İpləri olsun və ya olmasın, səhnədə oyuncaq rolu alan hər kəs oynamağa məhkumdur!!!… Hər kəs ona verilənlə kifayətlənib, yaşadığı böyük dünyada sadəcə mağaralarla kifayələnməlidir.. “Doğul, düşün, inan, oyna və öl…”.
“Əvvəlcə torpaq parçaları vardı yaşamaq üçün. Sonra biriləri daha böyük torpaqlara sahib olmaq üçün, bütün torpaqları parçalara ayırıb, ayırdığı parçalarda fərqlər yaratdı..İnsanıq çünki fərqləri sevirik, xüsusən də digərlərindən fərqlənməyi… Sonra fərqlilik hərisi insanların əslində hərkəsin eyni olduğunu görməməsi üçün problemlər yaratdı ki baş qatışsın… Alındı…
Hər gün eyni cür yemək yeyen, sevən, danışan, baxan, sexlə məşğul olan, idman edən və s. insanlar hələ də qarşılarını kəsən, sərhədlər üzündən “əslində hərkəs fərqlidir və elə buna görə də eynidir” həqiqətini görmdən, Atlaslarda özlərinə aid olan bölümləri rəngləyirlər….Əslində niyə seçilmiş irq olsun ki? Niyə seçilmiş dil? Nİyə seçilmiş sivilizasiya? Dünya və kainat qeyri – adi bir balansla tənzimlənir.Və biz insanlar da bu balansın hissəsi olmaqla, rahat yaşayıb xoşbəxt olmaq üçün sadəcə və sadəcə bir şeyi anlamalıyıq!Bizi qonşumuzdan fərqləndirən yeganə şey, bizim ayrı evlərdə yaşamağımızdır” P.P
“American history x” bəlkə də bir nasistin gündəliyi…Hollywood filmlər yalanlarla doludur..Razıyam..Bu filimlər eyni zamanda insanın beyninə istənilən düşüncəni aşılaya bilər..Razıyam..Amma bu filimlər həmçinin hansısa dahi ssenaristin qələmindən milyardlarla insanın evinə girə bilər..Bəlkə də doğrunu da aşılaya bilər…
İndicə baxdığım film , ”American history x” , atası zəncilər tərfindən öldürülmüş bir “ağ amerikalı gənc”-in bu hadisədən sonra həyatında yaranmış deyişikliklərdən danışır…Nifrət elə bir alovdur ki , əgər bir dəfə yandısa , zamanla susmayıb daha da böyüyəcəkdir..Güclənən qol , zərbə vurmağa qadir olanda , içinə dolmuş zənci nifrətini , küçələrdə əcnəbi ovlamala keçirən oğlan , nifrətinə nifrət qatıb ”ağ amerikalılar ” arasında ad çıxarır…Bir gecə öldürdüyü 2 zənci üzündən həbsə düşür və həbs sonrası , indiyədək etdiyi hərşeyə tüfürür..”Axı problemləri zəncilər yaratmayıb…Axı onlar da mənim kimi sadəcə bu oyunun bir parçasıdır”…Həbsxana düşünə bilən insanları dəyişir..Çünki düşünmək istəyən beyin, tək başına qalmaqçün bundan gözəl yer tapa bilməz…Film şərh edilməklə sadəcə gözdən salına bilər, çünki nə qədər anladılsa da onnu seyr etdikdə , yaranan duyğuları şərhlə yaranmır…Sonunda izləmə linkini də yerləşdirəcəyim film, sadəcə bir nasistin həyatını əks etdirmir..Bu film sənin, mənim , hamımızın yaşadılarını əks etdirmirmi?Dünyadan xəbəri olmaqçün filosof olmaq gərək deyil…Onda aç gözlərivi və dünyaya bax…Fələstində həyata son öyrəndiyi güllə sözü ilə göz yuman körpələr…Türkiyədə terorist partlayışları, mənası olmayan torpaq savaşları…Mənası olmayan irqçilik və millətçilik…Çox uzağa getməyək Xocalıda olanlar…Bunlar hamısı nəyin nəticəsidir? Erməninin? Yox axmaq olma, erməni səndən də kiçik vəzəifdir…elə bilirsən Rusiya? Yox dostum yox..Mən sənin bilmədiyin xüsusi bir ölkə adı çəkməyəcəm , çünki bilmirəm…!!!Sadəcə onu bilirəm ki , 2-3 nəfər səbəb olub…Və bir də bizim səhf anladığımız dəyərlərimiz…Metroda zənciyə, rusa , farsa, almana və hər kiməsə , bobma oğlanlıq göstərib söz atıb gülmək deyil “vətənpərvərlik ” və ya millətçilik…Deyil güc..Yalnızca döyülən döyür !!!Qorxudulan qorxudur!!! Aldadılan, beyinə yeridilən dəyərlərlə insanlıq uduzur sadəcə….Biz uduzuruq!!!
Sərbəst hamını görüb atəş açdığın yerdə ,əmin ol ki sənin özüvü də gizlincə nişan alanlar var!Kimsənin sözü ilə vurma, çünki vurulan da bir gün kiminsə sözü ilə vurulub…
Deyəcəklərim bu qədər…..İçimi boşaltdım..Hə bir də oxuyub, cızama qara hisslərimə şərik olanlar sağolsunlar….Bir də filimdə bəzi pronoqrafik səhnələr var, baxmaq istsəniz bu amili nəzərə alın…
Комментариев нет:
Отправить комментарий