16.01.2013

Qalib Şəfahət - İtirdim qəlbimi

 İtirdim qəlbimi oyuncaq kimi,
 Bir yoldan ötəni, tapanı olar.
 Bir gün tapıb, əzizləyib oynadan...
 Bir gun bəyənməyib, atanı olar.

 Bəlkə də, kimsə də atıb gedəcək!
 Çilik-çilik olar, düşüb daş üstə.
 Yıxılar dolaşıb, ələ-ayağa-
 Təzədən qoyarlar, yenə baş üstə.

 Bəlkə də harasa yeriyib gedər
 Özünə bir yeni yuva qurmağa.
 Bəlkə də sınacaq qolu-qanadı
 Gücü çatmayacaq daha durmağa.


Bəlkə də öləcək düşdüyü yerdə
 Ölüdü, diridi görən tapılmaz.
 Bəlkə də yanacaq ağzında dili
 Bircə qaşıq su da verən tapılmaz.

 Bəlkə də qocalıb düşəcək əldən,
 Nə oğul gələcək, nə qız baxacaq.
 Gözləyib-gözləyib yorulub yenə
 Girəcək yerinə, yenə yatacaq.

 Bəlkə də qəbrinin yerini bilib,
 Kimsə gül qoyacaq qəbrinin üstə.
 Mənim ürəyim ki, su yolu deyil!
 Nə çox get-gəliş var, səbrimin üstə.


EŞQİMİZ

 Bir vaxt
 Bir eşqim var idi,
 Bir də mən.
 Başqa heç kimimiz.
 Güvəndım eşqimə
 Çıxdım yaxın-uzaq yola -
 ... Qonaq gəldik sizə...

 Indi
 Bir sən varsan
 Bir mən
 Bir də 
 Eşqimiz.

Комментариев нет:

Отправить комментарий