30.08.2012

Şabranda görüş

Avqust  ayının  26-sı  Şabran  rayon  mərkəzində  yerləşən  “Poeziya  Evi”ndə  üç  ədəbi  məclisin  birgə  tədbiri  keçirilmişdir. “Gülüstan” (Quba -Ş.Seyidməmmədov), “Şabran”  (Şabran – Q.Süleyman)  və  “Ulduzlar”  (Xaçmaz – F.Ziyanur)  ədəbi  məclislərinin  sədrləri  və  20-dən  çox  üzvünün  qatıldığı  bu  görüşdə  AYB  Güney  Azərbaycan  Ədəbiyyatı  Şöbəsinin  müdiri, Dünya  Azərbaycanlı  Yazarlar  Qurumunun  (DAYAQ)  sədri  Sayman  Aruz, AYB  və  AJB  üzvü, yazıçı – publisist  Babək  Göyüş də  qonaq  qismində  iştirak  edirdi. Görüşdə  poeziya  nümunələri  səslənmiş, məclislərin  fəaliyyətindən  bəhs  olunmuş, İranda  baş  verən  zəlzələdən  sonra  soydaşlarımızın  vəziyyətindən, maddi, tibbi  və  mənəvi  yardıma  ehtiyacı  olmalarından  və  bir  neçə  ay  öncə  həbs  olunmuş  gənc  şairlərin  mühakimə  səbəblərindən  danışılmışdır.

12 avqustda  Qubada  keçirilmiş  tədbirin  sonunda  AYB  Quba  bölmə  sədrinin  çıxışı  və  bu  çıxışa dolayısı  ilə  etiraz  edən  tədbir  iştirakçısına  qarşı  işlənmiş qeyri-etik ifadələr pislənmiş, bu  barədə  AYB  rəhbərliyinin  məlumatlandırılması  qonaqlardan  xahiş  edilmişdir. Tədbirin  sonunda  kitab  mübadiləsi  edilmiş, belə  birgə  görüşlərin  bölgə  rayonlarında  ara - sıra  keçirilməsi  qərara  alınmış, C.Albantürkə (Quba), M.Qədirə (Xaçmaz)  və  T.Kərimə (Şabran)   DAYAQ-ın  Quba  bölgə  qurumunu  təşkil  etmək  həvalə  olunmuş  və  Şabran  Tarix  Diyarşünaslıq  Muzeyinə  baş  çəkilmişdir. “Şabran”  rayon  qəzetinin  baş  redaktoru  Ç.Xalidoğlu da  tədbirin  dəvətlisi  olmuş  və  çıxış  etmişdir.

İ.Töhmərli, A.Məmməd

Комментариев нет:

Отправить комментарий