13.01.2013

Sən Silərsən

Omid Nəccari

Boş yerini boşlamışam bəlkə sən
Keçmiş kimi birdə evə gələrsən
Göz yaşlarım damla_damla axsada
Bir gün olar sən gəlibdə silərsən

Nəfəslərim ağırlaşar dəmbə_dəm
Səndən uzaq əgər atsam bir qədəm
Eşqsiz, ölüdür, cansızdır hər bədən
Yalqız məni sən düşünüb bilərsən

Xatirələr qursa yuva qafanda
Duman kimi xəyalına salanda
Bikəsliyib, kimsəni axtaranda
Peşman olub üzgün evə dönərsən


Omid yazar ayrılığın dərdini
Alt üstünü , cövhərini, bəhrini
Yazılarım kəlmə_kəlmə qalsada
varaq üstən qubarı sən silərsən

Комментариев нет:

Отправить комментарий