06.01.2013

Onun axtarışında


Terane Anka

Həmişəki kimi yenə də mənasız bir məclisə getmək məcburiyyətində idim. Nə edim qohumduda... Özüm - özümü danlayırdım səhv edib bu qonaqlığa gəlməyimə amma nə edəydim. Artıq orda idim.Qəribə baxışların zillənməsini öz üzərimdə hiss etsəm də süni gülümsəməmlə onlardan yayınmağa çalışırdım .Daha dəqiq desəm gülüşlərimlə o baxışları qovmağa cəhd edirdim . Hələ gözümün içinə edilən qeybətləri demirəm . Arabir ox kimi kürəyimə sancılan isi sözləri demirəm . Hər nəysə ... Məcburluq kasam da dolmuşdu . Artıq otura bilməyib indi də xatırlamadığım bir bəhanə ilə insan yığıncağından çıxıb məhlə boyu düşməyə başladım . Bilirdim hara gedirəm . Çox tələsirdim.. Elə bu an çiynimə dəyən ovuc içi dabanımı yerə sıxmağa məcbur etdi. Arxadan gələn səs məni geri dönməyə vadar edənə kimi artıq onu verdiyi sual var gücü ilə qulaqlarıma daxil olub beynimdə oturmuşdu.

O - Salam dostum necəsən ?
Mən - Salam. Sağ ol yaxşıyam sən necəsən ? Özüm də bilmədən dilim daima verdiyim cavabı yenə təkrar etmişdi.
O- Sən hara bura hara ? İndi hara gedirsən ?
Mən - Əşi məni boş ver . Sən hardan gəlib hara gedirsən ?
O - Mən məscidə . Vaxtın varsa gəl mənlə bir gedək .
Mən - Lap yaxşı . Mən ordan dünən gəlmişəm . Yaxşısı budur sən get. Səni yolundan saxlamayım.
O- Yaxşı . Amma sən heç demədin e hara gedirsən ?
Mən - Düzünü bilmək isyəyirsən ? Kilsəyə gedirəm...
O - Aaaaa anlamadım ?
Mən- Anlamazsan...
O- Niyə axı ?
Mən - Dünən məscidə getdim . Orda Allaha kimi hər kəsi tapdım . Bircə onu tapa bilmədim. Bu gün də kilsəyə gedirəm onu axtarım . Orda tapmasam o zaman hələ axtarışım çox çəkə bilər....
O- Kimi axı axtarırsan?
Mən - Özümü ... Onsuz sən bunu anlaya bilməyəcəksən ... Sağ ol!

Təranə Ankanın rəsmi səhifəsi

Комментариев нет:

Отправить комментарий