01.02.2013

Güneyli gәnc bir şair Elşәn Böyükvәnd, Muğan elimizin yetirmәsidir…

Seyfəddin Altaylı

Çivili yollar Sümbüldәn uzaq
Külәk
Külәş kimi apardı mәni,
Qaraldım
İçin-için bağırmaqdan
Kövşәn quyusundakı daş kimi
Yolum durağı burulğan
Yolumda civilәr göyәrmiş.
Qorxuram, qorxuram
Gündәlik üç dәfә ucalan
Yabancı bir sәs arxasınca

Dәrilәrini asta-asta soyunan
Kar ilanlardan
Ah… ey şair
Qara xәbәr kimi yayımlansa
Sokaklar şairlәrinin şeiri
Bilmirәm o gün
Günәş batıdan mı doğacaq
Yoxsa doğuda batacaq?

Gәnc şairimiz Elşәn Böyükvәnd, Muğan elimizin yetirmәsidir, Ulu Tanrı nәzәrdәn saxlasın. Elşәn 1988. ildә Muğanın özündәcә dünyaya gәlib. Özü demişkәn onun uşaqlıq illәri Azәrbaycan xalqının acınacaqlı xatirәlәri ilә qol-boyun olub. Türkün tarixinin ümumi hissәsi elә qanlı-qadalı deyildir mi? Qabağımızda döyüşәcәk bir düşmәn tapmayanda Yavuz-Şah Xәtai kimi öz-özümüzdәn düşmәn yaradıb bir-birimizi qırmamışıq? Bolşevik Sovet ordusunu arxasına alan ermәni Vandalları Qarabağda soyqırımlar törәdәrkәn, arxasız qalmış xalqımızın әli yalın mәsum insanları üzlәrini Araz çayının o tayında yaşayan qardaşlarına döndәrib axın-axın onların qucağına pәnah aparmışdı. O vaxtlar Elşәnimiz körpә bir uşaq olsa da öz dәdә-baba toprağından didәrgin salınanların vәziyyәtini unuda bilmir.
Deyirlәr hәr bir Türk anasından әsgәr vә şair doğulur. Balaca Elşәn dә bu ifadәni doğruldan bir arxamızdır. Hələ kiçik vaxtından Arazın o tayından göy üzüylә gәlәn sәslәrә qulaq asa-asa, görkәmli sosiologumuz Ziya Göyalp demişkәn, ağzında anasının südü kimi ağ olan müqәddәs dilimizin incәliklәrini öyrәnib. Böyüyüb, böyüdükcә də Güney Azәrbaycanın digәr bölgәlәrindәki qanbir, dilbir qardaşları ilә tanışıb vә onlar da şair Elşәnin mәnәvi dünyasını böyüdüb, ona arxasının nә böyük, nә sınmaz bir qala olduğunu başa salıb. Şübhәsiz ki Elşәnin, şairli adlanan hər bir kəsin düşəbilmiyəcəyi hәmişәlik başı bәlalı vә o miqyasda da müqәddәs olan yoluna üz tutmağında, şair olan böyük әmisinin, öz hәndәvәrlәrindә olan şairlәrin yaşamasının da böyük tәsiri olub. Elşәn, Füzuli babamız demişkәn, “şairlik insana Tanrının lütfüdür, ancaq elmsiz şeir olmaz” düsturunu hәlә uşaqlıq illәrindәn başa düşüb vә oxuyub, oxuyub, oxuduqca da yaratmağa başlayıb.
Gәnc şairimizin “Göz Çiçəyi” şeiri:

Göz Çiçәyi
Naxışların cücәrdiyi mövsümdә
Qaval sәsindә
Günәş döyünür
Güneyin Çağdaş Ozanları-04Qıyır özünü Muğan ovalığı
Tәr, torpaq vә günәş qoxuyur atam
Yaşıllıq әriyirkәn torpağa
Yaylaşır sünbüllәr
Vә tarlanı talamaq tahamını
Pıçıldayır quşlara
Müqәvva tanrılar.
Yuxu gözәtçilәri
Buludlara calanan uçurtmamızı
Oğurlayırlar.
Vә siçanların dişlәri arasında simfonilәşir Şerirlәrimizin sözcüklәri.
Kiçik bağça çiçәyinin tikanı batmış gözümә
Qızıl göllәri qoparırlar dibindәn
Baxışım talanır
Naxışların pozulduğu mövsümdә
Qaval sәsindә
Qırlar böyüyür.

Baxıb görün ki, Güney ellәrimiz necә gözәl şairlәr yetirir. Ulu babalar yalan yerә demәyib, qurd yuvasından sümük әskik olmaz. Şәhriyarı, Sәhәndi yetirәn el, tәbii olaraq Әlşən Böyükvəndi dә, onun kimilәrini dә yetirәcәkdir.
Elşәn Böyükvәnd ilk və orta təhsilini özünün yaşadığı şәhәrdә alıb, sonra әsgәrә gedib vә әsgәrlik xidmәtini başa çatdırıb. Gәnc şairimiz hal-hazırda universitetdә tәlәbәdir. Ona elm yolunda uğurlar diləyirik. Tәlәbә olmasına vә yeniyetmә bir cavan şair olmasına baxmayaraq şeirlәri İngilis, Fars vә Rus dillәrinә tәrcümә olunub, yayımlanıb.
Elşәnin şeir dünyası şәxsәn mәnә fәrqli tәsir bağışladı. Mәncә bunda Güney Azәrbaycanda yaranan yeni әdәbi mühitin böyük tәsiri vardır. Onların şeirlәrindә, Ulu babamız Dәdә Qorqudun hadisәlәrә buludların zirvәsinә qalxıb oradan boylanışı, Füzulinin şeir dünyasının әnginliyinin nәfәsi, Dәrisi soyulan Nәsimi babamızın, Şah Xәtainin dönmәzliyi, Şәhriyarın, Sәhәndin ürәklәrindәki nisgilin qubarı hakimdir. Әlşәn Böyükvәnd dә hәr bir Güneyli şairimiz kimi müqәddәs dilimizi sığallaya-sığallaya onu әzizlәyir, әzizlәyә-әzizlәyә Tanrı dağlarının zirvәsinә yüksәldir. Eşq olsun sənə gözәl şairimiz, eşq olsun istәkli Elşәnimiz, Ulu Tanrı sizlәri bәdnәzәrdәn, qәflәti әsәn tufanlardan hifz elәsin. Yolunuz aydın, gәlәcәyiniz nurlu olsun әzizim, әzizlәrimiz.

Ağıdan öncә
Bu kül әlәnmiş yollardakı adamlar
Günәşin saçlarını qayçılayırlar.
Göy
Axar kәfәnini geyir
Torpaqsa
Duzlaqlarında saçı ağarıb Kövşәnlәrindә üz-gözü qırışır.
Ah
Köksümün düzәnindәki alaçıqdan baxan gözәl
İpәk yol boyunca yaşmağını
Çәk
Havadan.
Yanmış saçların qoxusu gәlir
Vә günәş, üzünә baxmaqdan utanan salxım söyüdlәrin
Titrәk sәslәrini,
Qıyqacı ötәn min duvaqlıların qulaqları
Ovlayır.
Otağımın tavanına dirәk olmuş sümüklәrim
Tarla axtarışında olan ruhuma
Gülürlәr.
Vә geyilmәmiş geyimlәr kimi
Asqılardan asılmış ürәyim
Tikan әllilәrin salamını gözlәyir.
Ah,
Köksümün düzәnindәki alaçıqdan
Baxan gözәl,
İpәk yol boyunca
Yaşmağını
Çәk…

www.trtazerbaycan.com                 "Güneyin Çağdaş Ozanları-04"

Комментариев нет:

Отправить комментарий