21.09.2012

Sayman Aruz. Fərid və Şəhriyar üçün

 Tənha siz deyildiz dostlar,
əllərini əlimizə qoydular
gözlərini gözlərimizə dikdilər
və pəncərəsiz bir otağın küncündə
bizi də satdılar.

Tənha, siz deyilsiz,
bizik!
öz dərdlərimizin məddahı
və şeir kimi bir şeyi

kimsəsizlərin keçidində ülviləşdirən
asılan və aslanan
ölümün həyat
və kədərin səadət daddığı bir yerdə...

Gülməlidir şeir yazmaq
burada hər ötən bir saat
hər ötən bir gün
hansısa bir şəhadətin ildönümüdür
hansısa bir qəhrəmanın unudulduğu
hansısa bir inqilabçının satıldığı gündür.
Burada ölüm azadlıqdır
biz, pəncərəsiz otaqlarda
azadlığın axtarışına çıxmışıq
və önümzdə və arxamızda asılan şəkillərdə
millətimizi arayırıq tapmırıq!

dustağınızda pəncərə varsa
azadsız
millət sizsiz
pəncərəli bir otağın küncündə oturub
nəyəsə fikirləşirsiz
nəyisə gözləyirsiz...

Комментариев нет:

Отправить комментарий