18.01.2013

Əlixan Qaya. İçimdə bir mahnı

Gecələr içimdə bir mahnı bəsləyirəm
Gündüz mahnılarıma musiqi axtarıram
Yaz açılır
Yay gəlir
Payız ötür
İçimdə bir mahnı məni çağırır
-Qaçma məndən,
Oxu məni,
Bir il də yaşadım səni...

***
Qonşu qızına
Bizdən bir hasar o yana
Bənd oldum.
Mən nə biləydim
Alın yazısına nöqtə qoyub İlahi
Ay qız, yuxumda məni görsən

Çox yuxumdan
Dön bəri bax
Pəncərədən göylərə bax
Göy üzündə ulduzumuyz öpüşür.

Комментариев нет:

Отправить комментарий