20.02.2013

Yeni media ilə bağlı kulturoloji-şəbəkə layihəsi

İnteraktiv-kulturoloji layihə sosial şəbəkə fəallarını da əhatə edəcək...

Yeni Yazarlar və Sənətçilər Qurumu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin qismən maliyyə dəstəyilə “Fəal gənclər və QHT liderləri üçün İnternet jurnalistikası (sosial media), blogerliklə bağlı real, eləcə də virtual (distant - məsafəli) təlimin təşkili, yeni mediaya aid elektron dərsliklər, e-kitab formasında elmi-praktik ədəbiyyatın hazırlanıb portalda yerləşdirilməsi, sosial şəbəkələrdə geniş fəaliyyət” adlı yeni innovativ-kulturoloji layihəsinə start verib. Gerçəkləşməsinə başlanan layihə ölkəmizdə yeni sahə sayılan yeni mediaya aid ilk dəfə olaraq praktik-virtual bilgilərin, vərdişlərin qazanılmasına, eləcə də təlim materiallarının, uyğun ixtisas ədəbiyyatının və vətəndaş jurnalistikasına aid elmi-nəzəri kitabların electron variantından ibarət resursun yaradılması, eyni zamanda sosial şəbəkələrdə fəailliyyətlərin qorulmasına yönəlib.

Layihə rəhbəri, YYSQ sədri, www.kitabxana.net portalının qurucusu, yazıçı-kulturoloq Aydın Xan (Əbilov) həyata keçirməyə başlanılan fəaliyyət, eləcə də yeni media problemləri ilə bağlı geniş məlumatları ictimaiyyətə açıqlamışdır.
- Son dövrlərin qlobal informasiya-interaktiv tələblərininin diktəsi ilə formalaşan yeni media - İnternet jurnalistika (buna vətəndaş, sosial, şəbəkə, xalq, multimedik jurnalistika, yeni media da deyilir, bu termin humanitar-elmi düşüncəmizdə hələ də sonacan sabitləşməyib) və İKT texnologiyalar, eləcə də şəbəkə yazarlığı, blogerlik, sosial media, elektron oxu, e-yazı, qlobal informasiya məkanında azərbaycandilli resurslarda imkanlarının inkişafına aid təlimlərin keçirilməsinə böyük ehtiyac duyulmaqdadır. Ölkəmizdə və dünyada baş verən hadisələrə operativ, dərhal münasibət bildirmək, beynəlxalq aləmdə, xüsusən də Ermənistan - Azərbaycan münaqişəsi, Dağlıq Qarabağ müharibəsi ilə əlaqədar informasiya savaşı baxımından, eləcə də İnternet və sosial şəbəkələrdə, multimedik portallarda gedən mürəkkəb proseslər bir daha göstərdi ki, cavan nəsil nümayəndələri, xüsusən də gənclər təşkilatlarının fəalları, liderləri arasında yeni media və İnternet jurnalistikası, vətəndaş-sosial yazarlıq, blogerlik vərdişlərinə, bilgilərinə xüsusi ehtiyac duyulur. Bu qlobal proseslərdə kənar qalan gənc intellektuallarımızın və kreativlərmizin, ictimai fəalların virtual dünya ilə təmasları, çıxışları məhdud, arzuedilən səviyyədə deyil. Eləcə də bir çox yeni formatlar, multimedik imkanlar və müxtəlif qlobal portallar, sosial şəbəkələrdə Azərbaycan kreativ gənclərinin intellektual-kulturoloji fəallığı zəif olduğundan, İnternet istifadəçiləri ölkəmizə yad olan dillər və resurslardan, xarici portallardan yararlanır, xoşagəlməz təsirlər altına düşürlər.
Bizim gənclərin əksər hissəsi hələ də bloq, elekton səhifə, saytlar, elektron kitabxana, şəbəkə ədəbiyyatı, İnternet jurnalistikası, sosial mediada işləmək kimi sahələr haqqında geniş məlumata malik olmadığından, öz düşüncələrini yaymaqda, Azərbaycan həqiqətlərini dəstəkləyən mövqeylərini tanıdılmasında, millli İnternet resurslarımızın intellektual-estetik səviyyəsinin qaldırılması prosesində fəal iştirak edə bilmir, bir çox halarda ölkəylə bağlı proseslərdə kənarda qalırlar. Azərbaycanda hələ də İnternet jurnalistikası, virtual mədəniyyət, şəbəkə ədəbiyyatı, eləcə də elektron oxu və e-yazı vərdişləri standartlaşmayıb, ədəbi dilimizin İnternet üslubu formalaşmayıb. Eyni zamanda bu sahəyə aid milli dildə kitablar, dərs vəsaitləri, elmi-nəzəri ədəbiyyat yaradılmayıb. Gənclərin bloqları, saytları, habelə İnternet juralistikasına aid elektron kitablar yox səviyyəsindədir. İnternet jurnalistikasına aid təlimlərin təşkili, virtual və məsafəli (distant) kursların təşkilinə, elektron kitab və nəşrlərin, eləcə də virtual kitabxanaların, sayt və portalların inkişafına böyük ehtiyac duyulur. Bu istiqamətdə isə azərbaycandilli İnternet resursları çox zəif inkişaf etdiyindən, layihəmiz o sahədəki problemlərin, qismən də olsa, qaldırmaq məqsədi ilə hazırlanmışdır.
Elektron KİV, yeni telekommunikasiya vasitələri, xüsusən də İnternet və İKT-nin inkişafı ilə əlaqədar dünyanın əksər ölkələrində ədəbiyyat və intellektual sərvətlər – kitab və əsərlərin rəqəmsal formata salınaraq qlobal informasiya məkanında, milli və lokal elektron resurslarında yerləşdirilir. Respublikamızda da yeni sahə sayilan İnternet jurnalistikası istiqamətində işlər aparılsa da, zamanın tələbləri səviyyəsində bir sıra problemlər hələ də öz həllini tapmamışdır. Azərbaycan daxilində və xaricdə yaşayan oxucular, xüsusən də yeniyetmə və gənclər tərəfindən İnternet jurnalisikasına aid elmi-intellektual e-kitab və əsərlərin təbliği, fərqli – yeni e-yazı vərdişləri, e-mütaliə mədəniyyətinə yiyələnmək məsələsində böyük problemlər qalmaqdadır.
Araşdırmalar göstərir ki, ana dilimizdə yazan blogerlər, şəbəkə yazarları, İnternet jurnalistikası ilə məşğul olan gənclər, ictimai fəallar qlobal və lokal informasiya-şəbəkə resurslarının azlığı, ciddi, intellektual portalların məhdud sayda fəaliyyət göstərməsi və zəif inkişaf etməsindən xüsusi şikayətlidirlər. Eləcə də elektron – virtual kitabxanaların, pulsuz bloq – fərdi sayt imkanlarının olmaması, gənc nəsil kreativlərin maraq dairəsini təmin edəcək şəbəkə imkanlarının zəifliyi, elmi-praktik ədəbiyyatın yoxluğu ona gətirib çıxarıb ki, dünya ictimaiyyətinə ölkəmizin həqiqətlərini, milli-mənəvi dəyərlərimizi təbliğ edən materialları çatdırılmaq məsələsində, eləcə də informasiya savaşı meydanında gənclərimizin məxsüsi iştirakı fəal deyildir, bu istiqamətdə xüsusi fəaliyyətə böyük ehtiyac duyulmaqdadır.
Elektron və yazılı KİV, İnternet – virtual şəbəkə yazarları dövlətimiz, mədəniyyət və həqiqətlərimiz barədə məlumatları əldə etməkdə çətinlik çəkdiklərinə görə, əksər hallarda Azərbaycan barədə yanlış məlumatlar yayılır, hazırladıqları materiallar bəzi hallarda dövlətimiz haqqında müsbət olmayan qlobal ictimai fikir formalaşdırır. Layihə sadalanan boşluqları doldurmaq məqsədi ilə yeni nəsil kreativ-intellektual gənclərin İnternet jurnalistikası, sosial şəbəkələrdə işləmək bilgilərini artırmaq, eyni zamanda bu mövzuda elmi əsərlərini rəqəmsal, e-kitab formatında hazırmaq, saytda yerləşdirmək, bu e-nəşrləri İnternetdə, sosial şəbəkələrdə yaymaqla dəyərlərimizin gənclər arasında tanıdılması və təbliğini nəzərdə tutur...
İnteraktiv-kulturoloji layihə “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.3. Gənclərin intellektual və yaradıcılıq potensialının inkişafı fəsil, 6.3.11. İnternet jurnalistikası üzrə təlimlərin təşkili; 6. 6.3.7. Müasir peşələr, onlara tələbat və peşə seçiminə dair interaktiv informasiya resursunun, gənclərin peşəyönümü üzrə səyyar və distant məlumat-məsləhət xidmətlərinin yaradılması kimi alt bölümlərə uyğun olaraq hazırlanıb.
Layihə İnternet - şəbəkə jurnalistikası, yeni media, blogerliklə bağlı real və virtual (məsafəli-distan) təlimlərin təşkili, sosial şəbəkələrdə interaktiv fəaliyyət, elektron kitabxana, sayt, portallarda xüsusi iş, bu sahəyə aid e-kitablar, elekton dərslik, rəqəmsal elmi-praktik vəsaitlərin hazırlanması, habelə yeni nəsil, fəal gənclərin biliklərinin artırılmasıyla bağlı tədbirlərin keçirilməsi, anadilli şəbəkə resurslarımızın inkişafı, Virtual Azərbaycan, elektron hökümət və e-dövlətlə bağlı dövlət proqramlarında gənc intellektualların, kreativlərin iştirakını həvəsləndirmək, çağdaş intellektual-kulturoloji dəyərlərimizi dünyaya və 50 milyonluq soydaşlarımıza çatdırmaq məqsədilə həyata keçirilir.
Təlimin nəticəsi olaraq iştirakçılara İnternet jurnalistikası, yeni media ilə işləmək vərdişləri aşılanacaq, elektron kitabların, e-dərslik və rəqəmsal vəsaitlərin hazırlanacaq, İnternet portalında yerləşdiriləcək. Təlimlə yanaşı İnternetdə və sosial şəbəkədə xüsusi interaktiv virtual (məsafəli-distant) kurs da təşkil olunur ki, yalnız bir qrup deyil, istənilən vətəndaşımız, 50 milyonluq Azərbaycan insanı bu layihədən bəhrələnə bilsin, sosial şəbəkələrdə, yeni media sahəsində bilgilərini artırmaqla fəal iştirak etsin, dövlətçilik siyasətimizə öz töhvəsinin versin. Həm ölkəmizdə, həm də xaricdə yaşayan gənc soydaşlarımız üçün rəqəmsal, e-kitab formatında hazırlanmış, İnternetdə yerləşdirilən virtual (məsafəli-distant) kurs materialları, elektron dərs vəsaitləri, e-nəşrlər barədə məlumatları İnternetdə, sosial şəbəkələrdə yaymaqla həqiqətlərimizin, dəyərlərimizin dünyada tanıdılması və təbliği istiqamətində fəaliyyət göstərilicək.
Respublikamızda “Elektron hökümət”, “Elektron məktəb”, “Elektron Kitabxana” kimi innovativ proqramlar həyata keçirilməsiylə bağlı dövlət proqramları, genişmiqyaslı planlar yüksək səviyyədə həyata keçirilməyə başlansa da arada həlli gözləyən çoxsaylı problemlər qalır.
Şəbəkə - İnternet yazarları, oxucuları üçün elektron kitablar, yeni nəslə ünvanlanmış saytlar, şəbəkə resursları, İnternetdə milli və bilgili resurslar, həmçinin təhsil və təlimin səmərəliyini artırmaq üçün digər innovativ vasitələr sahəsində böyük boşluqlar var. Bu mənada layihə əsasən Azərbaycanda yaşayan yeni nəsilə də ünvanlanır. İnternet istifadəçilərimizin elektron poçt, elektron gündəlik – bloq, Virtual Kitabxana, Şəbəkə etikası, İnternet mədəniyyəti, yeni e-oxu və e-yazı vərdişləri, şəbəkə ədəbiyyatı, elektron və audio (səsli) kitablar, televiziya və radio verilişləri, gənclərə ünvanlanmış xəbər və əyləncə - İnternet sayt və mətbuat sahələrindəki boşluqlar isə artıq böyük problemə çevrilmiş, çağdaş humanitar-mədəni düşüncəmizdə - təhsil və yeni nəslin formalaşmasında qlobal böhran səviyyəsinə çatmışdır.
Azərbaycanın daxilində və xaricdə yaşayan gənclər arasında asan, ucuz başa gələn yeni ünsiyyət vasitəsi kimi İnternet – yeni informasiya-kommunikasiya texnologiyaları sahəsində inovativ maarifçiliyə xüsusi ehtiyac duyulduğuna görə layihəmizin böyük uğur qacanacağına indidən qətiyətlə söyləmək mümkündür.
Gənclər QHT fəalları, liderləri, aktiv yeni nəsil nümayəndələri İnternet və sosial jurnalistika, blogerlik, İT texnologiyaları, multimedik imkanlardan yararlanaraq dövlət gənclər siyasətindəki iştiakları ilə bağlı fəalyyətlərini, layihə və tədbirləri barədə məlumatları ölkə ictimaiyyətinə, eləcə də dünyaya asan və fərqli formada çatdıra bilərlər.
Layihə Azərbaycanda və dünyada yaşayan gənclər və yeniyetmələr, gənclər QHT fəalları, ictimai gənc liderlər, aktiv yeni nəsil nümayəndələri, İnternet mediada çalışan jurnalistlər, İnternet istifadəçiləri, müxtəlif nəsil yazarlar, kulturoloqlar, yeni media sahəsinin mütəxəsisləri, tələbələr, sosioloqlar kimi uşaq, yeniyetmə, gənclər və əhali qrupuna ünanlanır. YYSQ-nin mədəniyyət, ədəbiyyat və kitabla, İnternet texnologiyaları, şəbəkə resursları, elektron kitabxanalarla bağlı apardığı illik sorğu və monitorinqlərin nəticələrindən, eləcə də saytımıza və elektron ünvanlarımıza gələn müraciət, istək və təkliflərdən, təşkilatımız tərəfindən hazırlanaraq ictimai müzakirə və istifadəyə verdiyimiz www.kitabxana.net ünvanlı Virtual Elektron Kitabxanadan 2 il ərzində 2 300 000 yaxın istifadəçilərin şərhləri, müraciətləri əsasında müəyyənləşdirmişik ki, oxucular, xüsusən də müasir gənclik yazını, kitabı, mətni, bilgini daha çox innovativ saydıqları İnternet resurslarından, sosial şəbəkələrdə, elektron kitabxanalardan almaq istəyir.
Kulturoloji-innovativ layihənin əsas məqsədləri aşağıdakılardır:
1) İnternet - şəbəkə jurnalistikası, yeni media, blogerliklə bağlı real və virtual (məsafəli-distan) təlimlərin təşkili.
2) İnternet jurnalistika və yeni mediaya sahəsinə aid e-kitablar, elekton dərslik, rəqəmsal elmi-praktik vəsaitlərin hazırlanması, geniş istifadə üçün şəbəkə resursunda yerləşdirilməsi.
3) Sosial şəbəkələrdə interaktiv fəaliyyət, elektron kitabxana, sayt, portallarda xüsusi iş, bu sahəyə aid e-kitablar, elekton dərslik, rəqəmsal elmi-praktik vəsaitlərin təbliği və yayılmasına çalışmaq.
4) Yeni nəsil fəal gənclərin sosial – vətəndaş jurnalistikası istiqamətində biliklərinin artırılmasıyla bağlı tədbirlərin keçirilməsi, real və virtual maarifçiliyin aparılması, təqdimatların təşkili.
5) Azərbaycandilli İnternet şəbəkə resurslarımızın inkişafına töhfə vermək.
6) Virtual Azərbaycan, elektron hökümət və e-dövlətlə bağlı dövlət proqramlarında gənc intellektualların, kreativlərin iştirakını həvəsləndirmək.
7) Çağdaş ictimai-mədəni, intellektual-kulturoloji dəyərlərimizi dünyaya və 50 milyonluq soydaşlarımıza çatdırmaq.
Real və virtual təlim, eləcə də layihənin nəticəsi olaraq iştirakçılara İnternet jurnalistikası, yeni media ilə işləmək vərdişləri aşılanacaq, elektron kitabların, e-dərslik və rəqəmsal vəsaitlərin hazırlanacaq, İnternet portalında yerləşdiriləcək. Təlimlə yanaşı İnternetdə və sosial şəbəkədə xüsusi interaktiv virtual (məsafəli-distant) kurs da təşkil olunur ki, yalnız bir qrup deyil, istənilən şəxs sosial şəbəkələrdə, yeni media sahəsində bilgilərini artırmaqla fəal iştirak etsin, dövlətçilik siyasətimizə öz töhvəsinin verə bilsin. Ölkəmizdə, eyni zamanda xaricdə yaşayan gənc soydaşlarımız üçün rəqəmsal, e-kitab formatında hazırlanacaq, İnternetdə yerləşdirilən virtual (məsafəli-distant) kurs materialları, elektron dərs vəsaitləri, e-nəşrlər barədə məlumatları İnternetdə, sosial şəbəkələrdə yaymaqla həqiqətlərimizin, dəyərlərimizin dünyada tanıdılması və təbliğini gücləndirəcək.
Azərbaycanda, eləcə də xaricdə yaşayan İnternet istifadəçiləri üçün www.kitabxana.net – Milli Virtual Kitabxana artıq yaradılıb və fəaliyyətdədir. Bu maraqlı resursun zənginləşdirilməsinə, inkişaf etdirilməsinə, yeni ədəbiyyat və kitabların rəqəmsal formatlara salınıb orada yerləşdirilməsinə, xüsusən də dünyanın aparıcı dillərinə tərcümə edilmiş əsərlərin İnternetdə yayılmasına böyük ehtiyac var. Bu baxımdan layihə həyata keçirilərkən, həmçinin, bu istiqamətdə nəticələr əldə etmək mümkündür:
- şəbəkə resursunda İnternet jurnalistikası, İT sahəsinə aid e-nəşr və elektron vəsaitləri yerləşdirilir;
- yeni nəsil kreativ intellektuallar üçün bloqlr hazırlamaq, onları Azərbaycan İnternet resurslarını zənginləşdirməyə, milli mədəniyyətimiz, ədəbiyyatımız, tarixi-mənəvi dəyərlərimizi dünyaya yaymaqda yeni texnologiyalardan yararlanmağa həvəsləndirilir;
- müxtəlif sosial şəbəkələrdə fəallıq göstərməyə çağırılır;
- aktiv gənclər və tələbələrin innovativ şəbəkə - elektron oxu və yazı mədəniyyətinin aşılanır;
- anadilli İnternet – şəbəkə resurslarımızın zənginləşdirilir, milli-mənəvi dəyərlərinin qorunması, inkişafı, tanınması istiqamətində dünya azərbaycanlı gəncləri arasında maarifçilik işi aparılır;
- yeniyetmə və gənclərimizin bir araya gəlməsinə çalışılır;
- dünyanın ictimai-mədəni, kulturoloji-intellektual ictimaiyyətinin istifadəsinə Azərbaycan estetik-intellektual, ədəbi-mədəni, elmi-kulturoloji xəzinəsini açmış oluruq.
Yeni kompyuter texnologiyalarla işləmək, fərqli – İnternetdəki şəbəkə resurslarından oxumaq, elektron yazı mədəniyyətinə yiyələnmək, ana dilimizdə gənclərə yönəli milli internet resursları ilə təmin etmək, dünya Azərbaycan İnternet-şəbəkə istifadəçiləri üçün Milli Virtual Kitabxananı zənginləşdirmək, onların elektron gündəliklərini – bloq portalını yaratmaq, elektron rəqəmsal kitabları nəşrə hazırlamaq, mobil rabitə vasitələrindən – e-kağız və e-kitablardan yararlanaraq ciddi əsərləri, elmi mətnləri mütaliə etmək, İnternet yazı müsabiqələrinin təşkili və başqa formalardan yararlanaraq ölkəmizdəki yeniyetmə və gənclərin, eləcə də dünyada yaşayan milyonlarla gənc soydaşımızı Vətənə, dövlətçiliyimizə, onun tarixinə, mədəniyyətinə, ədəbiyyatına, milli-mənəvi dəyərlərinə, ədəbi-mədəni sərvətlərimizə, ana dilimizə, Azərbaycançılıq məfkürəsinə marağı gücləndirmək, eyni zamanda, gənc nəslin Qlobal İnformasiya Şəbəkəsində “Virtual Azərbaycan”ı qurmaqda fəallığını təmin etməkdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları bütün bu ağrılı problemləri nəzərə alıb ölkəmizdə İnternetləşməklə bağlı çoxsaylı sənədlərə imza atıb. Bu problemləri öyrənmək, хalqımızın milli-mədəni dəyərlərinin geniş ictimai sferada təbliği, təhsilə, elmə, yeni texnologi biliklərə, gənc nəslin sivil inkişafına səy göstərməkdən, eləcə də qlobal, xalqların inteqrasiyaya meylinin güclü olduğu bir çağda dünyada millətimizin başqa xalqlardan geri qalmamasından ötrü bir gün də vaxt itirmədən yuxarıda sadalanan problemlərin həlli istiqamətində ciddi addımlar atmaq lazımdır.
Hər hansı bir dövlətin – millətin sivil inkişafının bir ölçüsü də onun ərazisində yaşayan insanların çağdaş dünya dəyərlərinə olan münasibətidir. Bu baxımından da biz inkişaf etmiş Avropa ölkələrinə çatmaq istiqamətində çox işlər görməliyik. İlk addımlardan biri kimi isə cəmiyyətimizin intellektual, mütaliə və ünsiyyət tələbatlarına cavab verən, dünya gəncləri arasında innovativ-şəbəkə rabitə vasitəsinə çevirilə biləcək milli İnternet resursunu yaratmaq və zənginləşdirmək sadalanan problemin həllində ciddi addımlardan biri olacaq.
Layihə yekunlarından gözlədiyimiz nəticələr isə aşağıdakı kimi sistemləşdirə bilərik:
1) İnternet - şəbəkə jurnalistikası, yeni media, blogerlik, elektron kitabxana, yazıçı saytları, e-kitablarla bağlı yeni nəsil gənc yazıçılar üçün silsilə real və virtual (məsafəli - distant) təlimlər təşkil edilərək fəal gənclər və QHT liderləri arasında bu sahədə maarifçilik genişləndirilir, yeni bilik və vərdişlər aşılanır.
2) Anadilli elmi-şəbəkə resurslarımızın inkişaf etdirilir, Virtual Azərbaycan, elektron hökümət və e-dövlətlə bağlı dövlət proqramlarında gənc kreativlərin, intellektualların birbaşa iştirakı həvəsləndirmək, çağdaş intellektual-kulturoloji dəyərlərimizi dünyaya və 50 milyonluq soydaşlarımıza çatdırmaq.
3) Layihə və təlimlərin nəticəsi olaraq iştirakçılarının hər biri elektron kitablar, rəqəmsal vəsaitlərlər hazırlanacaq, eləcə də İnternet jurnalistikası ilə bağlı yazıları, hazıranacaq bloqları – şəbəkə səhifələri portalda yerləşdiriləcək, sosial şəbəkələrdə səhifələri yaradılacaq...
4) Yeni nəsil İnternet jurnalistlərinin şəbəkə və İKT imkanlarla tanışlıq əldə edəcək, yaradıcılıqlarını innovativ-virtual formada inkişaf etdirəcəklər.
5) Milli İnternet resurslarımızı zənginləşdirəcək, rəqabətədavamlı intellektual-dərslik, mədəni-şəbəkə ədəbiyyatı yaradacaq, eyni zamanda layihədə iştirak edəcək gənclər sosial şəbəkə istifadəçilərini, e-oxucularını öz ardıyca apararaq şəbəkə resurslarımız ətrafında gəncləri birləşdirəcəklər.
6) Gənc liderlər, aktiv blogerlər və cəmiyyətin diqqəti yeni - İnternet jurnalistikasına yönəldiləcək.
7) İnternet jurnalistikasına aid elektron kitabların, rəqəmsal vəsaitlərin saytda virtual sərgisi təşkil olunacaq, eləcə də oxucularla yeni nəsil media nümayəndələriarasında birbaşa interaktiv ünsiyyətə şərait yaradılacaq.
9) Azərbaycanda ilk dəfə virtual (məsafəli-distant) təlim həm İnternetdə, həm də sosial şəbəkədə təşkil olunacaq.
İnteraktiv-kulturoloji layihə Azərbaycan gənclər ictimaiyyətinin, xüsusən də onun ən yeni nəslinin təlim-tərbiyyəsi, estetik-intellektual formalaşması, yeni bilgilərin əldə edilməsi, yeni e-oxu və e-yazı mədəniyyətinə yiyələnməsi, e-kitabxanalardan yararlanması, yaradıcı təfəkkürünün inkişafı, şəbəkədən istifadənin səmərəliyinin artırılması baxımından çox gərəkli nəticələr ortaya qoyacaq.
Yeni mediamızın zənginləşməsi, innovativ texnologiyalar vasitəsilə təbliği, yayılması, yeni nəsil nümayəndələri üçün nəzərdə tutulmuş elektron resurslarını zənginləşdirilməsinə təkan verəcək, azərbaycandilli İnternet resurslarının genişləndirilməsinə səbəb olaçaq, bölgələrdə və dünyada yaşayan azərbaycanlıların, xüsusən də gənclərin sosial elektron şəbəkəsinin yaradılmasına təkan verəcək, soydaşlarımızın elektron ünsiyyətini möhkəmləndirəcək, şəbəkə ədəbiyyatı nümunələri yaranmasına şərait yaradacaq, İnternet jurnalistikası ilə bilgili əsərlərin yazılmasına həvəsləndirəcək, yeni elektron mütaliə, həmçinin elektron yazı mədəniyyətini formalaşdıracaq: bir sözlə, estetik-kulturoloji düşüncəmizin fərqli qatlarını ortaya qoyacaq, həm onların bir-birinə, həm də geniş oхucu kütləsinə tanıdacaq, bunu həm kitab, həm həm də veb-sayt vasitəsilə ediləcəkdir.
Eyni zamanda bu kulturoloji layihə ölkəmizdə və dünyanın hər yerində yaşayan azərbaycanlı oxucuları bir ədəbiyyat resursu ətrafında birləşməyə dəvət edəcəkdir.

Yeni Yazarlar və Sənətçilər Qurumunun İctiamai Əlaqə və Media bölümü

Комментариев нет:

Отправить комментарий