsinə gəlincə, Miqrasiya Mərkəzinni rəhbəri insanın qana yaxın olan zaman cinayətin onun üçün adiləşdiyini dedi: “Döyüşlərdə iştirak edən adamların cəmiyyətə uyğunlaşması üçün normalda ayrıca proqramlar hazırlanır. Belə verilişlər də uşaqlar üçün sadaladığım cinayətləri adiləşdirir və ya əlçatan edir. Azərbaycan Konstitusiyasına görə hüquqi dövlətdir və bütün məsələlər qanunla, hüquqla tənzimlənir. Bu baxımdan bu qanunun qəbul edilməsi zəruridir”.
Şair Baba Vəziroğlu da Rusiyada qüvvəyə minəcək qanunun oxşarının ölkəmizdə qəbul edilməsi ideyasını dəstəklədi: “İnsan həmişə pis vərdişlərə meyllidir. Xüsusilə də biz. Rusiyada qüvvəyə minəcək qanun onlardan daha çox bizə vacibdir”.
Arzu Abdulla teleqraf.com

Комментариев нет:
Отправить комментарий