15.01.2013

NATO Hizbullah-dan qorxur


NATO yaydığı hesabatda göstərib ki, Hizbullah təşkilatının 65 minlik ordusu ilə heç bir ölkə müharibə etmək iqtidarında deyil

FaktXeber.com-un "Əd-diyar" qəzetinə istinadən verdiyi məlumata görə, Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Livanda fəaliyyət göstərən Hizbullah müqavimət hərəkatı ilə bağlı yeni hesabat hazırlayıb. NATO yaydığı hesabatda göstərib ki, Hizbullah təşkilatının 65 minlik ordusu ilə heç bir ölkə müharibə etmək iqtidarında deyil.

Qeyd edək ki, Şimali Atlantika Müqaviləsi Təşkilatının yaydığı hesabatda bildirilir: "Hizbullah təşkilatının ümumilikdə 65 minlik ordusu var. Ordu üzvlərinin hər biri xüsusi təlim görmüş döyüşçülərdir. Onlardan 15 mini isə daha yüksək döyüş təlimi almış xüsusi təyinatlılar hesab edilir. Bu döyüşçülər böyük ruh yüksəkliyinə malikdirlər. Əgər Suriyada müharibə başlanarsa Livan bu məsələyə biganə qalmayacaq. Odur ki, qarşısıalımaz böyük müharibə baş verəcək. Nəzrə almalıyıq ki, İordaniya və İraq da hazırda partlayış səviyyəsindədir. İraqdakı bir milyon şiə isə Suriyada vuruşmaq üçün döyüşə hazırdır."
Livanda Hizbullah təşkilatının fəaliyyəti ilə bağlı digər NATO rəsmisi isə söyləyib ki, Şimali Atlantika Müqaviləsi Təşkilatı yaxşı başa düşür ki, heç bir ölkə Hizbullahın 65 minlik ordusu ilə döyüşmək iqtidarında deyil. Livan və Suriyaya qarşı hər hansı bir müdaxilə odun üzərinə benzin tökmək kimi nəticə verə bilər.

Комментариев нет:

Отправить комментарий