1 Köçəri ayı 34-cü ildə (01.02.2013) güneyli soydaşlarımız – Türkiyədə yaşayan araşdırmaçı, Yaxın Şərq üzrə mütəxəssis, politoloq Arif Kəskin, İsveçdəki Azərbaycan Federasiyasının başqanı Səttar Sevgin Mütləqə İnam Ocağının Ruhani Mərkəzini ziyarət ediblər. Bu haqda Ocaq Yükümlüsü İşıqlı Atalı bildirib.
Mütləqə İnam Ocağının Ruhani Başçısı Safruh qonaqları sayğıyla salamlayıb, Ocağın məramı, görülən işlər haqqında danışıb: «İndiki çağda bizim dediyimiz sayaq xalq, ruhaniyyat məsələləri dünyada fəal olaraq dışlanır. Bu kimi tələblər insan azadlığına qarşı sayılır, bizim mövqeyimizdən desək, ona qurban verilir. Yer üzündəki indiki hakim dünyabaxış sanki iki adamı bir yerdə görmək istəmir. O, hər hansı özümlüyü (mentallığı), xarizmatik şəxs məsələsini yaxına qoymur.
Biz isə Asif Atanın Mütləqə İnam Ocağı olaraq dünyanın rədd etdiyi bu baxışları millət üçün qaçılmaz sayırıq. Doğrudur, biz müəyyən baxışın «köhnəlməsi», daha insanları cəlb etməməsi məqamını gözardı eləmirik. Biz indi bütün dünyada insanın insanilikdən uzaqlaşması yönündəki harayları da eşidirik və ondan çıxış yolu olaraq həmin bu özəllikləri (xalq, mənəviyyat, xarizmatizm) qaçılmaz sayırıq. İndi insanlar bir-birinə münasibətdə sanki qumlaşıblar – qum dənələri bir-birini tuta bilmir. Ancaq Vətən və Millət olmaq üçün torpaq xüsusiyyəti, yəni bir-birinə yapışmaq gərəkdir. Bu da mənəviyyat, ruhaniyyat və xarizmatik şəxsiyyətlər, ən azı o sayaq hal istəyir. Onda Millət və Vətən ola bilərsən.
İş bundadır ki, çağımızdakı insanın hələ bütünlüklə tərk etmədiyi toplumsal duyğular var – ulusalıq, dövlətçilik kimi. Biz insanın qurtuluşu məsələsində bu məqamdan yapışmağı tək gerçək yol sayırıq.
İndi güneyli soydaşlarımız öz ulusal duyğularına, sevgilərinə görə yurdlarından didərgin salınıblar və onlar öz uluslarının ləyaqətini, mənafeyini, mümkün olsa, dövlətini istəyirlər. Bu istəkdən tutmaqla biz insanın deqradasiyasının önlənməsini mümkün sayırıq. Bu, çox geniş planlı işlər tələb edir. Məsələn, hər hansı bir millətin çağdaş dünyadan təcrid olunmadan öz ulusal yaşamını mümkün qədər ayrıca sürdürə bilməsi kimi. Bu, çağımızın kürəsəlçilik gedişinə qarşıdır. Buna göz yummuruq. Kürəsəlçi gedişlər «insan heyvanlığa qayıdır» harayına nəinki yardım etmir, hətta bu fəlakətli qayıdışı gücləndirir.
Çağımızda elə də aydın ifadə olunmayan bir azadlıq «məsələsi» bütləşdirilir. Bizim düşüncəmizə görə isə insanların birlikdə (məsələn, millət kimi) sevməli olduğu nəsnələr isə sırf azadlıqla başa gələ bilməz. Bunun üçün insanlar öz fərdi azadlıqlarından kəsib tutalım, balalarına verməlidirlər. Balanı böyütmək lazımdır. Balanı böyütdüyün müddətcə sən ona tabe olmalısan. Bu, qaçılmazdır. İş burasındadır ki, adamlar baladan imtina etmək həddinə gəlirlər. Özlərinin uydurma, konturları heç kəsə bəlli olmayan «azadlıqları» üçün. Biz öz millətimizin azadlığını da bu konteksdə istəyirik və mümkün sayırıq. Bunun üçün Azərbaycan – türk xalqının müəyyən bir sevgi obyekti (obyektləri), yörəsində mənəvi-ruhani birləşməsi gərəkdir. Biz bu çıxış yolunu bütün xalqlar üçün eyni sayırıq. Konkret bizim üçün Asif Atanın Mütləqə İnam dünyabaxışı, Atanın adı, Ocağı, ruhaniyyatı başlıca birləşdirici məqam, yol kimi götürülür».
Görüşdə Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalı, Yolruh Atalı və İnamyurd Atalı iştirak ediblər. İşıqlı Atalı güneyli soydaşlarımızın İnam Evinə gəlişini yüksək dəyərləndirib, Bütöv Azərbaycanın gerçəkləşməsi məsələsində Atanın ideyalarından ciddi yararlanmağın, öyrənməyin və özümləşdirməyin gərəkliyindən danışıb.
Arif Kəskin Safruh haqqında hələ 1990-cı illərin əvvəllərindən bilgili olduğunu, onun «Yeni Oğuz sözü» kitabını o çağlar böyük maraqla oxuduğunu, nəhayət, İnam Evinə gəlişinin gerçəkləşməsindən məmnunluğunu bildirib, Ata ideyalarına çağımızda ciddi gərək olduğunu söyləyib.
Səttar Sevgin də İnam Evinə, Ocağa, Ataya, Safruha sayğılarını dilə gətirib. Söhbət qarşılıqlı doğmalıq, anlaşma ruhunda keçib.
Görüşdən sonra hər iki qonaq Mütləqə İnam Ocağının “Ocaq TV” internet televiziyasına müsahibə veriblər.
Qonaqlara Mütləqə İnam Ocağının nəşrləri – İnam Atanın «On Kutsal Bitiq»inin çap olunmuş 4 Bitiqi – «Mütləqə İnam», «Mütləqləşmək – Var Olmaq», «Görmək İnsaniliyi» və «Fəlsəfənin Təməli» Kitabları, Safruhun «İnama Doğru. Haraylar» kitabı, eləcə də «İnama Doğru» dərgisinin sayları hədiyyə olunub.
asifata.com

Комментариев нет:
Отправить комментарий