21.09.2012

Hələbin ən böyük məntəqələrindən biri müxaliflərdən təmizləndi


Məysalounda yerli əhali ordunu sevinclə qarşılayıb və dəstək şuarları səsləndirib

İslamazeri.az İnternet Qəzetinin SANA-ya istinadən verdiyi xəbərə görə, dünən Suriya təhlükəsizlik qüvvələri ölkənin ən böyük şəhəri olan Hələbin Məysaloun yaşayış məntəqəsini silahlı qruplaşmalardan təmizləyib.
Suriya müxalifləri qəfil intensiv hücum qarşısında tab gətirə bilməyərək qaçmağa məcbur olublar. Suriya orsundan bildirilib ki, döyüşlər zamanı 3 Suriya əsgəri şəhid olub. Terrorçulardan 14 nəfəri öldürülüb, 2 nəfər isə yaralı ələ keçirilib. Həmçinin qeyd edilib ki, müxaliflərə məxsus silah-sursat anbarı da ələ keçirilib.

Məysalounda yerli əhali ordunu sevinclə qarşılayıb və dəsdək şuarları səsləndirib.
Qeyd edək ki, Məysaloun məntəqəsi  müxaliflərin Hələbdəki əsas dayaq nöqtələrindən hesab olunurdu. Müxaliflər 1 həftə öncə Əl Cəzirə müxbirinə verdikləri reportajda burada güclü müdafiə xətti qurduqlarını, ordunun bu məntəqəyə girməsinin imkansız olduğunu deyirdilər.

Комментариев нет:

Отправить комментарий