Q I N A M A
Soruşma gözlərim niyə nəmlidir,
Soruşma ürəyim niyə qəmlidir.
Hər şey ilk baxışdan sənə bəllidir,
Onu dəli kimi sevirəm, ana...
O, içimdə tufan qopardı getdi,
Hər şeyimi aldı, apardı getdi.
Heç bilmirəm harda yox oldu, itdi,
Mən onu hələ də sevirəm, ana.
O məni dəfn etdi eşq məzarında,
Odlanan ürəyin ahu-zarında.
Qalıb həsrətində, intizarında,
Mən onu hələ də sevirəm, ana.
O məni unutdu bir yuxu kimi,
Ürəyindən atdı pis qorxu kimi.
Nakam aşiqlərin bir çoxu kimi,
Onu heç unuda bilmirəm, ana...
Halımla incitsəm, üzsəm də səni,
Nə olar, qınama, baş düş məni
Sən ki çox gürmüsən bu cür sevəni,
Onu illərdir ki, sevirəm, ana...
İ K İ N Ə Ğ M Ə
I
Ə m r e d ə b i l m i r ə m s e v ə n ü r ə y ə ,
H ə r y e r d ə t ə k s ə n i a r a y ı r a m m ə n .
B ə z ə n ç e v r i l ə r ə k s ə r i n k ü l ə y ə ,
İ p ə k s a ç l a r ı n ı d a r a y ı r a m m ə n .
G ö r ü n m ü r g ö z ü m ə s ə n d ə n b a ş q a s ı ,
S ə n s i z h ə r s a b a h ı m c a n s ı x ı c ı , d a r .
İ n a n b u c ü r s e v m ə z m ə n d ə n b a ş q a s ı ,
K ö n l ü m d ə i n d i s a f , g e r ç ə k s e v d a v a r .
H ə r y a ğ m u r y a ğ a r k ə n m ə n i x a t ı r l a ,
A x a n d a m l a l a r ı s i l m ə ü z ü n d ə n .
G ö y l ə r ə b a x a r k ə n m ə n i m ə n i x a t ı r l a ,
M ə n d ə b i r y a ğ m u r a m s ə n i n g ö z ü n d ə . . .
I I
D u r m a d a n , b i t m ə d ə n a ğ l a y ı r ü r ə k ,
İ l l ə r g ö z y a ş ı m ı q u r u d a b i l m i r .
D ü n y a d a b i r d ə f ə s ə n i s e v ə r ə k ,
H e ç b i r c ə a n b e l ə u n u d a b i l m i r .
U z a q s a n u l d u z l a r , s ə m a l a r q ə d ə r ,
İ ş ı ğ ı n ü s t ü m ə d ü ş ü r h ə r g e c ə .
U z a q s a n . . . G ö y l ə r ə g ə l m ə y i m h ə d ə r ,
Ü r ə k s ə i s t ə m i r s ə n d ə n v a z k e ç ə .
S ə n k ö n ü l t i t r ə d ə n , k ö n ü l o x ş a y a n ,
Ə n ş i r i n n ə ğ m ə t ə k d o d a ğ ı m d a s a n .
S ə n s e v g i ə t r i n i i ç i m ə y a y a n ,
E ş q ç ə m ə n g a h ı m d a , e ş q b a ğ ı m d a s a n . . .
Q Ə Z Ə L
Ataraq könlümü od-atəşə, getmə,
Qıyma xoş günlərə. o keçmişə, getmə.
Düşərəm səhraya Məcnun kimi, vallah
Mənə ev, mənzil olar dağ-meşə, getmə.
Çəkilib qeyb olar, ağlım gedər əldən,
Dönərəm mən dəli bir dərvışə, getmə.
Sevirəm mən səni, ey gül, mənə rəhm et
Qulaq as yalvarışa, xahişə, getmə.
Bilmədən səhv elədim, xətrinə dəydim,
Razıyam, çək ətimi sən şişə, getmə.
Yuxu girmir gözümə gör neçə gündür,
Az qalıb beynimi dərd-qəm deşə, getmə.
Əlinin dərdini ellər bilir əzbər,
Düşmüşəm yamanca dildən-dişə, getmə...
N İ Y Ə İ T İ R D İ M ?
Səni axtarıram insan selində,
Baxaraq bilmirəm boylanım hara.
Görsəm, tanıyaram bircə telindən,
Gözlərim tuş gəlir yad baxışlara...
Səni axtarıram yuxularımda,
Tapıram, səhərlər itirsəm də mən.
Yayın istisində, qışın qarında
Səni axtarıram, hardasan görən?
Hər il yaş üstünə gəlir təzə yaş,
Fəsillər, mövsümlər sənsiz dəyişir.
Bu ömür, bu həyat keçsə də yavaş,
Sanma ki saçlarım dənsiz dəyişir.
Burnumda o qoxun, ağzımda o dad,
Hayqırsam, heç yerə çatmaz harayım.
Hərdən öz-özümə tuturam irad:
Niyə itirdim ki, indi arayım...
BƏLKƏ HEÇ UNUTMADIM...
Səni unutmaq üçün,
Nələrə əl atmadım...
Fəqət olmadı xeyri,
İstəyimə çatmadım.
Bərkiyib ürəyimdə,
Get-gedə daşlaşırsan.
Yaşım çoxalır hər il,
Mənimlə yaşlaşırsan.
Xoş, sevincli günümdə,
Yanımdasan sanıram.
Kədərə qərq olanda,
Mən ikiqat yanıram.
Kaş qazandığım bütün
Uğurları görəydin.
Könlumə qəm dolanda,
Dərdlərimi böləydin...
Təzə, yalan sevdalar,
Ürəyimi ovutmur.
Qəlb hamını unudub,
Təkcə səni unutmur.
Heç özüm də bilmirəm,
Səni sevdim haradan.
Qovuşmadıq... Nə olsun,
Belə yazıb Yaradan.
Sənsizəm, amma ömrüm,
Sanmıram keçir hədər.
Mənim eşqim çox böyük,
İkimizə də yetər.
Xoş, sevincli günümdə,
Yanımdasan sanaram.
Kədərə qərq olanda,
Səninçün də yanaram...
İbrahimov Əli Rafiq oğlu 10 avqust 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. Ərköyün uşaqlıq dövrü keçirən Əli 1990-cı ildə 252 saylı orta məktəbin birinci sinfinə keçir. Məktəbdə oxuduğu müddətdə humanitar fənlərə daha çox maraq göstərir və 2000-ci ildə məktəbi ə'la qiymətlər və fəxri fərmanla bitirir. Elə həmin il Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olur. Təhsil aldığı illərdə dinə və idmana maraq göstərir, heç vaxt ayrılmayacağı dostlar qazanır. 2004-cü ildə universiteti bitirir və 2005-ci ilə qədər Gəncə şəhərində hərbi xidmətdə olur. Arzusu hərbi xidməti davam etdirib leytenent rütbəsi almaq olsa da, orduda olarkən bir çoxları kimi bu fikirdən vaz keçir. Əsgəri xidmətdən sonra bir çox özəl işlərdə çalışır. Lakin heç birində uzun müddət qalmaq istəmir...Əmək haqqının azlığı, tabeçilik sevməməsi və başqa prinsiplər onun dövlət işinə olan marağını da öldürür...2009-cu ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinin magistratura pilləsinə daxil olur. Hal-hazırda Bakıxanov qəsəbəsi "Tədris Mərkəzi" adlı özəl kursda tarix fənni və kompüter proqramlarından dərs deyir. Evdə də abituriyentlərlə tarix fənni üzrə fərdi məşğul olur. Nişanlıdır, yaxın zamanda evlənəcək İnşaallah...Bakıxanov qəsəbəsində valideynləri ilə birgə yaşayır... Elektron ünvanı: hercai2000@box.az

Комментариев нет:
Отправить комментарий