Həbsxana gündəliklərindən...
Həbsxana həyatı ilə bağlı çoxlu kitablar oxusam da, əslində bu kitablar sonradan mənə gerçək həbsxana həyatını yaşadıqdan sonra çox maraqsız görünmüşdü. Həyatının müəyyən hissəsini bağlı qapılar arxasında keçirən adamlar da vardı ki, çox əvvəllər onlarla söhbətlərim mənə daha maraqlı, dinamik görünərdi. Açığı deyim ki, heç kəsə arzulamadığım bu həyatda, sonralar danışılası, xatırlanası, misallar göstəriləsi ibrətamiz hadisələr o qədər olub ki. Bəzən bu günləri yaşamağına heç heyfslənmirsən də. Baxmayaraq ki, ömrün bu anları həyatın qara zolağıdır. Bəzən həbsxananın da bir məktəb olduğu deyilir. Bu, doğrudur.
Ömründə heç zaman qarşılaşmayacağın olayları yaşamaq, ağrılara dözmək, Tanrının “ümid” adlı ətəyindən yapışmaq, min sifətli insanlarla gözəgörünməyən çəkişmələrdən qalib çıxmaq, yerli-yersiz “razborkalardan prav çıxmaq”, əslində böyük bir məktəbin müdavimi olmaqdır. Bu “məktəbin” layiqli məzunu olmaq da hər kəsə nəsib olmur.
Mən necə bu “məktəbə” düşdüm?
Bayıl qəsəbəsində “Ziba xanım Həsənovanın klinikası” adlı özəl bir tibb müəsisəsi yerləşir. Sahibinin arxası möhkəm yerlərə söykənən bu müəsisədə baş verən yarıtmazlıqlar - vergidən yayınma, işçiləri bir qiymətə “aformit” edib digər məbləğdə maaş vermə halları haqda yazılar yazmağımız və mənim o zamanlar baş redaktoru olduğum “Yeni Xəbər” qəzetində yayımlamağım sahibkar tibb adamı olan Zibanın xoşuna gəlməmişdi. Mənə edilən hədə-qorxulardan çəkinməməyim bu xanımı daha da qəzəbləndirmişdi. Ziba Həsənovanın əslində uşaq alverçisi olması haqda əlimizdə ilginc və təkzibolunmaz faktlar vardı. Bu haqda geniş yazı dərc etməyə hazırlaşmağım daha fəndgir, əməlləri çikabın içində olan bu qadını əndişələndirmiş, həbsimə rəvac verdirmişdi. Məni şərləyərək, qohumlarının və digər yaxınlarının vasitəsi ilə həbs etdirən bu qadın haqda danışmağa belə həvəs olmasa da gerçəkləri qələmə almaya bilmirəm. İndi hər şey çoxdan arxada qalsa da adı çəkilən o qadını sifəti, arada gözlərimin önündə canlanır və nədənsə sarışın saçlı, nazik, incə belli, yaşına yaraşmayan dar, çox dar və şəffalığı ilə əzalarını qabarıq şəkildə büruzə verən bə zənən xeylağını qadın sifətində görə bilmirəm. Sifətin siuletləri dəyişir və bir andaca qorxulu filimlərdəki, nağıllardakı əcaib-qəraib məxluqa çevrilir. Əslində bir ana olaraq iki oğul dünyaya gətirən ali təhsilli bu qadın, bəlkə də yaxşı ana, qayğıkeş qaynana, nəvələrinə nağıllar danışan bir nənədir. Nə olsun ki, o özünün murdar əməllərini gizlətmək üçün bir ananın, bir gəlinin, iki nəvənin gözlərini yaşlı qoymuş, oğlanları ilə yaşıd olan bir oğulu həbs etdirmişdi. Sonralar guya ki onun bu əməlindən peşiman olması haqda mənə bəhs etsələr də, doğrusu inanmadım.
Bəs onu bağışlamaq olarmı?!
Bu qadın öz klinikasında qeyri-qanuni olaraq doğuş həyata keçirtmiş və deyilənlərə inansaq, körpənin guya doğuş zamanı tələf olmasını anaya demiş, həqiqətdə isə başqasına satmışdır. Bu ağır cinayət mən həbsxanada olarkən öz təsdiqini tapsa da, Ziba Həsənova məsuliyyətdən yaxa qurtara bilmişdi. Onu vur- tut minimum maliyyə vahidinin min qismində cərimə etmişdilər. Klinikanın, səhv etmirəmsə, Ofelya adlı tibb basısı isə 3 il şərti olaraq azadlıqdan məhrum edilmə cəzası almışdı. Hüquq mühafizə orqanlarının diqqətində “səhlənkarlıq” kimi qalan bu cinayətin səbabkarını görəsən, Tanrı bağışlayacaqmı? Dağıl a DÜNYA! O boyda cinayətə verilən cəzaya bax! Beləliklə, mən həmin uşaq alverçisi olan, arxası möhkəm yerlərə bağlanan bu zənən tayfasından olan varlığın qurbanı olaraq, həbs edildim. Və bəzilrinin “məktəb” adlandırdığı həbsxana həyatını yaşadım.
Haqq nazilir... və üzülür...
Orada – içəridə bunun çox şahidi olmuşam. Bu o vaxtlar idi ki, Ədliyyə Nazirliyinin pentensiar xidmətinin rəisi ədliyyə general-mayor Nazim Ələkbərov idi və eşitdiyimə görə, Cəzaçəkmə müəsisələrindəki neqativ hallar haqda eks rəisi mütamadi olaraq məlumatlandırsalar da, məsələlər həllini tapmırdı. Eşitdiyimə və müşahidələrimə görə Pentensiar xidmətin yeni rəisi, Milli qəhrəman, general Mədət Quliyev belə yarıtmazlıqların bir çoxunun aradan qaldırılmasına nail olub. Nə isə, mövzudan kənarlaşmayaq. Mənə çox ağır gəlirdi bəzi “nadzorların”, zabitlərin 3-4 manat üçün özlərini iyrənc formaya salmaları, kimsəsiz, “dişsiz” dustağı şərləmələri. Azadlıqdan məhrum olunanların hüquqlarının onlar tərəfindən də pozulması, insan deyilən varlığın içində nə qədər çirkabların olmasından xəbər verirdi. Artıq mənsub olduğum millətin belə nümayəndələrinin olmasına vərdiş etmədə idim. Həbs olunmamın səbəbləri, istintaqımı aparan Respublika prakurorluğu yanında Korrupsiya idarəsinin Tarıyel Əhmədov adlı müstəntiqinin səmimi etirafları, mənim guya ki, rüşvət aldığım Ziba Həsənova adlı qadının varlığı millətimin içində heç də başının üstündə Allahı, ayağının altındakı axirət dünyasına gedəcəyi 2-3 kv. metr torpağı görməyənlərin olduğunu bilirdim. Amma içəridə qana susayan, 2-3 manata görə kişiliklərinə kölgə salacaq insana bənzərlərin olacağını görmək daha dəhşətli idi.
Burda hər şey pulladır. Pulun varsa, sən yaşayacaqsan. Pulun varsa, bəzilərini qabağında şeşələnən yüksək rütbəli zabit “sənnikdi”, o, sənin “ayağındı”. Göndərəcəksən hara gəldi. Yazdığı malyavanıda istədiyin yerə çatdıracaq, sifariş verdiyin qəzet-jurnalıda alıb sənə gətirəcək və ilaxır və sair.
Burada yalan ayaq tutub yeriyir, haqq məşhər ayağına çəkilir, nazilir və üzülür. Yaxşı ki, dustaqlar ağır vaxtlarda bir-birlərinə arxa durmağı, mənəvi dayaq olmağı bacarır. Əgər belə olmasaydı, məhrumiyyətlə dolu olan uzun dustaq həyatını sağ-salamat başa vurmaq heç də asan olmazdı. Baxmayaraq ki, azadlıqdan məhrum olanların əksəriyyəti i”içəridə” pis əməllərə aludə olub çıxırlar. Şahidi olduğum hadisələrdən yeri düşdükcə bəhs edəcəyəm.
(Ardı var) avropa.info

Комментариев нет:
Отправить комментарий