15.01.2013

Saranın gümanı çaylara gəlir

Ramin Abbaszadə

Saranın gümanı çaylara gəlir
Gedin xan çobana deyin ay qızlar
Geysin bəy paltarın, toy gecəsidir
Suların altında sevdası sızlar
Dalğalar çağırır, yubanma çoban
Vusal ilqarını sular anlayır
Dayansan tarixin olcaq sara
Çobanın qeyrətin, çayda danlayır
Sara dəniz qızı olursa, çoban
Sənə dəniz oğlu olmaq, gərəkdir
Eli unudan qız, sənin yolunda
İndisə suların altında təkdir
Bəxt evinə gəlin yalqız gedərmi?
Bu nə toy düyündür, bəy harda qalıb?
Xan çoban yerinə, dəniz ulduzu
Qolların saranın boynuna salıb

Комментариев нет:

Отправить комментарий