Azərbaycan filosofu, ictimai-siyasi xadimdir. 1198-ci ildə Cənubi Azərbaycanın Urmiya şəhərində doğulub. Bir çox şəhərlərdi dolaşıb. 1246-cl ildən əvvəl o, artıq Konya şəhərində qazi imiş. 13-cü əsr türk tarixçisi İbn Bibi 1282-85-ci illərdə qələmə aldığı “Ali işlərə dair Əlaəddin əmrləri” kitabında yazır ki, bu Azərbaycan filosofunun dünya dairələrində, ruzigar meydanlarında əvvəlki filosoflardan qalibiyyət çələngini alması heç kəsdə şübhə doğurmayıb.
Ən şöhrətli əsəri “Nurların doğuşları”dır, bu kitabın məntiqə dair hissəsinin Qahirədə Xədiviyyə kitabxanasında saxlanılan əlyazması Siracəddin Urməvinin sağlığında - 1278-ci ilin iyul ayında Konya şəhərində xəttat İsmayıl ibn Xəlil tərəfindən köçürülüb tamamlanıb.
Azərbaycan filosofunun bu kitabının həmin hissəsi Qütbəddin Razinin ona yazdığı şərhlə birlikdə Təbriz, İstanbul, Tehranda müxtəlif illərdə çap edilib. Digər iri əsəri olan “Hikmət incəlikləri” 1257-ci ildə yazılıb, 1972-ci ildə Tehranda çap edilib.
Varlıq təlimi: S.Urməvi Şərq peripatetiklərinin mövqeyindən çıxış edərək, varlığın qismlərinin şərhini verib. Varlığı onun ziddi olan yoxluq anlayışı ilə qarşılıqlı nəzərdən keçirib, səbəbiyyətin obyektivliyini qəbul edib. Vacib və mümkün varlığın hər ikisini əzəli və əbədi hesab edib. Substansiya və aksidensiya mövzusu üzərində geniş dayanıb, onu mümkün varlığa aid edib. Zenon, Platon, Aristotelin hərəkət kateqoriyasının təhlilini verərək, Aristotellə razılşıb.
Geosentrik nəzəriyyənin tərəfdarı olub.
İdrak nəzəriyyəsi: cansız cisimlərə nisbətdə canlıları, canlılardan insanı üstün tutub: “insanın sair canlılardan üstünlüyü ondadır ki, insanda ayrıca və ümumi şeylər haqqında məlumat, habelə, dərketmə qüvvəsi və aləti var.” İdrakın əqli mərhələsi S.Urməvi və ümumiyyətlə, Şərq peripatetizmi tərəfindən hissi mərhələnin davamı, həqiqətin əldə edilməsi prosesinin ən yüksək məqamı kimi göstərilib. S.Urməvinin məntiqi Aristotelin və onun Şərqdəki davamçılarının təliminə əsaslanır.
Sosial-siyasi görüşləri və etikası: O, hakimlik kimi bir çöx vəzifə sahiblərinin etiketini işləyib hazırlayıb. “Ədalətli sultanın bir günlük ədaləti altmış ilin ibadətindən yaxşıdır” hökmünü dönə-dönə təkrarlayıb. Onun etikasında insanın özünü idarə etməsi bilavasitə xasiyyətlərilə bağlıdır.
Əsərləri: “Məntiqə və fəlsəfəyə dair nurların doğuşları”, “Hikmət incəlikləri”, “Haqqın bəyanı”, “Metodlar”, “Ziddiyyətin misallarına dair traktat”, “Dialektikaya dair traktatlar”, “Həkimanə sözlərin islahı”, “Təhsil”, “Suallar” və s.
oxu.blogspot.com

Комментариев нет:
Отправить комментарий