18.01.2013

ÖZÜNÜ ÇALAN ƏQRƏB

Səadət Əliqızı

Üç  sata  yaxın  idi  ki,  beləcə  oturmuşdu, səssiz – səmirsiz. Qarşısındakı  külqabı  ağzına  qədər  siqaret  kötükləri  ilə  dolmuşdu. Barmaqlarının  arasındakı  siqaretin  tüstüsü , burula-burula  burnunun  qabağından  üzüyuxarı  qalxırdı. Tüstünün  təsirindən   qıyılmış  gözləri  bir  nöqtəyə  zillənib  qalmışdı .
Tək-tənha  idi.Yalnız  evdə  deyil  həyatda  da . Yavaş-yavaş  ondan  uzaqlaşmış  dost  tanışlardan  sonra  üç  gün  əvvəl  arvadı  da  onu  tərk  edib  getməsi, onu  düşüncələrə  qərq  etmişdir .
Amma  yenədə  əzazil  kinli  olduğunu  qəbul  etmirdi.
O , sadəcə  yalana  nifrət  etdiyini , ona  haqqsızlıq  edənlərə  qarşı  amansız  olduğunu  deyirdi . Ürəyinə  yığılmış  kin-küdurət,  O  qədər  çoxalmışdı  ki , partlamağa  hazır  idi.

Nədənsə  gözünün  önünə  bir  neçə  gün  əvvəl , təcürübə  üçün  labaratoriyaya  gətrilmiş  əqrəb  gəlirdi .  Quyruğu  az  qala  belinə  qədər  qatlanmış  əqrəb . Şüşə  qutuda  tək- tənha  qalmışdı  əqrəb . Ora-bura  vurnuxub  özünü  şüşə  divarlara  çırpırdı . Quyruğunun  ucundakı  yetişmiş   zəhərini   tökməyə  yer  axtarırdı. O , isə  hələdə  otaqda  dumanlar  içində  oturmuşdu .
Özü  haqqında  deyilən  sözləri  beynində  dönə-dönə  səsləndirirdi  : - Sən  bağışlamağı  bacarmırsan . Ürəyun  xaindir . Bu  qədər  kinli  olma , özünü  məhv  edərsən . O, isə  qətiyyətlə  razılaşmır ,onun  haqqında  deyilən  bu  fikirləri  yaxına  qoymurdu . Heç kəsin  onu  başa  düşməməsinə  yanıb  yaxılırdı .
Barmaqlarının  arasındakı  siqaret  yanıb  qurtarmaq  üzrə  idi .
Yenə  əqrəb. Durmaq  bilmir , tənhalıqdan  çatlamaq  üzürə  idi. Belinə  qdər  qatlanmış  quyruğunun  ucundakı  zəhər  yerikləyirdi . Birdən  əqrəb  böyrü  üstə  düşdü. Ayaqlarının  havada  sonuncu  titrəməsindən  sonra  sakitcə  uzanıb  qaldı . Onun  quyruğu  belinə  sancılmışdı.
Bu  an  o, barmaqlarında  dəhşətli  göynərti  hiss  etdi . Barbaqlarının  arasındakı  siqaret  yanıb  qurtqrmışdı. Közü  barmaqlarına  dirənmişdi .

Комментариев нет:

Отправить комментарий