20.01.2013

Dünyanın ən məşhur mason lojasındakı azərbaycanlı Robert kimdi?

Robert B.HeyatBir neçə gün əvvəl Gunxeber.com-da masonların Azərbaycandakı fəaliyyəti, onların başında duran şəxslərlə bağlı yazı dərc etmişdik. Həmin məqalədə Azərbaycan masonlarının başında bir məmurun dayandğını yazmışdıq.
Məqalədə həmçinin bildirilirdi ki, dünyanın ən məşhur mason lojasında 33 dərəcəli ustad azəbaycanlıdı. Onu da qeyd edək ki, həmin məqalədə həmçinin Milli Məclisin keçmiş üzvü Sultan Məmmədovun “Masonluq; dünyanın hörümçək toru” kitabındakı faktlara da istinad olunmuşdu.
Bu məqalədən sonra redaksiyamıza çoxsaylı məktublar yazılıb və həmin şəxsin kimliyi ilə maraqlanılıb.
Buna görə də, qısa da olsa həmin şəxsin kimliyi ilə bağlı məlumatları təqdim edirik.
Deməli, dünyanın ən məşhur mason lojasında 33 dərəcəli ustad olan bu azərbaycanlı 1938-ci ildə Təbrizdə doğulmuş Robert Heyətdi. Bu şəxs gənc yaşlarından Amerikaya köçmüş, orada daşınmaz əmlak alqı-satqısı ilə məşğul olub.  ABŞ vətəndaşlığını qəbul etdikdən sonra adını dəyişərkən Robert qoyub. Əsl adı Bağır Heyətdi.
Masonluq fəaliyyətinin fəal dövrünü Rumıniyada keçirmiş, Çauşesku rejiminin yıxılmasında, xalq qiyamının təşkilində fəal iştirak edib.
ABŞ-da Nur lojasının yaradılmasını təşkil edib.
19 dekabr 2006-cı ildən Vaşinqtondakı lojaların mərkəzi olan “Kolumbiya dairəsi böyük lojası”na başçılıq edən böyük ustaddır.
R.Heyət Azərbaycanda mason lojasının təşkilinə səy göstərib, lakin Heydər Əliyevin  etirazı nəticəsində buna nail ola bilməyib.
Amma başqa bir mason – Razi Paşa isə ondan fərli olaraq Azərbaycanda mason lojası yarada bilib.
Bu barədə o zamankı “Yeni Çağ” qəzetinə müsahibəsində R.Paşa bildirib ki, Azərbaycanda mason lojası yaradıb və qeydiyyatdan keçmək üçün sənədləri Ədliyyə Nazirliyinə təqdim edib.
Onun dediyinə görə, mason təşkilatının mənzil qərargahı Ayna Sultanova heykəlinin yaxınlığında yerləşirmiş.
21 avqust 2006-cı il tarixdə fanat dindarlar mənzil qərargahın pəncərə şüşələrini  sındırıb, binanın içərisinə “Sizə Azərbaycan xalqı arasında yer yoxdur”, “Siz lənətlənmiş və Allahsızsınız” sözləri yazılan vərəqlər atıblar.
Ona görə də qərargahın yerini dəyişib başqa ünvana kğçürüblər:
“Mənzil-qərargahın yeni ünvanı məxfi saxlanılır. Əgər Ədliyyə Nazirliyi bizim təşkilatı qeydiyyatdan keçirməsə, ən azı dünyanın 17 mason təşkilatının nümayəndələrini Bakıya dəvət edib onların köməyi ilə məsələni həll edərik”.
Razi Paşa onu da qeyd edib ki, bir il iki ay xarici ölkələrin birində mason dərəcələrinə yiyələnib və bir çox mason loja rəhbərlərinin, müsbət rəyini alıb.
Qeyd edək ki, yazıda dını çəkdiyimiz kitabda yazılanlara görə, 2008-ci il dekabrın 27-də Azərbaycanda bir mason məmur “Bohemian Qrove” ən yüksək dərəcəsinə seçilib:
“Həmin məmurun xaricdə və ölkə daxilində güclü biznesi var. Tədbirlərə gedərkən qoluna bağladığı saatda mason simvolu üçbucaq görmək olar”.
Azərbaycanda isə 8 dekabr 2008-ci ildə “Böyük Milli Loja” fəaliyyətə başlayıb və “Dostluq24”lojası “Azərbaycan Milli Lojası”nın tərkibinə daxil edilib.

gunxeber.com

Комментариев нет:

Отправить комментарий