13.01.2013

Hüquq müdafiəçisi Anar Qasımlını polis təpiklə vurub

FaktXəbər-in məlumatına görə, bu gün paytaxt Bakının "Fəvvarələr meydanı"nda "Əsgər ölümlərinə SON" adlı etiraz aksiyası keçirilib. Aksiyada mindən artıq gənc və tanınımış ictimaiyyət nümayəndələri də iştirak edib. Aksiya iştirakçıları arasında ictimaiyyət nümayəndələrindən hüquq müdafiəçiləri İntiqam Əliyev, Anar Qasımlı, politoloqlar Ərəstun Oruclu, İlqar Məmmədov, Natiq Cəfərli, "Azadlıq radiosu"nun rəsmisi Xədicə İsmayıl və sairlər iştirak ediblər. Aldığımız məlumata görə, polis əməkdaşlarından biri hüquq müdafiəçisi Anar Qasımlını təpiklə vurub.

Комментариев нет:

Отправить комментарий