18.01.2013

Bakirə bulutların doğuş anında

Məlihə Əzizpur

Gecədir!
Sukut həyəcanla axır
Sən,
Ayışığında dayanıbsan
Mən,
 gizli bucaqlarımdan boylanıram sənə.
* * *
(Sənə xəstələnmək mütləq sərxoşluq)
Nə yaxşı ağlım başımda deyil
Seviş mənimlə!
Nəfəsini udarkən, qərənfil qoxuyuram.
Gecədir...  ayışığı...
Gözlərin, günəşlə dəniz qarışığı
Mən, gic damla.

Baxışından qaçınmaq, pinti səfsətə
Seviş mənimlə!...
Gecədir!
Dəliliyim , faciə ortası!
(Səninlə rəqs etmək istəyirəm
Bakirə bulutların doğuş anında
Yağış altında . . .)
Qoynuna al məni sakinləşdir
Ölü köksündə, ürək kimi...
Seviş mənimlə . . .!


...
Təbriz,
Buz bağlayıb yenə də. . .
Serçələr - pişiklər
Və, xiyavanda qəzetə satan qoca kişi
Üşüyür . . .
Əllərim donub.
Ayaqlarım züyüldəyir,
Yıxılıram birdən.
Və sən,
Bu ortamda deyirsən;
 "Mənim qadınım olarsan mi?" .  .

Комментариев нет:

Отправить комментарий