Günəşə qar yağır
Günəşə qar yağır yenə
Sabahdan
Əllərim üşüyür əllərində
İçin heçnə demir mənə
Üzün kimi
Boş şüşə kimisən indi
Nə məst edəcək bir şeyin
Nə özünə gətirəcək
Səmtini itirmiş gəmisən
Kompasın düşüb dənizə
Göy uçmuş altında qalmış
Yaşam həvəsin
Sığınıb köksümün dalğılarına
Qurtulmaq da istəmirsən
Sən -aysberq
Mən -vulkan
Nə əridə bildim səni
Nə sən mən də isin
Günəşə qar yağır yenə...
İlğlm
Nə gözəldi o günlər.
“İlğım” filminə baxmağı sevirdik.
80-in diskosunu dinləməyi.
Maykl Ceksonu təzə- təzə tanıyırdıq.
Hələ tüpürcəkli saqqızlar Arazın o tayından
ağzımıza yol tapmamışdı.
Azadlığın sözünü bilirdik, dadını yox.
Dünyanın yarısı boyda vətənimiz vardı.
Hər şeyə dözməyə, hər yükü çəkməyə
dəmirdən möhkəm bədənimiz.
Utopik arzularla yaşayırdıq.
Hələ toxunmamışdıq sərt qayalara.
Hələ asılmamışdı “Demokl qılıncı” başımız üstdə.
Hələ könül verib sevdalanmaışdıq.
Hazırlaşırdıq hələ...
Qəlbimiz vurulmağa hazır idi.
Həyacandan titrəməyə.
Hələ yerində idi dünyanın bütün rəngləri.
Baharın oyanışı qanımızı qaynadırdı.
Hələ göy qurşağını görə bilirdik.
Duya bilirdik son bahar rüzgarını.
Dur deməyən leysanını.
Ruhumuz qar dənəsiydi zərif, həssas.
Ələ düşsə əriyən.
Hələ keçməmişdi könül dənizindən
sevgi gəmisi.
Düşməmişdik tufanına.
Şaxtasında üşüyüb, günəşində ısınırdık dünyanın.
Hələ arzular yolundaydıq, ümid zəmisində.
Gələcəyin ruhumuza, gözəlliyimizə
laiq olacağına inanırdıq.
Bununçun oxuyurduq.
Çalışırdıq, savadlanırdıq.
Sabaha hazırlanırdıq.
Nə gözəldi o illər...
Hər şey Cıdır Düzündən başladı.
Topxana meşəsindən.
Sonra söküldü corab sapı kimi.
Meydanlara daşındı vucudumuz.
Ruhumuz tribunlara .
Ekstaz halında idik,
Sərxoş vahimədə.
Ruhumuzu tırtıllar tapdaladı.
Ümidlərimizi qəddar əsgər çəkmələri.
Arzularımızı güllələdi avtomatlar.
İlk görüş yerimiz məzarlıq oldu.
Əlimizdə qərənfillər.
Sevdalılar torpaq altına yollandılar.
Sağ qalanlar diriykən ölü.
Qıymadılar bizi ayaqda gömməyə.
Oysa ruhumuz çıxmışdı vücuddan.
Cəhənnəmə, ya cənnətə üz tutmuşdu.
İtirmişdik özümüzü nəsə tapmaq çabasıyla.
Bulunca gec oldu.
Ömür keçmişdi.
Ortada sönmüş ocağın titrəyən külü
Qarşımızda qocaman bir uçurum.
Biz atılmağa hazır.
İlğıma doğru...
Yolları sər üstümə
Asta-asta dolanıram xəyallar cığırında.
Susamışam sevgiyə, acmışam nəvazişə.
Payız alıb üstümü ömrümün baharında.
Yolları sər üstümə.
Kövrəlmişəm mən yenə.
Döşəyimi xəzəldən, yorğanı çəndən eylə.
Yastığımı rəngbərəng güldən çiçəkdən eylə.
Suyumu ovcunda ver, damcılasın sinəmə.
Yolları sər üstümə.
Kövrəlmişəm mən yenə.
Sinəndəki gəmiyə oturdub apar məni.
Bu şəhərdən, bu evdən, dünyadan qopar məni.
Qalsam çürüyəcəyəm, zaval yoxdu gedənə.
Yolları sər üstümə.
Kövrəlmişəm mən yenə.
Saqqızımı oğurladı
Saqqızımı oğurladı.
O can alan gözlərin.
Saqqız ağızda olur ki,
Nə günahı gözlərin?!
Saqqızımı oğurladı.
Şirin-şirin dillərin.
Dil ünsiyyət vasitəsi.
Suçu nəydi əllərin?
Saqqızımı oğurladı.
Əllərinin təması.
Günəşli yaz günü etdi.
Tutqun payız səmasın.
Saqqızımı oğurladı.
Şirin-şirin sətirlər.
Duyğularıma toxunan.
Sözlər məni bitirər.
Saqqızımı oğurladı.
Qayğıkeşlik, nəvaziş.
Heç kimdə olmayan cürət.
Qeyri-adi davranış.
Saqqızımı oğurladı.
İti ağıl, intellekt.
Qaçmağa bir yer olmadı.
Qaldıq birdən tet -a-tet.
Saqqızımı oğurladı.
Payız, leysan yağışı.
Kimsə ihmal edəməz ki.
O can alan baxışı.
Saqqızımı oğurladı.
Mən təslim, dilim laldı.
Qapıldım dəli sevdaya.
Çeynəməyə nə qaldı.
Bəla
Acısı içini göynədər.
Siyirib ata bilməzsən.
Şirini qəlbini kövrəldər.
Özünü saxlaya bilməzsən.
Tərifi dünyanın xoşbəxti edər.
Göylərə qaldırar.
Tənqidi kal əzgil kimi büzüşdürər.
Yerin altına soxar.
Varlığı – qazanılmış qayğı sindromu.
Dərd okeanı.
Yoxluğu -cəza.
Tapmaca deyil bu.
Baladı, bala.
Allhdan gəlmiş, qarından çıxmış bəla.
Qonağım
Sıxıntı qonağımdı bugün.
Laiqincə uğurlamağa çalışıram.
Getməsini istəmək –eyib qonağın.
Gözləyirəm.
Əhvalım- buanki Bakı havası kimi.
Göylər- yağmağa müntəzir.
Mən-ağlamağa.
-Əziz qonağım, çaydan-sudan, ehtiyacın?-
Qonaqdan soruşulmaz,əlbət.
-Göz yaşımdan çay dəmləsəm, içərsənmi?
-Qəhrimdən yemək bişirsəm,
ləzzətlə nuş edərsənmi?..
Çıq, çıq, çıq
Kəsişmədi yollar.
Birləşmədi heç.
Toxundu bir ara.
Ara-sıra...
Çarpmadı elektriki.
Qısa qapanma oldu sanki.
Çevrilmədi sevgiyə.
Tutuşmadı iti alovla.
Yanar ocağa dönüşmədi.
Döndü hər kəs öz yoluna.
Öz zülmünə, üsyanına.
Kələ-kötür.
Bəzən hamar yollar apardı.
Əsdi, coşdu, sakitləşdi.
Bəzən şimşək kimi çaxdı.
Bəzən lal baxışla susdu.
Dəyişdi, böyüdü, varlandı.
Qazandı, itirdi.
Çılğınlaşdı, müdrikləşdi.
Ruh öz yerində qaldı
Ruh öz halında qaldı.
Girdimi o romantik qəlbə kimsə?
Getdimi, qaldımı?
Sehirli anlar yaşatdımı?
Ruh öz yerində qaldı.
Yenə nisgilli, yenə yarımçıq.
Pəncərəsi səksəkədə.
Qapısı açıq.
Ürək yenə öz işində.
Saat kimi...
Çiq... Çıq... Çıq...
Günəşə qar yağır yenə
Sabahdan
Əllərim üşüyür əllərində
İçin heçnə demir mənə
Üzün kimi
Boş şüşə kimisən indi
Nə məst edəcək bir şeyin
Nə özünə gətirəcək
Səmtini itirmiş gəmisən
Kompasın düşüb dənizə
Göy uçmuş altında qalmış
Yaşam həvəsin
Sığınıb köksümün dalğılarına
Qurtulmaq da istəmirsən
Sən -aysberq
Mən -vulkan
Nə əridə bildim səni
Nə sən mən də isin
Günəşə qar yağır yenə...
İlğlm
Nə gözəldi o günlər.
“İlğım” filminə baxmağı sevirdik.
80-in diskosunu dinləməyi.
Maykl Ceksonu təzə- təzə tanıyırdıq.
Hələ tüpürcəkli saqqızlar Arazın o tayından
ağzımıza yol tapmamışdı.
Azadlığın sözünü bilirdik, dadını yox.
Dünyanın yarısı boyda vətənimiz vardı.
Hər şeyə dözməyə, hər yükü çəkməyə
dəmirdən möhkəm bədənimiz.
Utopik arzularla yaşayırdıq.
Hələ toxunmamışdıq sərt qayalara.
Hələ asılmamışdı “Demokl qılıncı” başımız üstdə.
Hələ könül verib sevdalanmaışdıq.
Hazırlaşırdıq hələ...
Qəlbimiz vurulmağa hazır idi.
Həyacandan titrəməyə.
Hələ yerində idi dünyanın bütün rəngləri.
Baharın oyanışı qanımızı qaynadırdı.
Hələ göy qurşağını görə bilirdik.
Duya bilirdik son bahar rüzgarını.
Dur deməyən leysanını.
Ruhumuz qar dənəsiydi zərif, həssas.
Ələ düşsə əriyən.
Hələ keçməmişdi könül dənizindən
sevgi gəmisi.
Düşməmişdik tufanına.
Şaxtasında üşüyüb, günəşində ısınırdık dünyanın.
Hələ arzular yolundaydıq, ümid zəmisində.
Gələcəyin ruhumuza, gözəlliyimizə
laiq olacağına inanırdıq.
Bununçun oxuyurduq.
Çalışırdıq, savadlanırdıq.
Sabaha hazırlanırdıq.
Nə gözəldi o illər...
Hər şey Cıdır Düzündən başladı.
Topxana meşəsindən.
Sonra söküldü corab sapı kimi.
Meydanlara daşındı vucudumuz.
Ruhumuz tribunlara .
Ekstaz halında idik,
Sərxoş vahimədə.
Ruhumuzu tırtıllar tapdaladı.
Ümidlərimizi qəddar əsgər çəkmələri.
Arzularımızı güllələdi avtomatlar.
İlk görüş yerimiz məzarlıq oldu.
Əlimizdə qərənfillər.
Sevdalılar torpaq altına yollandılar.
Sağ qalanlar diriykən ölü.
Qıymadılar bizi ayaqda gömməyə.
Oysa ruhumuz çıxmışdı vücuddan.
Cəhənnəmə, ya cənnətə üz tutmuşdu.
İtirmişdik özümüzü nəsə tapmaq çabasıyla.
Bulunca gec oldu.
Ömür keçmişdi.
Ortada sönmüş ocağın titrəyən külü
Qarşımızda qocaman bir uçurum.
Biz atılmağa hazır.
İlğıma doğru...
Yolları sər üstümə
Asta-asta dolanıram xəyallar cığırında.
Susamışam sevgiyə, acmışam nəvazişə.
Payız alıb üstümü ömrümün baharında.
Yolları sər üstümə.
Kövrəlmişəm mən yenə.
Döşəyimi xəzəldən, yorğanı çəndən eylə.
Yastığımı rəngbərəng güldən çiçəkdən eylə.
Suyumu ovcunda ver, damcılasın sinəmə.
Yolları sər üstümə.
Kövrəlmişəm mən yenə.
Sinəndəki gəmiyə oturdub apar məni.
Bu şəhərdən, bu evdən, dünyadan qopar məni.
Qalsam çürüyəcəyəm, zaval yoxdu gedənə.
Yolları sər üstümə.
Kövrəlmişəm mən yenə.
Saqqızımı oğurladı
Saqqızımı oğurladı.
O can alan gözlərin.
Saqqız ağızda olur ki,
Nə günahı gözlərin?!
Saqqızımı oğurladı.
Şirin-şirin dillərin.
Dil ünsiyyət vasitəsi.
Suçu nəydi əllərin?
Saqqızımı oğurladı.
Əllərinin təması.
Günəşli yaz günü etdi.
Tutqun payız səmasın.
Saqqızımı oğurladı.
Şirin-şirin sətirlər.
Duyğularıma toxunan.
Sözlər məni bitirər.
Saqqızımı oğurladı.
Qayğıkeşlik, nəvaziş.
Heç kimdə olmayan cürət.
Qeyri-adi davranış.
Saqqızımı oğurladı.
İti ağıl, intellekt.
Qaçmağa bir yer olmadı.
Qaldıq birdən tet -a-tet.
Saqqızımı oğurladı.
Payız, leysan yağışı.
Kimsə ihmal edəməz ki.
O can alan baxışı.
Saqqızımı oğurladı.
Mən təslim, dilim laldı.
Qapıldım dəli sevdaya.
Çeynəməyə nə qaldı.
Bəla
Acısı içini göynədər.
Siyirib ata bilməzsən.
Şirini qəlbini kövrəldər.
Özünü saxlaya bilməzsən.
Tərifi dünyanın xoşbəxti edər.
Göylərə qaldırar.
Tənqidi kal əzgil kimi büzüşdürər.
Yerin altına soxar.
Varlığı – qazanılmış qayğı sindromu.
Dərd okeanı.
Yoxluğu -cəza.
Tapmaca deyil bu.
Baladı, bala.
Allhdan gəlmiş, qarından çıxmış bəla.
Qonağım
Sıxıntı qonağımdı bugün.
Laiqincə uğurlamağa çalışıram.
Getməsini istəmək –eyib qonağın.
Gözləyirəm.
Əhvalım- buanki Bakı havası kimi.
Göylər- yağmağa müntəzir.
Mən-ağlamağa.
-Əziz qonağım, çaydan-sudan, ehtiyacın?-
Qonaqdan soruşulmaz,əlbət.
-Göz yaşımdan çay dəmləsəm, içərsənmi?
-Qəhrimdən yemək bişirsəm,
ləzzətlə nuş edərsənmi?..
Çıq, çıq, çıq
Kəsişmədi yollar.
Birləşmədi heç.
Toxundu bir ara.
Ara-sıra...
Çarpmadı elektriki.
Qısa qapanma oldu sanki.
Çevrilmədi sevgiyə.
Tutuşmadı iti alovla.
Yanar ocağa dönüşmədi.
Döndü hər kəs öz yoluna.
Öz zülmünə, üsyanına.
Kələ-kötür.
Bəzən hamar yollar apardı.
Əsdi, coşdu, sakitləşdi.
Bəzən şimşək kimi çaxdı.
Bəzən lal baxışla susdu.
Dəyişdi, böyüdü, varlandı.
Qazandı, itirdi.
Çılğınlaşdı, müdrikləşdi.
Ruh öz yerində qaldı
Ruh öz halında qaldı.
Girdimi o romantik qəlbə kimsə?
Getdimi, qaldımı?
Sehirli anlar yaşatdımı?
Ruh öz yerində qaldı.
Yenə nisgilli, yenə yarımçıq.
Pəncərəsi səksəkədə.
Qapısı açıq.
Ürək yenə öz işində.
Saat kimi...
Çiq... Çıq... Çıq...
Комментариев нет:
Отправить комментарий