30.08.2012

Ziba Xəlil. Sayman Aruza

Dərdli gözlər

İlahi kədər var gözündə gəncin.
Üzünə bir baxan ağlamaq istər.
İkiyə bölünmüş bir məmləkətin.
Dərdlərinə dözüb dayanmaq istər.

Kim bilir nələr var sınıq ürəkdə.
Neçə min qat əzab, dərd olduğunu.
Hərdən üsyan edər, bezər ürək də.
Ağlayar bildirər boğulduğunu.

Söyləsə qurtarmaz qiyamətədək.
O qəmli gözlərin hekayətini.
İstək çox- ah, ömür...
ömürsə gödək.
Dinləməz bir kimsə şikayətini.

Anlayan çox azdı bu zamanədə.
Ya o tayda olsun, ya ki, bu tayda.
Araz boyda yara- bu dərd əslində.
Sağkən parçalanmış cismi dünyada.

Təkcə o gözlərdi çəkən dərdləri.
Təkcə o ürəkdi sızlayıb duran.
Qırıb zəncirləri, söküb sədləri.
Xəyallarda bütöv məmləkət quran...

Комментариев нет:

Отправить комментарий