Eldəniz Quliyev: “Artıq ölkədə ailənin qiymət dəyərləri də dəyişir. Ailənin müqəddəsliyi ikinci plana keçib”
Azərbaycan xalqının malik olduğu ailə dəyəri tarix boyu digər xalqların dəyərlərindən üstünlüyü ilə fərqlənib. Lakin son illər bu dəyərin sanki aşılandığı və deqradasiyaya məruz qaldığı müşahidə edilir. Belə ki, ailələrin sahib çıxdığı mədəniyyətdən, mənəvi dəyərlərdən imtina etdiyi müşahidə olunur. Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev maraqlı fikirlər səsləndirdi. Müsahib bildirdi ki, Azərbaycan və islam ümməti ailəyə çox böyük önəm verir: “Ailə həqiqətən deklorativ yox, mini dövlət hesab edilir. Burada daima patriarxal qadağalar hökm sürüb. Həmin qadağalar nə qədər tənqid olunsa belə, bu bizim mental şüurumuzu təşkil edir.
Çox təəssüflər ki, Azərbaycanın yüz illər boyu malik olduğu və nəsillərdən süzülüb gələn ailə dəyərləri kökündən vurulmaqdadır. Yaxın günlərdə gövdəsi qurdlar vasitəsilə yeyilmiş iri bir ağac gördüm. Xırda qurdlar həmin ağacı elə bir vəziyyətə qoymuşdular ki, birinci küləkdən dərhal aşdı. “
Hazırda Azərbaycanda da ailə dəyərlərinin kökündən asta-asta vurulduğunu bildirən Eldəniz bəy, “Elə bir formada baltalayırlar ki, heç kəs səsindən duyuq düşməsin. Bununla bizi öz kökümüzdən və kimliyimizdən ayırmaq istəyirlər. Çox təəssüf ki, biz də bəzi vaxtlar bu məsələyə nadancasına və bilmədən gedirik. Bunun da nəticəsidir ki, 100 evlənəndən 50-60 nəfəri boşanır”, - deyə bildirdi: “Artıq ölkədə ailənin qiymət dəyərləri də dəyişir. Ailənin müqəddəsliyi ikinci plana keçib. Sevgi ironiyaya çevrilib. Hesab edirəm ki, hər bir ailəyə vurulan zərbə son nəticədə dövlətə vurulan zərbə kimi dəyərləndirilməlidir. ”
Eldəniz bəy sonda bildirdi ki, problemlərin qarşısını alınması yalnız mənəvi dəyərlərin bərpasından keçir: “ İlk öncə mənəvi və xüsusilə dini dəyərlərimizə prioritet verilməlidir. Hətta inkişaf etmiş ölkələr əllərini dindən çəkən kimi faciə ilə üzləşiblər.“

Комментариев нет:
Отправить комментарий