18.01.2013

Saakaşvili geylərdən gizli agent şəbəkəsini yaradıb

Saakaşvili geylərdən gizli agent şəbəkəsini yaradıbMixail Saakaşvili Gürcüstan prezidenti seçiləndən sonra, ölkənin güc strukturlarında yalnız geylərdən ibarət olan gizli agent şəbəkəsi yaradıb.
QafqAzNews “Russian.Rt.Com” saytına istinadən xəbər verir ki, Gürcüstan prokurorluğunun rəsmi saytında deyilir: “İstintaq tərəfindən müəyyən edilib ki, hərbi polisin keçmiş rəisi Leqisa Kardavanın göstərişi ilə, yüksək rütbəli məmurlar qeyri-ənənəvi orientasiyalı kişilər haqqında məlumatlar toplayıb, onların şəxsi həyatından fraqmentləri gizli kameraya lentə alıblar, bundan sonra onları şantaja məruz qoyaraq, xüsusi orqanlarla həmkarlıq etməyə məcbur ediblər.”
Gey agentlərin əsas missiyası ölkənin siyasi həyatında fəal iştirak edən adamlara qarşı dəlillər toplamaq idi. Mavilər ictimai yığıncaqlarda onlarla tanış olub, mikrofonlar və video kameralar ilə təchiz edilmiş evlərə dəvət edirdilər.

Bundan sonra şantaj qurbanına dəlillər təqdim edilirdi və ona siyasi mübarizədən imtina etməyi təklif edirdilər. Rüsvayçı sirrin açılmasından qorxan fəallar adətən təklifi qəbul edirdilər.
Saakaşvili siyasi rəqiblərinə qarşı bu üsulla 2012-ci il oktyabr seçkilərinə qədər mübarizə aparıb. Seçkilərdə müxalifətin qalib gəlməsi ilə bu işə son qoyulub.
İşlə bağlı hərbi polisin üç yüksək rütbəli əməkdaşı artıq həbs olunub. Saakaşvilinin özü məlumatı hələ ki, şərh etməyib.

Комментариев нет:

Отправить комментарий