21.08.2012

Gizli parçalama planının təfərrüatları bizdə!


Sima Ənnağı

Böyük Turan yox, böyük Kürdüstan yaradılacaq!

İran, Suriya, Ermənistan, Azərbaycan və Türkiyədən qoparılmış torpaqlardan Böyük Kürdüstan yaradılacaq

Bununla da yəhudilərin çoxəsrlik arzusu yerinə yetəcək

 “Pentaqonun əmriylə sionist-tarixçi Bernard Lüis legitim islam blokunun parçalanmasına yönəlmiş məşhur planı hazırlamağa başladı, İraq, Suriya, Livan,  Misir, Sudan, İran, Türkiyə, Əfqanıstan, Pakistan, Səudiyyə Ərəbistanı və Şimali Afrika ölkələri bir-birinin ardınca parçalanmalıdır.
Hər dövlət millətinə, dininə, fəlsəfi məktəbinə, təriqətlərə müvafiq olaraq, xırda hissələrə bölünməlidir. Parçalanacaq bütün ərəb və islam dövlətlərinin yeni xəritələri Lüisin nəzarəti altında ortaya qoyuldu”.
 Bu plan 30 il əvvəl hazırlansa da, indi, gözümüzün önündə həyata keçirilir.
 Misirin dövlət qəzeti “Əl-Əhram” ABŞ tərəfindən maliyyələşdirilən qeyri-hökümət təşkilatlarının fəaliyyəti ilə bağlı ifşaedici yazılar çap etmişdir. Qəzetin məlumatına görə, ofislərdə axtarış zamanı “Misirin parçalanması” xəritəsi tapılıb.
 Bu hadisədən sonra həmin qəzet tanınmış jurnalist Muhəmməd Duniyanın geniş məqaləsini səhifələrinə yerləşdirdi. Məqalə Yaxın Şərqin tədqiqatçısı, Prinston universitetinin professoru amerikalı Bernard Lüisdən bəhs edirdi. Guya Lüis 30 il əvvəl Misirin dörd yerə parçalanması planını işləyib. Belə bir plan digər ərəb və islam dövlətlərinə də uyğun hazırlanıb.
 “Müsəlman qardaşları”nın lideri Mühəmməd Badi Lüisə qarşı belə ittihamları hələ iki il əvvəl irəli sürmüşdü. Bu məlumat sonralar islamçıların internet mətbuatında yer aldı. Diqqət edəndə aydın olur ki, Duniya özü heç nə yazmayıb, sadəcə tanınmış ərəb müəlliflərinin 2010-2011-ci illərdə yazdıqları məqalələrindən müəyyən hissələri öz adına çıxıb.
 Duniya yazısında göstərir ki: “Son zamanlar bəzi KİV-lər Misirin parçalanmasına dair müəmmalı ideyanı canlandırmağa çalışır. Bu amerikan-sionist plan Misirin dörd xırda ölkəyə parçalanmasını nəzərdə tutur: 1 - yəhudilərin nəzarətində olacaq Sinay və şərq Deltası; 2 – paytaxtı İsgəndəriyyə olan xristian ölkəsi; 3 – Əl-Nuba və 4 – paytaxti Qahirə olan “barbarların ölkəsi”.
 Keçmişdə belə fikirlərə ciddi yanaşılmırdı, lakin amerikanların Qahirədəki baş qərargahında polis axtarışları zamanı Misirin parçalanması əks olunan xəritələr tapıldı. Bu xəritələr göstərir ki, Misirin parçalanması planı həqiqətən mövcuddur. Bu ideya yəhudi mənşəli Britaniya şərqşünası Bernard Lüisə məxsusdur. O, Pakistandan tutmuş Mərakeşə qədər islam dünyasının parçalanması planını hazırlamışdır. Bu plan Amerika Müdafiə Nazirliyinin jurnalında çap edilmişdir”.
 Duniya Lüisin xain planlarından danışarkən, “strateji ekspertə, istefada olan misirli general Samih Seyf əl-Yazala” istinad edir. General deyib: “1980-ci ildə İran-İraq müharibəsi dövründə Zbiqnev Bjezinski bir bəhanə axtarırdı ki, gələcəkdə Körfəzdə ikinci müharibəyə başlasın. Müharibə Sayks-Piko gizli razılığının həyata keçirilməsi üçün vacib idi (Yaxın Şərq ərazilərinin bölünməsi haqqında gizli saziş Britaniya, Fransa və Rusiya arasında bağlanmışdı). ABŞ bu razılıqda iştirak etməmişdi və heç nədən xəbəri yox idi. Aydın deyil ki, 64 ildən sonra yeni müharibəni qızışdırmaq Bjezinskinin nəyinə lazım idi. Pentaqonun əmriylə sionist-tarixçi Bernard Lüis legitim islam blokunun parçalanmasına yönəlmiş məşhur planı hazırlamağa başladı. İraq, Suriya, Livan,  Misir, Sudan, İran, Türkiyə, Əfqanıstan, Pakistan, Səudiyyə Ərəbistanı və Şimali Afrika ölkələri bir-birinin ardınca parçalanmalı idi. Hər dövlət millətinə, dininə, fəlsəfi məktəbinə, təriqətlərə  müvafiq olaraq, xırda hissələrə bölünməliydi. Parçalanacaq bütün ərəb və islam dövlətlərinin yeni xəritələri Lüisin nəzarəti altında hazırlanmışdı”.
 Sonra Nildən tutmuş Fərata qədər sionist hökmranlığı təsvir olunur: “Sinaydan şərqi Deltaya qədər yerləşən birinci dövlət yəhudilərin təsiri altında olacaq. Bununla da yəhudilərin çoxərslik arzusu yerinə yetəcək. İkinci dövlət xristian dövləti olacaq, üçüncüsü - Nubi dövləti - Cənubi Sudanla birləşəcək, cənubi Misiri Mərakeş və Qırmızı dəniz arasında yerləşən barbarlar ölkəsi ilə birləşdirəcək. Dördüncüsü - Misir ərazisinin qalıqlarından ibarət  islam Misiri. Planı hazırlayanlar hesab edir ki, bu dövlət də sonradan yəhudilərin əlinə keçəcək və o, Böyük İsrailin tərkib hissəsi olacaq”.
 Duniya xəbərdarlıq edir: “Strateji ekspert əl-Yazala görə, ölkədə müəyyən qüvvələr uzun illərdir ki, parçalanma planını həyata keçirməyi arzulayırlar. Bu xarici elementlər sevinir ki, Misirdə inqilab olur və dövlətin parçalanması asanlaşır. Bu vəziyyət bir neçə xarici konfranslarda fəal müzakirə olundu. Misirin dünya bloklarına (birliklərinə) qarşılıq verə bilməyən xırda hissələrə parçalanmasının imkanları öyrənildi”.
 Muhəmməd Duniyanın məqaləsinin Yaxın Şərq Tədqiqat İnstitutu tərəfindən çapı, yeni tədqiqatların ortaya çıxmasına təkanı verdi. Nəzəriyyənin daha geniş yayıldığı aşkar edildi.
 “Əl-Əhram” qəzeti bir yenilik kəşf etməyib, sadəcə ərəb dünyasında gəzən məlumatı yayıb. 2011-ci ilin fevral ayında “Əl-Meydan” “müstəqil” Misir qəzeti yazırdı: “Tarix göstərir ki, 1916-cı il Sayks-Piko razılaşmasının ərəb dünyasının parçalanması planı hələ də qüvvədədir. Bu plana əsasən, Nildən Fərata qədər ərazidə Böyük İsrail dövləti yaradılmalıdır. Bunun üçün Qərbdə xristian əhalisi güclü təbliğ edilir, kütlə şüuruna yeridilir ki, İsanın ikinci gəlişi ərəb dünyasının xarabalıqları üzərində Yəhudi dövlətinin yaranmasından sonra baş tutacaq”.
 “Əl-Meydan” qəzeti Armed Forces Journal amerikan nəşrində işıq üzü görmüş “Qanlı sərhədlər. Ən yaxşı Yaxın Şərq necə olacaq” yazısına istinad edir. Yazının müəllifi polkovnik Ralf Peters Lüisin planına əl gəzdiribmiş. Yazı 2006-cı ildə çap olunduqdn sonra onun on-line variantından xəritə yoxa çıxıb. Petersin tərtib etdiyi xəritə ilə ərəb dünyasına məlum olan xəritələr arasında böyük fərqlər var.
 “Əl-Meydan” qəzeti “analitika və tədqiqatlar” bölməsində Hussam əl-Hakimin qələmiylə Lüis-Peters planı haqqında bunları yazır: “Lüisin müsəlman dünyasının parçalanması planı 80-ci illərin əvvəllərində hazırlanmışdı, 1983-cü ildə Amerika Konqressinin gisli sessiyasında təsdiq edilmişdi. Bu plan sonrakı illərdə Amerikanın xarici siyasətini müəyyən etdi. Armed Forces Journal-dakı məqalədə qeyd edilir ki, dövlətlərarası sərhədlər müvəqqətidir və dəyişkəndir. Bu ölkələr bölünəcək və onların ərazisi azalacaq: Türkiyə, İraq, Səudiyyə Ərəbistanı,  Pakistan, Suriya, BƏƏ.
 Dünyanın qanlı bölünməsində əsas qalib Böyük Kürdüstan olacaq. Onun tərkibinə İraq Kürdüstanı, Məsul və Kərkük, eləcə də İran, Suriya, Ermənistan, Azərbaycan və Türkiyədən qoparılmış torpaqlar daxil olacaq.
 Əfqanıstan Herat torpaqlarını Qərbi İrana verməli olacaq, əvəzində Pakistandan torpaq alacaq.
Səudiyyə Ərəbistanı iki dövlətə ayrılacaq, müqəddəs islam dövləti yaranacaq. Səudiyyə Ərəbistanı ərazisinin bir qismi Yəmənə və İordaniyaya veriləcək.
İran öz ərazisindən Böyük Kürdüstanın və Birləşmiş Azərbaycanın xeyrinə torpaq verməli olacaq.
İndiki İordaniyanın əvəzinə yeni dövlət yaranacaq, onun tərkibinə Səudiyyə Ərəbistanından qoparılmış ərazilər və Fələstin torpaqları aid ediləcək. İordaniya fələstinlilərin yaşadığı ərazidə fələstinlilərin dövlətinə çevriləcək. Fələstinlilər İordaniyanın hesabına Fələstin problemini həll edəcəklər.
 Plana görə, Cənubi Sudanda neft, qızıl və uranla zəngin xristian mini-dövləti yaradılacaq. Sudanın parçalanması artıq baş verir. Dərfurda ayrı bir dövlətin yaradılması da mümkündür.
 Şimali Afrikanın taleyi Liviya, Əlcəzair və Mərakeşin uğurlu parçalanmasından asılı olacaq. Bu ölkələrin əvəzinə berberlər ölkəsi peyda olacaq. Tunis, Liviya, Mərakeş və Əlcəzairin əraziləri çox kiçiləcək. Plana görə, Küveyt, Qatar, Oman sultanlığı, BƏƏ tam ləğv ediləcək. Onların əvəzinə xırda dövlətlər – şiələrin Axsa və sünnilərin Hicaz dövlətləri peyda olacaq. İrak üç dövlətə bölünəcək: kürdlərin, şiələrin və sünnilərin dövlətinə. Suriyanın sahilboyu ərazisi şiələrə, Aleppo şəhəri sünnilərə aid olacaq. Bundan əlavə, Suriyanın ərazisi daha xırda hissələrə parçalanacaq – Dəməşq sünni dövlətinə, druzların dövlətinə. Livan səkkiz kantona bölünəcək. Burada sünnilər, şiələr, xristianlar torpaq ələ keçirəcəklər. Yaranmış xristian dövləti İsrailin nəzarətində olacaq.
 “Əl-Meydan”, “Əl-Əhram”, “Ərəb Ordularının Forumları”nda və digər mətbu orqanlarda təkrarlanan mətnlərin müəllifi, görünür, Fəthi Şihab-əl-dindir. Onun mətnləri, ehtimala görə, “Kivunum” (“İstiqamətlər”) İsrail jurnalında 1982-ci ildə yayılmış yazılardandır. Ərəb dünyasının parçalanmasının dəqiq xəritələri  2011-ci ilin mart ayında “Ərəb Ordularının Forumu”nda yerləşdirilmişdi.
 Ərəblərin “Sionizmin xaç atası” adlandırdıqları Bernard Lüis görkəmli fiqurdur.  O, Amerikada “islam fundamentalizmi”, “sivilizasiyaların toqquşması” kimi ifadələri gündəmə gətirmişdir. 60-cı illərdən etibarən o Qərblə islamla toqquşmaya dair xəbərdarlıq edir. O, parçalanma planının müəllifi olsa da, əsas sayılmır;  onun ideyalarını konkret dövrdə bir neçə dövlət həyata keçirir.

Mənbə: postskriptum.me saytı

Комментариев нет:

Отправить комментарий