Asif Həsənli
Hər şey Qəddafiyə ünvanlanmış müraciətdən başladı. 2011-ci il fevralın 15-də tanınmış vəkil və hüquq müdafiəçisi Fəthi Terbil həbs olundu. Fəthi 1996-cı il iyunun 26-da «Əbu Salim» həbsxanasında qiyam etmiş dustaqlara qarşı güllələnmə işini aparır və günahkarların cəzalandırılmasını tələb edirdi. Hüquq müdafiəçisinin həbsi 213 nəfər ziyalının - vəkil, müəllim, həkim, professor, mühəndis və hərbçilərin hiddətinə səbəb oldu və onlar hakimiyyətə Fəthinin azadlığa buraxılması tələbi ilə müraciət etdilər. Müraciətdə fevralın 17-ə aksiya təyin olunması barədə xəbərdarlıq edildi və Qəddafinin istefaya getməsi məsələsi qoyuldu. Müraciətdə deyilirdi:
Professional Oxucu Liqası
Vətəndaş müharibəsi, yoxsa “natəmiz Qərbin çirkin təxribatı”
Hadisələrə şərh verməzdən əvvəl, ilk növbədə,
onu qeyd etmək lazımdır ki, Liviyada heç də vətəndaş müharibəsi baş
vermədi. Sadəcə, maraqlı qüvvələr bunu vətəndaş müharibəsi adlandırdı.
Əslində, isə bəzi narazı qüvvələr nümayişlərə
çıxdı, müxalifət bundan istifadə edərək silahlandı, NATO-nun birləşmiş
koalisiya qüvvələri isə üsyançılara kömək edərək hərbi texnikanıı
ölkənin içərilərinə yeritdi, aviasiya zərbələri ilə Qəddafi qüvvələrini
sarsıtdı və hakimiyyəti devirdi. Müharibənin qısaca xülasəsi
budur.
İndi isə təfərrüatı ilə şərhlərə keçək.
Hər şey Qəddafiyə ünvanlanmış müraciətdən başladı. 2011-ci il fevralın 15-də tanınmış vəkil və hüquq müdafiəçisi Fəthi Terbil həbs olundu. Fəthi 1996-cı il iyunun 26-da «Əbu Salim» həbsxanasında qiyam etmiş dustaqlara qarşı güllələnmə işini aparır və günahkarların cəzalandırılmasını tələb edirdi. Hüquq müdafiəçisinin həbsi 213 nəfər ziyalının - vəkil, müəllim, həkim, professor, mühəndis və hərbçilərin hiddətinə səbəb oldu və onlar hakimiyyətə Fəthinin azadlığa buraxılması tələbi ilə müraciət etdilər. Müraciətdə fevralın 17-ə aksiya təyin olunması barədə xəbərdarlıq edildi və Qəddafinin istefaya getməsi məsələsi qoyuldu. Müraciətdə deyilirdi:
«Qəddafi və onun ailə üzvləri hakimiyyəti xalqın
təmsilçilərinə güzəştə getməli, liberalizmə, plüralizmə yönəlmiş
hərəkata mane olmamalıdır. Qəddafi istefa verməlidir».
Fevralın 17-ə aksiya təyin olunmasına baxmayaraq
elə Fəthi həbs olunan gün, yəni fevralın 15-də və 16-da nümayişçilər
Benqazinin küçələrinə çıxdılar, həlak olmuş dustaqların şəkillərini
əllərində tutaraq hökumət binasının qarşısında etiraz aksiyalarına
başladılar. Onlar əvvəlcə Fəthinin azadlığa buraxılmasını, sonra
islahatlar aparılmasını, daha sonra isə Qəddafinin istefasını tələb
edən şüarlar səsləndirdilər.
Onların bu aksiyası itkisiz ötüşdü. Amma fevralın
17-də etiraz dalğası bütün Benqazini və digər şəhərləri – Bevid, Zentan,
Rujban, Derna şəhərlərini bürüdü. Hakimiyyət nümayəndələri nümayişçiləri
sakitləşdirməyə cəhd göstərsələr də, silahdan istifadə etmədilər,
zor tətbiq olunmadı və yüngül toqquşma baş verdi. Bu toqquşma nəticəsində
ölənlər və yaralananlar olmasa da, xəsarət alanlar oldu. Amma nümayişçilər
geri çəkilmədilər və silahlı üsyana qalxdılar. Liviya ordusunun
bəzi hissələri üsyançıların tərəfinə keçdi. Daxili İşlər Nazirliyinin
rəhbəri, ordu generalı Əbdül Fəttah Qəddafi ilə əlaqəni kəsdi və ordunu
üsyançıların tərəfinə keçməyə çağırdı. Bu çağırışdan sonra ölkənin
silahlı qüvvələri iki yerə parçalandı, üsyançıların sıraları genişləndi
və onlar silah-sursat əldə etdilər.
Fevralın 20-də Əl-Cəzirə kanalına istinad edən
kütləvi informasiya vasitələri dəhşətli xəbər yaydılar: «Liviya hökuməti
dinc insanlara qarşı qırğın törətmiş, əhaliyə artilleriya və hərbi
vertolyotlardan atəş açması nəticəsində 200 nəfər həlak olmuş və
800 nəfər yaralanmışdır. Dinc insanlara qarşı odlu silahdan, avtomat
və pulemyotlardan, aviasiyadan istifadə edilməsi haqqında əmr Qəddafi
tərəfindən imzalanmışdır»
Bu məlumat dünya mətbuatını çalxaladı və Qəddafi
mətbuat səhifələrində «cəllad», «qəddar», «öz xalqının düşməni»
kimi qələmə verildi.
İslam şeyxi Yusif Əl-Hərdayi isə onun ölümünə fərman
verdi: «Qəddafinin əli öz xalqının qanına batmışdır. Buna görə o, öldürülməlidir!»
Amma Qəddafini tanıyanlar onun öz xalqına qarşı
heç vaxt belə hərəkətə yol verə bilmədiyinə inanır və bunu təxribat hesab
edirdilər.
Uqandanın prezidenti Yover Haqut Musəvini mətbuatda
gedən bu məlumatın həqiqətə uyğun olmadığını bəyan etdi və bildirdi
ki, nümayişçilər artıq öz statusunu dəyişib dövlət çevrilişinə
cəhd edən üsyançılara çevriliblər.
Venesuelanın, Boliviyanın, digər Afrika ölkələrinin
rəhbərləri, hətta Rusiyanın siyasi analitikləri dinc əhalinin güllələnməsini
Qəddafi qüvvələri tərəfindən yox, ABŞ, Fransa, İngiltərə və NATO-nun
hərbi qüvvələri tərəfindən törədilmiş təxribat adlandırırdılar.
Böyük Britaniyanın kəşfiyyat idarəsi belə bir
bəyanat yaydı ki, guya Qəddafi Venesuelaya qaçıb. Bu xəbəri hətta Britaniya
Xarici İşlər Nazirliyinin şefi Uilyam Xeyq 21 fevral 2011-ci il tarixdə
rəsmi olaraq təsdiqlədi.
Amma çox keçmədi ki, həm Əl-Cəzirəyə istinad olunan
«Qəddafi öz xalqına qarşı artilleriya və hərbi vertolyotdan istifadə
edərək qırğın törədib» xəbəri, həm də onun Venesuelaya qaçması haqqında
ingilislərin verdiyi məlumat özünü doğrultmadı və bir çox kütləvi informasiya
vasitələri tərəfindən təkzib olundu.
Qəddafi isə öz növbəsində ona qarşı təxribat
kompaniyasına cavab vermək üçün ertəsi gün birbaşa televiziyada göründü
və öz xalqına müraciət etdi. Fevralın 20-də baş verənləri «natəmiz Qərbin
çirkin təxribatı» adlandırdı və belə bir bəyanat verdi.
QƏDDAFİNİN BƏYANATI. «Əziz Liviya xalqı! Təxribata
uymayın ! Mən heç vaxt sizə qarşı silah işlətməmişəm və işlətmərəm! Siz mənim övladlarımsınız.
Ata öz övladına qarşı necə silah işlədə bilər? Məgər siz bilmirsiniz
ki, natəmiz Qərb çirkin təxribat aparır? Liviyada baş verənlər ABŞ-ın
və Qərbi Avropanın yabançı əməlləridir. Onların məqsədi Liviyanı
diz çökdürməkdir. Siz bunu başa düşməlisiniz. Bu murdar kafirlər və
Allahsızlar sizi yoldan çıxartmışdır. Onların yalanlarına və təxribatlarına
uysanız Liviyanı məhv edərsiniz. Mənimlə olun, bu kafirlərə qarşı
birgə vuruşaq. Qoy Allah Liviyanın xilası üçün bizə yardımçı olsun.
Onlar deyirdilər ki, mən Venesuelaya qaçmışam. Görürsünüz ki, mən sizinlə
bir yerdəyəm. Mən heç yerə qaçmamışam, qaçmayacağam. Liviyanın azadlığı
uğrunda şəhid olana qədər döyüşəcəyəm. Bu döyüşdə mənimlə bir yerdə
olanlar da, olmayanlar da mənim övladlarımdır. Amma mən övladlarımın
hamısının bir yerdə olmasını arzu edirəm. Qoy bir övlad o birinə qarşı
güllə atmasın».
Qəddafinin bu müraciətindən sonra yüzlərlə üsyançı
onun tərəfinə keçdi. Eyni zamanda, onun öz xalqına qarşı silah işlətmək
əmrini verməsi təsdiq olunmadı və fevralın 20-də nümayişçilərin güllələnməsi
haqqında maraqlı və sensasiyalı faktlar üzə çıxdı.
«Britiş Civilians for Peça in Libya» Qeyri-Hökumət
Təşkilatı müstəqil surətdə apardığı tədqiqatın hesabatını açıqladı
və digər nüfuzlu qeyri-hökumət təşkilatları və bəzi hüquq araşdırma
mərkəzləri həmin hesabatı təsdiqlədilər.
Hesabatda birmənalı olaraq qeyd olunurdu:
«20 fevral 2011-ci ildə Benqazidə nümayişçilərin
güllələnməsi Qəddafiyə tabe olan qüvvələr tərəfindən törədilməmişdir.
Qəddafi belə əmr verməmişdir. Benqazi şəhəri əsasən üsyançıların nəzarəti
altında olduğundan, şəhərin ətrafını üsyançılar qoruduğundan
Qəddafi qüvvələri artilleriyanın bura gətirilməsini həyata keçirməyiblər.
Üstəlik, Benqazidə və bütün Kirenaikidə hakimiyyət üsyançıların
əlinə keçməkdədir. Dinc nümayişçilərə atəş açılması naməlum qüvvələrin
təxribatıdır».
Hesabat verilsə də orada göstərilən naməlum
qüvvələrin adları açıqlanmır və araşdırılmır. Hesabatdan sonra mətbuata
açıqlama verən təşkilat nümayəndələri qeyri-rəsmi olaraq bu aksiyanın
koalisiya qüvvələri tərəfindən törədildiyinə eyham vurdular və məlum
oldu ki, Qəddafi haqlı imiş.
Təşkilatın bu bəyanatı fevralın 24-də Kirenaiki
ərazisinin tam olaraq üsyançıların əlinə keçməsi faktı ilə bir daha
təsdiqləndi və fevralın 26-da Benqazidə Liviyanın Müvəqqəti Hökumətinin
elan olunması Qəddafinin bir daha haqlı olmasını sübut etdi.
Bu da o deməkdir ki, Qəddafi həqiqətən Benqazidə
fevralın 20-də qan tökməmiş, öz xalqına qarşı qanlı əmr verməmişdir.
Bəs, əslində, nə baş vermişdir? Bu təxribat kimə
və nə üçün lazım olmuşdur?
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik
Şurasının (BMT TŞ) 26 fevral 2011-ci il tarixli 1970 saylı qətnaməsi
dolayı yolla da olsa bu suala cavab verir.
Qətnamə Qəddafiyə və onun yaxınlarına qarşı
sanksiya tətbiq edilməsini nəzərdə tuturdu.
ABŞ artıq Liviyaya qarşı dişini qıcıtmışdı. Nəyin
bahasına olursa-olsun bu ölkəyə müdaxilə etmək qərara alınmışdı. Bu
məqsədlə istənilən varianta əl ata bilərdi. Ərəb dünyasının qəhrəmanı
elan olunan Qəddafi hakimiyyətini devirmək üçün real şans yaranmışdı.
Yalnız bəhanə lazım idi...
Tarixdə qaranlıq məqamlar çox olur və uzun zaman
bu məqamları açmaq müyəssər olmur. Tarixin o qədər açılmamış səhifələri
vardır ki, bu səhifələrdən biri də Liviyanın 20 fevral 2011-ci il tarixinə
yazıldı və çətin ki, yaxın yüz ildə bu hadisənin sirri açılsın. Bir
müddət keçəndən sonra isə bunu araşdırmaq, ümumiyyətlə, qeyri-mümkün
olacaq. Çünki hakimiyyət devrildi, Qəddafi öldürüldü, üsyançılar
hakimiyyətə gəldi və bu üsyançılara qarşı silah işlədənlər birdəfəlik
susmağa məhkum olacaqlar. Tarix isə onları araşdırmaqda aciz qalacaq!..
İndi qayıdaq BMT-nin növbəti qətnaməsinə. ABŞ-ın
təkidi ilə BMT TŞ 18 mart 2011-ci ildə
1973 saylı növbəti qətnaməsini qəbul etdi. Qətnaməyə görə, «Liviya ərazisinin
istənilən yerində istənilən formada istənilən sayda havada, suda,
quruda koalisiya qüvvələri yerləşdirilə bilər. Bu qüvvələr əhalinin
dinc yaşayışını təmin etmək və onları müdafiə etmək məqsədilə yerləşdirilir».
BMT-nin bu qətnaməsi dünya ölkələri tərəfindən
hiddətlə qarşılandı. Müsəlman ölkələri bunu ədalətsiz və dünya müsəlmanlarına
qarşı təcavüzkar siyasətin tərkib hissəsi kimi qəbul etdilər.
Venesuelanın prezidenti Uqo Çaves bunu ABŞ-ın
Liviyaya müdaxiləsi üçün bəhanəsi, Boliviyanın prezidenti Evo Morales
ABŞ-ın və qərbin aqressiyası adlandırdı.
Rusiyanın baş naziri Vladimir Putin isə daha
kəskin reaksiya verərək qətnamənin qəbul edilməsini «vicdansızlıq»
adlandırdı.
Комментариев нет:
Отправить комментарий