31.08.2012

KƏLLƏDƏN DÜZƏLDİLMİŞ PİYALƏDƏ YAZI

CORC QORDON BAYRON

Qorxma: mən adi bir sümüyəm ancaq,
Sönmüş ruh haqqında fikirləri at.
Sümük piyalədən, bil, qopmayacaq
Axmaq sahibindən mənfur xatirat.

Sən tək içər, sevər, yaşardım mən də,
İndisə ölüyəm, doldur sonadək.
Nəfəsin şövq ilə mənə dəyəndə,
Sevindim--qurdlardan qurtuldum ,demək.

Qurdlar yumağını bəsləməkdənsə,
Şux şərab badəsi olmaq necə xoş!
Gəzirəm əllərdə qürurla mənsə,
Tanrı içkisiylə dolu və meyxoş.

Əql ziyasının taxtında budur,
Şərab köpüklənir üsyankar kimi.
Qurumuş beyinin yerində durur
Şərab kəllə üçün əla deyilmi?!

Olsun ki, iylənmiş kəlləni nəvən,
Bir gün qazıb tapar... İç elə isə.
Üstündə,.. bir kəllə piyaləykən sən,
Yeni zərrin çevrə başlayar rəqsə.

Baş bizə nə verib sağlıq vaxtları?
Miskin qərarlarla ömrü talayar.
Qurulandan sonra ölüm taxtları,
Heç olmasa, onda... işə yarayar.

Ruscadan çevirən: Mahitavan Esatoglu Asadova

Комментариев нет:

Отправить комментарий