16.01.2013

"Qoyunların arasında niyə gizlənmişdin?"


"Qoyunların arasında niyə gizlənmişdin? Bəs bilirsiniz ki, siz yerində güllələnməlisiniz?" Çingiz bu sualı təsadüfi olaraq vermirdi. Bir gün əvvəl Müdafiə Naziri Rəhim Qazıyevdən müsahibə almışdı və nazir bildirmişdi ki, hərbi hissəni özbaşına tərk edənlərin yerindəcə güllələnməsi ilə bağlı ayın 11-də əmr verib. Çingiz bax bu kapitana Müdafiə Nazirinin əmrini xatIrladIr, kapitan isə ona köhnə bir söhbəti - Laçiın üzərindən uçan vertalyotların vurulmasıyla bağlı Yazovun 1989-cu ildəki əmrini. Deyir ki, o vaxt əmri icra etmək istəyəndə komendant ona belə demişdi: bu əmr yox, sadəcə bir müsahibədir. Deməli, Rəhim Qazıyevin də güllələnmə əmrinə belə yanaşmaq lazımdır.

Bəli, təkcə bu fakt həmin günlərdə Laçında hərbi qüvvələr arasında vahid komandanlığın olmamasının, özbaşınalığın təzahürü idi. Ona görə də, hərə bir şeyi bəhanə edib qaçırdı.
Eyni fikirləri Çingiz o vaxt Şuşa-Laçın-Qubadlı- Zəngilan üzrə hərbi komendant Elbrus Orucova da deyir. “Qubadlıya qədər getdim, bir dənə də binamus geri qayıtmadı”-şəklində. Elbrus Orucov isə “Qeyrəti olan müsəlman bu torpaqda qalacaq”-cavabını verir.
Üstündən 20 il ötəndən sonra Arif Paşayev-Laçın alayının keçmiş komandiri Laçının işğalında məhz Elbrus Orucovun əsas günahkarlardan biri olduğunu deyir.
Elbrus Orucov isə ərazi üzrə komendant təyin olunduğu cəmi 10-15 gün ərzində ondan çox şey tələb edənlərə Müdafiə Naziri Rəhim Qazıyevin alayların ləğvi əmrini xatırladır.
Bəli, Laçıını məhz döyüşmək istəmədiyimiz üçün itirdik. Bu gün söz döyüşdürənlər yəqin onun fərqindədirlər ki, o vaxt öz tabeliyində olan qüvvələri bir araya yığsaydılar, Laçın getməzdi. Çünki, Laçını müdafiə etmək üçün kifayət qədər hərbi texnika vardı. Sadəcə döyüşmək istəyən yox idi...

anspress.com

Комментариев нет:

Отправить комментарий