Aram-aram, incə-incə
Damlaları yerə atır.
Yağış yağır.
Buludların üzərindən ayrılaraq,
Sakit yağır.
Yuyur çirki, pislikləri
Təmiz-təmiz damlalarla
Yağış yağır.
Durub tənha eyvanımdan izləyirəm.
Bu tək qalmış ürəyimə
Yağış yağsın istəyirəm.
İstəyirəm narın, nurlu damlalarla
O söndürsün tənhalığın acısını
İçərimdə,
Ürəyimdə.
Xeyri yoxdur yağmağının.
Anlayıram.
Qapqaranlıq gecələrdə
Seltək axan göz yaşları
Söndürməyib o atəşi.
Yağış yağır,
Ürək yanır.
Bəlkə bu gün
Bax bu yağış
Xoşbəxt edir kimlərisə?!
Kimlərinsə sevinc ilə çulğalaşmış
Hisslərinə yağış yağır?!
Hələ yağır.
Saçlarıma.
Bir sevimli dilbərin
Ətir qoxan, incə, nazik barmaqlarla
Oxşanmağa laiq olan
Saçlarıma yağış yağır.
Gecələri qızınmayan
Soyuq, bəmbərk bədənimə,
Bomboş qalmış əllərimə
Əllərimə yağış yağır.
Yağ, ay yağış.
Yağ səpələn.
Yollarda qalan
Gözlərim də sənə baxır.
Üzmür səndən ümidini.
Səndən umur.
Sevgi umur.
Yağış yağır.
Ürək yanır.
Gözlər baxır.
Yağış yağır.
Buludların üzərindən ayrılaraq,
Sakit yağır.
Yuyur çirki, pislikləri
Təmiz-təmiz damlalarla
Yağış yağır.
Durub tənha eyvanımdan izləyirəm.
Bu tək qalmış ürəyimə
Yağış yağsın istəyirəm.
İstəyirəm narın, nurlu damlalarla
O söndürsün tənhalığın acısını
İçərimdə,
Ürəyimdə.
Xeyri yoxdur yağmağının.
Anlayıram.
Qapqaranlıq gecələrdə
Seltək axan göz yaşları
Söndürməyib o atəşi.
Yağış yağır,
Ürək yanır.
Bəlkə bu gün
Bax bu yağış
Xoşbəxt edir kimlərisə?!
Kimlərinsə sevinc ilə çulğalaşmış
Hisslərinə yağış yağır?!
Hələ yağır.
Saçlarıma.
Bir sevimli dilbərin
Ətir qoxan, incə, nazik barmaqlarla
Oxşanmağa laiq olan
Saçlarıma yağış yağır.
Gecələri qızınmayan
Soyuq, bəmbərk bədənimə,
Bomboş qalmış əllərimə
Əllərimə yağış yağır.
Yağ, ay yağış.
Yağ səpələn.
Yollarda qalan
Gözlərim də sənə baxır.
Üzmür səndən ümidini.
Səndən umur.
Sevgi umur.
Yağış yağır.
Ürək yanır.
Gözlər baxır.
Комментариев нет:
Отправить комментарий