05.02.2013

Ermitaj


Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən Dövlət Ermitajı dünyanın ən böyük və qədim muzeylərindən olub, 3 milyonadək eksponata malikdir. 350 zallıq Ermitaj 5 binadan ibarətdir: Qış sarayı, Kiçik Ermitaj, Köhnə Ermitaj, Yeni Ermitaj, Ermitaj Teatrı. 5 fevral 1852-ci ildə Yeni Ermitajın ictimaiyyət üçün ilk dəfə sərgiyə açılması ilə muzey rəsmi fəaliyyətə başlamışdır.

"Ermitaj" fransız sözüdür, mənası "tənhalıq", "tənha yer" deməkdir. Ermitaj muzeyinin yaranma tarixi 1764-cü ildən hesablanır. Həmin il Sankt-Peterburqa Qərbi Avropa rəssamlarının əsərlərinin böyük kolleksiyası gətirilir. Berlinli tacir Qoçkovski 225 rəsmdən ibarət bu kolleksiyanı Prussiya kralı II Fridrix üçün alıb yığmışdı. Ancaq o ərəfədə ağır müharibələr Prussiyanın kral xəzinəsini elə boşaltmışdı ki, II Fridrix kolleksiyanı almaqdan imtina edir. Kolleksiyanı rus çariçası II Yekaterina alır. Muzeyin indiki kimi eksponatlarla zəngin olmasında II Yekaterina xüsusi rol oynayıb. O, bu məsələdə çox əliaçıq idi və eksponatlar üçün istənilən qiyməti ödəyirdi. Hal-hazırda muzeydə Leonardo da Vinçi, Mikelancelo, Rembrandt, Rafael, Rubens, Van Deyk, Volter, Didro, Klod Lorren, Pussan, Pikasso və s. dahilərin sənət əsərləri sərgilənir.

P.S. Muzeydə Azərbaycanımıza aid dəyərli eksponatlar da var. Lakin çox təəssüflər olsun ki, Gürcüstana və Ermənistana aid xüsusi sərgi zalları olduğu halda, Azərbaycana aid zal yoxdur! Halbuki, orada bizim xalqın subyekti olduğu xeyli maddi-mədəni nümunələr var ki, bəziləri digər xalqlara aid edilir. İstifadəçilərimizdən xahişimiz budur ki, nə vaxtsa ora getsələr və yaxud orada yaşayan varsa, bunu təkrar yoxlasın. Əgər vəziyyət hələ də elə qalıbsa, muzey rəhbərliyinə "Служебная записка" vasitəsilə müraciət etsinlər. Əgər hər hansısa istinada və eynigüclü təklifə ehtiyac olsa, muzeyin qeydiyyat tarixçəsində 12.05.2012-ci il tarixində qeydə alınmış irada baxmağı tələb edə və onun əsasında təkrar iddiadan yararlana bilərsiniz. Mədəniyyət və Turizm Nazirliyinə də yazmaq olar. Bu işin miqyasını artırmaqla tariximizə özümüz sahib çıxmış oluruq.

Tarixi Bilgilər

Комментариев нет:

Отправить комментарий