21.02.2013

Əsəd Qaraqaplanının “Qazaxşina represiyassi” köşə yazısına cavab

(Əsəd Qaraqaplanının “Qazaxşina represiyassi” köşə yazısına cavab)Taleh Mansur

Qara qaranlıqdakı Saqqallı uşaq

Əsrimizin nəhs ilinin, nəhs ayının nəhs gününündə bir nəhs köşə yazısı oxudum. Mirzə Cəlilin təbirincə desək,bir saqqalı uşaq bu “köşə yazısında”  ədəbiyyatımızın bir çox ağsaqqalarını yetirən Qazax haqqında (bu böyüklüyün qarşısında utandığındanmı, çəkindiyindənmi, ya qorxduğunu bildirməməkdən ötrümü) böyük-böyük danışmağa cəhd edib. Necə deyərlər, boğaz dolusu danışıb. Əslində bu cür yazıları yazan saqqalı uşaqların bir məqsədi var: “ürəyini boşalt, mədəni doldur”. Öz yazısnı “Əkrəm Əylisinin repressiyası” kimi çürük dayağa söykəyən “qəhrəmanın” yaradıcılığı haqqında bildiyim budur ki,qazaxlılar demiş”yeyib içəndi”.Bəlkə buna görədir ki, kafelərdə, restoranlarda “badə-badə yaradan” bu saqqallı uşağın başı o qədər qarışıb ki, 37-dən bu yana məna-məna, sətir-sətir, misra-misra yaradan Qazaxdan çıxan şairləri və yazıçıları oxumağa macal tapmayıb.
Bunun hələ xəbəri yoxdur ki, 37-də “mənən ölmüş” hesab etdiyi Səməd Vurğunun yaşadığı işıq dolu 50 il, hələ bundan sonra Azərbaycan ədəbiyyatını 50 işıq ili qabağa aparmaq qüdrətindədir. O boyda günəşi görməyənin “qara qaranlıq”yazmasında təəccüblü heçnə görmürəm. İsa Hüseynova “gəlmə” deyən bu gəlmə düşüncəli görəsən bilirmi ki,bir vaxtlar Puşkinin ərəb, Lermantovun ingilis (şotland), Nazim Hikmətin polyak əsilli olmasını bəhanə gətirib, onları mənsub olduqları xalqdan ayırmağa cəhd edənlərin  avantürüst fikirləri tezliklə  iflasa uğradı? Elə bu “fikir” də qundaqdaca ölümə məhkum olacaq.
At belində dura bilənlər at oynada bilərlər. Qatıra minməyi arzulayanlar yox. Bəli, Qazaxdan çıxan şairlər hər dövürdə sözün yaxşı mənasında ədəbiyyatımızda at oynadıblar. Niyə də oynatmasınlar? “Dilboz” atıyla tarixə bir çox qəhrəmanlıq səlnaməsi yazan türk qanını daşıyıcısı olan bu insanların ədəbiyyat meydanında at oynatması kiməsə niyə təəcüblü gəlməlidir ki? Kim yaratmalıydı ki, Azərbaycan ədəbiyyatını? Qanı və fikri qarışıqlarmı? Zatı qırıqlarmı? Yox, elə Azərbaycan türkləri yaratmalıydı; Qazaxdan çıxan türk əcabətli insanlar yaratmalıydı.
Aşıq yaradıcılığını “şifahi xalq ədəbiyyatdı “deyib, Azərbyacan yazılı ədəbiyyatına ögey heasb edən ögey fikirli insanların yaradıcılığında doğma nəsə tapmaq, qara qaranlıqda iynə axtarmaq kimi bir şeydi. Bu adam 37-dən bu yana Qazaxdan çıxmış ağsaqqal şair və yazıçıların: Mehdi Hüseynin, OsmaN Sarıvəllinin, Mirvarid Dilbazinin, Hüseyn Arifin, İsmayıl Şıxlının, Yusif Səmədoğlunun, Akif Səmədin, Nüsrət Kəsəmənlinin ağsaqqalı, ağbircəkli ruhlarından utanmadı, İsa Hüseynovun, Vidadi Babanlının, Vaqif Səmədoğlunun, Nəriman Həsənzadənin ağsaqqal simalarından utanmadı. Yaxşı, bu insalardan utanmayan bu saqqalı uşaq Dədə Qorqudun ağsaqqalından utanmadımı ki,sazı sözü dasatanı aşağılayıb, “Qazaxlılar gedib saz çalıb dastan bağlasınlar “ dedi? Bəli, qazaxlılar saz da çalır, söz də yazır, dastan da bağıyır, bir əlində silah da tutub mənfur düşmənlərimizə sinə də gərir (ona görə qorumurlar ki,bu saqqalı uşaqlar Bakıda oturub rahat cizmaqara etsinlər, ona görə qoruyurlar ki, bu bizim vətəndi) hələ Azərbaycan ədəbiyyatına dühalar bəxş etmək bir yana, Maqsud Şeyxzadə kimi Özbək ədəbiyyatına sönməyən ulduz da bəxş edirlər. Qaldı, onun müasir “Qazax ədəbiyyatını” guya əlində saxlayan Azərbaycan Yazıçılar Birliyinin Qazax filalının sədrinə, o cür cılız cizma-qara yazı sahibinin Barat Vüsalın yaradıclığını anlayacığını müzakirə etmək belə gülünc olardı. Mən hələ Aslan Kəmərlinin, Eldar Nəsiblinin, Şaiq Vəlinin, Məmməd İlqarın, Mədəd Məhbubun, İbrahim İlyaslının yaradıclığnı bu məhdud  yanaşma sahibinin necə anlayacağından danışmıram. Sonda deyim ki, divar cızma-qarasında adı çəkilən şair və yazıçıların da hamısı (Əkrəm Əylisli istisna olmaqla) bizimdi; Azərbaycanındı. Mənim adını çəkdiyim şair və yazıçılar da bizimdi; Azərbaycanındı. Bəs, bu “yumurta hesabına” bənzər divar cızma-qarası hansı cəbhənindi? Bax, bu kimlər üçünsə böyük bir sual altında ola bilər, amma bu bizə çox gözəl məlumdur...

Комментариев нет:

Отправить комментарий