18.10.2012

Düşmən dəyirmanına su tökənlər

Düşmən dəyirmanına su tökənlərXəbər portallarında insest xəbərləri kimlər yayır Azərbaycanın ailə modeli milli-mənəvi dəyərlər sistemində formalaşıb. Qadına verilən önəm ailənin əsasını təşkil edir. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan ailəsi yeni inkişaf mərhələsinə qədəm qoyub. Ailə cəmiyyət üçün ən böyük dəyərdir. Cəmiyyətin, dövlətin inkişafı, ümumiyyətlə insanların münasibətləri, ünsiyyət qurmaları ailə olmadan qeyri-mümkündür. Ailə kiçik bir dövlətdir. Bütün iqtisadi və maddi münasibətlər, hətta siyasi münasibətlər, ideoloji mübarizələr məhz ailədə ilkin rüşeym halında yaranır. Ailə münasibətləri haqqında danışarkən şəxsiyyət məsələsinə xüsusi toxunmaq lazımdır. Böyük şəxsiyyətlər məhz ailə tərbiyəsi əsasında formalaşmışlar. Bu şəxsiyyətlərin bütün əxlaqi keyfiyyətlərə yiyələnməsi, torpağına, el-obasına və milli mentalitetə bağlı olması, qadın-kişi münasibətlərində etik normaların gözlənilməsi məhz ailədən qaynaqlanır.

Təsadüfi deyildir ki, biz ailəni milli-mənəvi dəyərlər sisteminə aid edirik. Tarixən ailə dəyərləri bu istiqamətdə inkişaf etmişdir. Mənəvi dəyərlərdən danışarkən, ulu öndərimiz Heydər Əliyevin sözlərini xatırlatmaq istəyirəm: "Milli-mənəvi dəyərlər qorunmalıdır, milli-mənəvi dəyərlər bizim varlığımızın əsasıdır. Milli-mənəvi dəyərlər insanın kamilləşməsi, şəxsiyyətin formalaşması üçün milli mentalitetdən qida alaraq, zaman-zaman bütün əxlaqi keyfiyyətləri özündə toplayaraq cəmiyyətə vəsiqə alır. İnsanın kamilləşməsi məhz ailədən başlayır". Bu, doğrudan da belədir. Mən hamımız üçün örnək olacaq bu misalı ona görə gətirdim ki, həmin əxlaqi dəyər ədəbiyyatımızda, filmlərimizdə, rəssamlığımızda, xüsusilə folklorumuzda özünə yer alaraq insanların inkişafına, formalaşmasına, müstəqil Azərbaycan dövlətinə xidmət edən şəxsiyyət kimi yetişməsinə kömək edib. Amma son zamanlar xəbər portallarında insest münasibətlər aid yazılar kriminal xəbər adı ilə təqdim edilir. Sizcə, bu tip xəbərlərin cəmiyyətə sırınmağa cəhdlər nələrdən xəbər verir? Doğrudanmı, ailələr bu qədər bəsitləşib, yoxsa Azərbaycan ailəsini buna hazırlayırlar? Bu suallarla Azərbaycan Sağlam İnkişaf və Maarifləndirmə ictimai birliyinin sədri Anar Xəlilova və AMEA-nın elmi əməkdaşı, ilahiyyatçı alim, fəlsəfə doktoru Elşən Mustafaoğluna müraciət etdik. Anar Xəlilov bu cür xəbərlərin ictimailəşdirilməsinin əleyhinədir: "Bu millətin adına ləkədir. Mən hesab edirəm ki, zaman-zaman bu faktlar olub. Ancaq tarix boyunca istər din, istərsə də dövlət və ya cəmiyyət həmişə buna qarşı sərt mübarizə aparıb. Mənim fikirimcə, cəmiyyət öz daxilində bu cür əməlləri pisləməlidir. Bu faktlar hüquq mühafizə orqanlarına verilməli, amma KİV-ə çıxarılmamalıdır. Məktəblərdə müəllimlər də valideyn iclaslarında çəkinmədən bu mövzunu müzakirə etməlidir. Cəmiyyət arasında bələdiyyələr, yerli icra strukturları bu mövzuda məsələ qaldırmalı, işlər aparmalıdır. Hanı bizim yerli yeniyetmələrin işi üzrə polis müvəkkillərimiz? Bunu KIV-ə vermək yox, mübarizəni daxildə aparmaq lazımdır. Bu cür məhkəmələr də qapalı şəkildə aparılmalıdır. Jurnalistlərimizə də bunu tövsiyə edərdim". Fəlsəfə doktoru Elşən Mustafaoğlunun fikrincə, cəməyyətdə baş verən istənilən neqativ halların, xüsusilə də əxlaqsızlıqların, cinayətlərin, zorakılıqların mənşəyi mənəviyyatsızlıqdır: "Mənən zəngin olan insanı və cəmiyyəti bu kimi rəzil hallar təhdid edə bilməz. Görünür, cəmiyyət mənəvi böhran yaşayır və milli-mənəvi kimliyimizlə, dinimizlə, oturuşmuş mədəniyyətimizlə daban-dabana zidd olan ensest münasibətlər məhz bu böhran nəticəsində gündəmə çıxır. Məlumdur ki, dinimizdə məhrəm-naməhrəm məsələləri var və Quran ayələrilə təsbit edilib ki, ailə üzvü olan mərhəmlərlə cinsi münasibətlər haramdır. Bu, İlahi mənəviyyat qanununun tələbidir, bu, vəhydir!Bu ilahi qadağa Həzrət Musa peyğəmbərin (ə) dövründən yazılı tarixi mənbələrlə sabitdir - yəni ilahi dinləri - yəhudiliyi, xristianlığı və islamı təmsil edən ənənəvi toplumlarda bu haram, yolverilməz sayılır. Doğrudur, Afrikada, Alyaskada, Cənubi Amerikada, Yeni Zelandiyada müəyyən qəbilələr var ki, ənənəvi olaraq səmavi dinlər orada yayılmayıb və ensest münasibətlər orada normal hesab edilir. Amma din mədəniyyətinin təsiri olan regionlarda hətta artıq dinsizlər də belə şüurla tərbiyə olunub - ənənəvi belə olsa bunu qəbul etmir. Vəhyi, İlahi Qanunu kənara qoyduqda bu qadağa əslində mənasını itirir - adam deyir axı niyə qadağandı? Allahı, İlahi Qanunları inkar edən üçün bu qadağanın nə anlamı ola bilər? Kim və necə sübut edə bilər ki, belə münasibətlər yolverilməzdir? Heç cür və heç kim! Odur ki, ilahi dəyərlər cəmiyyətdə sarsıldıqda, insanlar vəhy tlimindən uzaq düşdükdə belə hallar gündəmə gəlir. Bunun qarşısını isə yalnız bir şey ala bilər - mənəvi-ilahi dəyərlərin təbliği və cəmiyyətin mənəvi dəyərlərə sahib çıxması. Hesab edirəm ki, problemlə bağlı əsas məqam məhz budur. Allah tplumumuzu bu dəyərlərdən uzaq salmasın"...

Vüsal                       cemiyyet.net

Комментариев нет:

Отправить комментарий