14.01.2013

Şvarts ABŞ hökumətinin təqibləri nəticəsində intihar edib

Şvarts ABŞ hökumətinin təqibləri nəticəsində intihar edibSöz azadlığı uğrunda fəal mübariz Aaron Şvarts ABŞ prokurorluğunun ona qarşı edilən təqibləri nəticəsində intihar edib.
QafqAzNews ”Russian.Rt.Com” saytına istinadən xəbər verir ki, amerikalı fəalın yaxın qohumlarının bəyanatında deyilir: “Aaronun ölümü şəxsi faciə deyil. Bu iş üzrə keçən fiqurantlara qarşı təzyiqlər tədbiq edən cinayətkar məhkəmə sisteminin və özbaşınalıq törədən prokurorluğun məhsuludur. Massaçusets ştatının məhkəməsinin qərarı Şvartsın ölümündə öz rolunu oynayıb. ABŞ Baş Prokurorluğu ona qarşı bir sıra ittiham irəli sürmək fikrində idi. Əgər Aaron günahkar bilinsəydi, o zindanda 30 il keçirməli olacaqdır.”

Şvartsın iqtidarın qeyri-qanunsuz əməlləri ucbatından faciəvi ölümü Amerika ictimayyətində böyük narazılıqla qarşılanıb. “The Huffington Post” qəzetinin köşə yazarı Teylor Marşın sözlərinə görə, Şvarts öz kəskin üslubu ilə iqtidarı çıxılmaz vəziyyət qarşısında qoymuşdur. Onun ölümünün səbəblərini də məhz bunda axtarmaq lazımdır.
Xatırladaq ki, Aaron Şvarts yanvarın 11-də öz evində asılmış vəziyyətdə tapılıb. Mübariz fəalla vida mərasimi sabah Nyu-Yorkda keçiriləcək.

Комментариев нет:

Отправить комментарий