İbrahim Sel
Professional Oxucu Liqası
O qədər münasibətlər ən yaxşı niyyətlə, istəklə analar, rəfiqələr tərəfindən pozulub ki... Düzdür, elə kişilər var ki bozbaşsız ailə həyatını təsəvvür eləmir, amma başqaları da var... Həmişə eləsi tapılar ki, kiprikləri daha uzundu, saçları daha gurdu... Ona tükünün əks istiqamətində sığallamaq, lazım oldu-olmadı divanın yerini dəyişdirmək təklifi ilə ilişmək olmaz... Hər şeydən şübhələnən manyaka çevrilmək lazım deyil... Küsüb barışmağın öz ləzzəti var... Hər cütlüyün aylıq qalmaqal norması var....
Şəxs xoşbəxtliyini necə qurmalı? Münasibətlərdə necə xoşbəxt olmalı, sənə əziz olan adamı necə xoşbəxt etməli? İki cümlədə üç dəfə “xoşbəxtlik” sözunun işlədilməsi dilin kasıblığından deyil. Xoşbəxtlik hamının istəyi, hamının arzusudur. Kimin onu nədə görməsi o qədər də vacib deyil, əsas odur ki, adam həyatda özünü məsud saya bilsin. Öz ağlınla, özünə güvənərək yaşamağın əsas dövrü isə evliliklə üst-üstə düşür. Deməli, ailədə səadətin, xoşbəxtliyin yolunu tapmaq lazımdır.
Hələ o vaxtlar Lev Nikolayeviç Tolstoy bu suala cavab vermişdi. Ona minnətdarlıqla hələ məktəb illərindən bilirik ki, “xoşbəxt ailələr hamısı bir-birinə bənzəyir, bədbəxt ailələr isə hərəsi ayrı cür bədbəxtdir”. Amma psixoloqlar əmindirlər ki, tamamilə əksinədir: bütün xoşbəxt olmayan ailələr adətən hamısı bir səbəbdən iztirab çəkir, xoşbəxt cütlüklər isə razılığa gəlirlər, öz yollarını axtarırlar. Onlar həmçinin gizlində münasibətləri saxlaya biləcək universal qaydalara riayət etməyə çalışırlar. Bunlar hansılardır?
Qayda 1. HƏR KƏS XOŞBƏXT MÜNASİBƏTLƏRİ ÖZÜNƏ GÖRƏ QURUR. Amma demə ki sən heç vaxt bunu hiss eləməmisən. Nə vaxtsa bircə dəfə də olsa hansısa tanışlarının münasibətinə baxanda düşünmüsən: aman Allah, bunlar niyə indiyə qədər bir yerdədirlər, niyə bu qədər illər bir yerdə ömür sürəndən sonra bunların sifətindən razılıq oxunur?!
Əslində hər şey çox sadə, eyni zamanda çox mürəkkəbdir: bu ikisi bir-birlərində şəxsiyyəti görüb və qəbul eləyiblər. Və bunun əsasında da bir-birinə fərdi yanaşmaya görə əlaqələrini qurublar. Özgənin dəyərlərinə və xoşbəxtliyinə orientir kimi baxmağın mənası yoxdur, sən öz məhəbbətini, öz ailəni, öz xoşbəxtliyini qurursan. Sizin münasibətləriniz ancaq SİZİN münasibətlərinizdir.
Qayda 2. KƏNAR ŞƏXSLƏRİ ÖZ ƏLAQƏLƏRİNİZƏ BURAXMAYIN. Jurnallar, televerilişlər, rəfiqələr, sənin anan, onun anası, nənə, hətta qonşu da- hamı bilir ki necə düzgün yaşamaq lazımdır. Amma! Heç kim sizin aranızda baş verənləri səndən yaxşı bilmir. Ona görə də fikrən özünün və o biri yarının ətrafında dairə çək və kənar adamları məhəbbətinizin fəzasına buraxma. O qədər münasibətlər ən yaxşı niyyətlə, istəklə analar, rəfiqələr tərəfindən pozulub ki. Onları bütün məsləhət və şərtləri ilə baş-başa qoy, qulaq asma!
Qayda 3. UĞURLU MÜNASİBƏTLƏRİN YOLU MƏDƏDƏN KEÇMİR. “Kişilərin ürəyinə yol onların mədəsindən keçir” artıq hamının zəhləsini tökmüş frazadır. Və bir çox qadınlar ciddi-cəhdlə kulinariya ilə məşğul olurlar ki münasibətləri zərif fransız mətbəxi vasitəsi ilə qursunlar... Amma Onun xoşbəxt axşamının resepti sadədir: bir qutu düşbərə, kiloqram peçenye, uzun oyunsuz seks və bu gün sənə niyə bir dəfə də olsun eşq elan etməməsini aydınlaşdırmamaq prespektivi. Düzdür, elə kişilər var ki bozbaşsız ailə həyatını təsəvvür eləmir, amma başqaları da var. Onlar üçün vacib deyil ki, yarımfabrikat yeyirlər, yoxsa restoran menyusundan şedevr.
Yeri gəlmişkən, niyə sobanın başında ancaq sən dayanmalısan? Sübut olunub ki, ən yaxşı aşpazlar kişilərdir. Bəlkə səninki təsadüfən eləsidir?..
Qayda 4. MÜNASİBƏTLƏRİ GÖZƏLLİK ÜSTÜNDƏ QURMAMAQ. Marqaret Mitçelin məşhur “Küləklə sovrulanlar” romanı “Skarlet O"Xara gözəl deyildi...” sözləri ilə başlayır. Sonra isə əsas qəhrəman qadının cəlbediciliyinin iki şeyə əsaslanan sirləri gəlir: xarizma və cazibədarlıq. Münasibətlərdə gözəlliyə hesab götürmək, ümid etmək ən uduzulan variantdır. Həmişə eləsi tapılar ki, kiprikləri daha uzundu, saçları daha gurdu.
Amma bu o demək deyil ki, təkcə dönər kababla keçinmək o və manikür etməmək olar. Sadəcə olaraq sənin düzgün rənglənmiş gözlərində “şeytanlar oynamalıdır”, sənin məşq etmiş bədənində zəriflik və şəhvət gizlənməli, danışığın savadlı və sözaltı mənalarla, zənəxdan və yanaqlarında hiyləgərlik, yerişində ceyran incəliyi olmalıdır.
Həyatı və onun içərisində özünü sevmək lazımdır.
Qayda 5. MÜNASİBƏTLƏRDƏN DİVANI YIĞIŞDIR. Münasibət qurarkən kişilərə rəhm etmək lazımdır. Ona tükünün əks istiqamətində sığallamaq, lazım oldu-olmadı divanın yerini dəyişdirmək təklifi ilə ilişmək olmaz. Boynuna daş asmaq istəyirsənsə, belə elə.
Sözün mənası o deyil ki kişini çərlətmək lazımdır. Mənası odur ki divanın üstündə çox qalan şeyi yerindən dəbərtmək lazımdır. Kişilərin potensialı böyükdür, onlar həmişə müharibəyə olmasa da futbola, inqilaba olmasa da bilyard oyununa can atırlar.
Qayda 6. SƏBİR HƏMİŞƏ MÜNASİBƏTLƏRİN XEYRİNƏ OLMUR. İşinə yarımaq və ya qorxudan səbir etmək, dözmək lazım deyil.
İntimdə özünü göstərir- dözürsən; dostları ilə bütün gecəni keçirir, sənsə susursan (qoy düşünsün ki ideal həyat yoldaşısan); anası sənə ağır sözlər deyir, sən gülümsəyirsən (birdən onu sənin əleyhinə kökləyər)... Düşünürsən ki bu özüllə ciddi münasibətlər yaratmaq olar? Bir dəfə özünü saxlaya bilməyib ona həqiqəti deyəcəksən: “Mən heç vaxt yataqda səndən həzz almamışam”, “sənin dostlarından zəhləm gedir”, “sənin anan...”
Qayda 7. MÜNASİBƏTİNİ SƏNƏ OLAN MÜNASİBƏTLƏ MÜQAYİSƏLƏNDİR. Onunla “nəsə baş verdiyini, nəsə elə deyil”i başa düşmək üçün ayaqyolunun qapısında durub qulaq asmaq, poçtu açıb telefonda potensial aşnalarını axtarmaq lazım deyil. Sizə tez-tez məsləhət görürlər ki xırda şeylərə reaksiya verməyin, hər şeyi çətin gün olmağı, pis əhval-ruhiyyə ilə əlaqələndirin. Amma bütün bunların əhəmiyyəti var (o necə baxır və ya baxmır, necə yeyir, necə yatır). Diqqətlə onun sənə münasibətinə bax. Hər şeydən şübhələnən manyaka çevrilmək lazım deyil, amma onun “sönmüş” baxışlarını da, hər şey öz-özünə keçər deyib nəzərə almamaq da kütlukdür.
Qayda 8. RƏDD OLSUN ÇOX YAXIN MÜNASİBƏTLƏR. Müəyyən vaxtdan sonra bir-birinizə o qədər alışırsınız ki, əvvəllər eləməyə çəkindiyiniz, utandığınız hərəkətləri bir-birinizin yanında eləyirsiniz. Bu bir-birinə çox yaxın olmaq adlanır. Belə yaxınlıq lazım deyil, rədd edin getsin. Bu romantikanı və seksual cazibədarlığı öldürür.
Qayda 9. QALMAQALLI MÜNASİBƏTLƏR. Öz əlaqələrini, münasibətlərini aydınlaşdırmayan adamlar çox vaxt bunları qıraqda edirlər- başları öz hobbilərinə qarışır, “əvəzedici” (aşna, it, yaxşı dost) tapır, dərdlərini içkidə boğurlar. Ona görə də münasibətləri “tonusa gətirmək” üçün yaxşı qalmaqal bəzən sadəcə olaraq vacibdir. Əvvəla neqativin çıxmasına kömək edir, ikincisi, küsüb barışmağın öz ləzzəti var (hər mənada), üçüncüsü də qalmaqal adətən mübahisədən yaranır. Mübahisə isə həqiqəti ortaya çıxarır.
Narazılığını göstərməkdən çəkinmə. Bu hansısa bir şənlikdə nəsə qələt elədiyini sonra onunla aydınlaşdırmaqdan yaxşıdır. Əsas odur ki, həddi keçməyəsən. Hər cütlüyün aylıq qalmaqal norması var.
Əgər bu qaydaları axıracan oxuyanların arasında kişilər varsa, indi sözüm onlaradır. Soruşa bilərsiniz ki, qadınlara aid olan bu qaydaları sən haradan bilirsən. Mən bilmirəm, ailə psixologiyası ilə məşğul olan xristian bir xanımın araşdırması əsasında yazmışam. Ona görə də qaydalardan birini mentalitetimizə tam uyğun gəlmədiyi üçün, ümumiyyətlə, yazmamışam. Yazının içərisində elə məsləhətlər var ki onlarla qətiyyən razı deyiləm, biləsiz. Bəzilərini mütəxəssis rəyindən kənara çıxmadan bacardığım qədər qəbul edilə biləcək şəkilə salmışam. Amma pelmenini düşbərə ilə əvəz eləsəm də, borşu bozbaşla əvəz eləyib bozbaşı təhqir eləməmişəm. Bir də ki qadına aid olan yazıyla siz niyə maraqlanırsız ki?!))

Комментариев нет:
Отправить комментарий