15.01.2013

Mehriban Əliyeva nəvələri ilə sərgiyə getdi

Heydər Əliyev Fondunun və Müasir İncəsənət Muzeyinin birgə layihəsi əsasında Nizami rayon 1 nömrəli uşaq evinin sakinlərinin əl işlərindən ibarət “Bacarıqlı əllərin böyük işləri” adlı sərgi açılıb. Sərginin Müasir İncəsənət Muzeyində keçirilən açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları - Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan sərgidə 10-18 yaşlı 30 istedadlı uşağın ümumilikdə 140 əl işi nümayiş olunur. Bu sənət nümunələri 300-dən çox işin arasından seçilib. Bu əsərlərin əksəriyyəti xarici ölkələrdə sərgilənib.

Açılış mərasimindən sonra sərgiyə baxış keçirilib. Uşaq evinin istedadlı sakinlərinin yaratdıqları bir-birindən maraqlı əl işlərində Azərbaycanın füsunkar təbiətinin gözəllikləri, xalqımızın başına gətirilmiş faciələr, qədim tarixi abidələrimiz, nağıl qəhrəmanları və digər mövzular öz əksini tapıb.
Sonra 1 nömrəli uşaq evinin sakini Nahid Sarıyev özünün “Abşeron” əsərini Mehriban Əliyevaya təqdim edib.
Sərgi yanvarın 28-dək davam edəcək.
















Комментариев нет:

Отправить комментарий