O, 20-ci əsr şərq döyüş sənətlərinin Allahıdır…
Bruce ilə tanışlığım hələ o zamanlar fəaliyyət göstərən SAra kanalında olmuşdu…Günorta saat 1-də veriləcək filmin anonsunu görüb məktəbdən evə qədər bir xeyli yolu qaçaraq gəlmişdim…. Uşağlıqda hər kəs kimi mən də bir az dəcəl, bir az dəli, bir az da ağıllıydım… Nə zaman ki, evdə nasqıları bir birinə keçirib futbol oynasam dəcəl, dərslərimi oxusam ağıllı və məkktəbdə iki üzlü qızları söyüb, elə eynicür oğlanlarla dalaşırdımsa dəli olurdum)).. Döyüşmək həyatıma onun adı ilə girdi.. Onun adı ilə təpik atıb yerə yıxılmağım, qolumun sınmağı hələ də yadımdadır… Qolumun ağrısı keçib bəlkə amma içimdə Bruce sevgisi zərrə qədər də azalmayıb… O bir qəhrəman idi...
Uşaqlıq illərim desəm indi… Ağlımda, cörək arası kalbasayla çirkli, cırıq paltarlarla gəzdiyim küçələr, hamını söyüb qaçmağım və bir də Bruce qalıb…Ağ qara ekranlı tvi içindəki qəhrəmanım…Mən dogulanda o çoxdan ölmüşdü…Amma hər dəfə eyni filimlərə baxanda onun hələ də sağ oldugunu düşünürdüm…Bruce bir döyüş Allahı idi…Amma zaman yeni həqiqətlər kəşf etmirsə,köhnə həqiqətləri aydınladır….Yaşa dolduqca onun haqda bir şeydə həmişə yanıldığımı düşünürəm…O sadəcə inanılmaz döyüş sənətlərinə görə yox, sirrli şəxsiyyətinə görə tarix səhifələrinə imzasını atmışdır…
Onun həyatı haqda yazmaq mənasızdır,çünki onun haqda hərkəs duyub…Hərkəs müəyyən qədər bilir..O izləyənlərinə , sevenlərinə özü haqda bir düşüncə qoyub getdi…Sirr onun adıdır….
Bruce həyatı haqda mütəxəssislərin fikri:
Part 1
Part 2
Комментариев нет:
Отправить комментарий