İranda Fəcr bayramının 3-cü günündə "Qahir 313" adlı İranın qırıcı təyyarəsinin təqdimat mərasimi keçirilib
İslamazeri.az-ın İRİB-ə istinadən verdiyi xəbərə görə, İranın müdafiə naziri general-mayor Əhməd Vəhidi Ali Baş Komandanın göstərişlərinin reallaşması istiqamətində gerçəkləşən bu böyük uğur münasibəti ilə çıxış edib.
O çıxışı zamanı İran xalqını təbrik edərək deyib: "Qahir 313" qırıcı təyyarəsinin bütün dizayn və istehsal mərhələləri Müdafiə Nazirliyinin Hava Sənayesi Təşkilatının peşəkar mütəxəssisləri tərəfindən həyata keçirilmişdir. Bu modern qırıcı təyyarə özünəməxsus zahiri xüsusiyyətləri ilə çox az radara düşmək, eləcə də aşağı yüksəklikdə uçuş əməliyyatı keçirmək qabiliyyətinə malikdir". İranlı general istehsalında modern təchizatlardan və Elektroaunic sistemindən yararlanmağı "Qahir 313" qırıcısının digər xüsusiyyətlərindən sayıb.
Təqdimatda İran prezidenti və digər yüksək çinli məmurlar iştirak edib.
Комментариев нет:
Отправить комментарий