06.01.2013

KÖNDƏLƏN

Xosrov Barışan

Bəzən ağır gəlincə içindəkilər dışındakılardan;
Ağlayarsan...
Yollar...
Durqun sudaki ilan kimi
Qıvrılıb hey uzanar,
Yorularsan...
Artıq sən
Yaşayışıvı
Yuxularında yaşayarsan!
Hərzad vardan da yalan kimi,
Anlayarsan!
Qorxulu bir üz olar sevdiklərin
Çığırıb...
Çığırıb...
Öz səsindən diksinib
Oyanarsan..!


Sözcüklər ulduz kimi yekələr
Dərinliyivin gecəsində
Şeirlər qoşarsan.
Quşqu bir batlaq kimi...
Tumansız, dünyanın düz ortasında
Çabaladıqca batarsan..!
İçində boğulmuşlar
Saatsız bir bomba tək,
Cənnətivə yetişmədən
Cəhəndəm yaradarkən
Patlayarsan!
Orta doğunu savaşlar basar..!
Orada sən;
Ədalətsiz bir sərhəddə doğularsan..!
Və hemofili bir yara kimi
Qanayarsan!
Ha əlləşərsən dilsiz bir ağızda danışmağa
Ha əlləşərsən dilsiz bir ağızla danışmağa;
Nəft boşqaları silahlara çövrülər,
Satılarsan..!
Özü də bir çolaq qarışqaya qıymadan
Üzü yuxarıda
Axsayarsan.
Ayaqların çəkə bilməz köndələnliyivi,
Yıxılarsan.
İçin pozar niqabivin boyasın,
Çürüyüb...
Çürüyüb...
Yox olarsan!!!

Ah...
Nə qərib şeydir
Sevdiklərin üçün
Sevmədiklərivi sevmək!
Barmağın ağzında hey soruşarsan.
Və çarəsiz
Adət etməyə çalışarsan.
□□□
Təbrizin axşamlarında
Yalqız,
Çolaq bir qurd yaşarmış,
Kimsə eşitməzmiş
Səsini
Kimsəyə duyurmazmış
Səsini
Öz içinə ularmış!!.
Öz içində ularmış!!.

Комментариев нет:

Отправить комментарий