07.01.2013

Həyat nədir, qəhər nədir?

Laçın Məmişov

Yazmaq istəsən faciə, yaz gözümün sellərindən
Gəlib ara, sorub soruş Şirvanımın çöllərindən
Dad etmə, gör həzər nədir?

Gör çağlayıb səhralarda dərya, dəniz yaranmasın
Pərvanə tək yanan canın, cananına dolanmasın
Dəniz nədir, Xəzər nədir?

Eşqin elmin araşdırıb, canana can yaraşdırıb
Elmü-alim soruşdurub, qalıb naəlac elmimə
Təhsil nə, Əl-Əzhər nədir?

O gün ki, hicran üz verdi, həsrətdən aşiq can verdi
Canı cananına yetirmək üçün ah etdi, sübhə azan verdi
Qiyamət nə, məşhər nədir?


Dünən yarım görəsiydim, qoynunda çün öləsiydim
Gözündə yaş giləsiydim,  yaşları tən böləsiydim
Ələm nədir, kədər nədir?

Bəladan yeni hifs oldum, qurtuldum şükr edib durdum
Şənlik qurdum, büsat qurdum gəlib sancıdı əfi ilan
Ağu nədir, zəhər nədir?

Gəldi ölüm mələkləri, əsib durdu axirətin küləkləri
Bitdi hicran, gəldi fərman, oldu Laçın sənə dərman
Həyat nədir, qəhər nədir?

Şamaxı şəhəri 06 yanvar 2013-cü il

Комментариев нет:

Отправить комментарий