12.04.2013

Piramidaları kim tikib?

Gülnarə Rəfiq

Piramidaları tikmək üçün daşlara xüsusi dalğalarla təsir edib çəkisini yüngülləşdirirmişlər

1945-ci ilin yazı. Misir kralının oğlu şahzadə Fərrux Qəzza vadisini ziyarət edib piramidalardan sonra böyük Sfinksə yanaşdı. Şahzadə abidənin yaxınlağındakı plitənin üstünə oturdu. Bu zaman mexanizm işə düşdü və Sfinksin ayaqları altında içərilərə doğru aparan tunel açıldı. Uzun dəhliz yeraltı otaqlara tərəf aparırdı. Şahzadə aşağı düşüb yeraltı otaqları tədqiq etmək fikrinə düşdü. Şaxta yarıyacan suya batmışdı. Amma o, iri bir zala qədər gedib çıxa bildi. Orda onu sürpriz gözləyirdi. Zal başdan-başa robotlarla dolu idi. Həmin vaxtdan yer üzünü piramidalar barədə əfsanələr bürüdü.


Biz piramidalar barədə heç nə bilmirik

Piramidalar barədə çox yazılıb, çox deyilib. Arxeologiyada misirşünaslıq qolu əmələ gəlib və artıq özünü misirşünas saya biləcək alimlər də var. Amma onlar da etiraf edirlər ki, bu boyda maraq və tədqiqatların qarşısında piramidaların əsil mahiyyəti barədə heç nə bilinmir. Çünki onların çox az hissəsinə insan ayağı dəyib və ən tədqiq edilmiş piramidanın özündə də hələ də açılmamış otaqlar, harasa aparan dəhlizlər və mənası anlaşılmayan yazılar var.
Alimlərin bir qismi piramidaların firon məqbərələri olması fikriylə razı deyil. Çünki hələ də bir piramida da mumiya tapılmayıb. Alimlər düşünür ki, piramidalar yüksək texnoloji tikililərdir ki, onların mənasını həmin texnologiyalarla tanış olan adamlar anlaya bilərlər. Piramidalar kosmik enerjinin bir növdən o birisinə dəyişdirə biləcək nəhəng cihazlardır.

Ölkəni bir zaman insanlarla bərabər yerdə yaşamış allahlar idarə edirmiş

Qəzzadakı 3 piramida dünyanın ən heyrətamiz abidələrindən biri sayılır. İndiyədək müasir elm onların quruluşu, tikilişi və məqsədi barədə ağlasığan fikir yürüdə bilməyib. Rəsmi şəkildə bu üç piramidanın 3 sülalənin fironunun məqbərəsi sayılır və müvafiq olaraq Xeops, Xefren və Mikerinin adına bağlanır. Piramidanın içindəki daş sarkofaklar ilk əvvəl belə düşünməyə əsas verirdi. Misir yazıları da təsdiqləyir ki , 4-cü sülalənin fironları piramidalar tikirdilər. Amma piramidaların heç birində dəfn atributları və mumiyalar tapılmadı. Belə möhtəşəm abidə ölkə başçısının məzarı olmaqdan daha artıq funksiyalar daşıyır.
Qədim Misir səlnamə yazanı Nunifon ölkənin vahid tarixcəsini yaradaraq qələmə alıb. Alimlər bu yazıları öyrənərkən belə qənaətə gəlib ki, əhali uydurmanı həqiqətdən ayıra bilmirmiş. Çünki misirlilər əmin idi ki, ölkəni bir zaman insanlarla bərabər yerdə yaşamış allahlar idarə edirmiş. Bu zamanın adı Zebtepi idi. Qəzza bölgəsindəki qranit məqbərə və əsas piramidanı Osiris allahı və onun arvadı İzida ilə əlaqələndirirlər.

Söhbət 10-12 min əvvəldən gedir

Piramidalar o qədər suallar doğurur ki, onlardan ən sadəsi, yəni nə vaxt tikilməsi barədə sual qəribə nəticələrə gətirir. Yuxarıda adı çəkilən fironların hakimiyyət zamanı məlumdur. Bunu əsas götürsək piramidaların 4, 5 min il yaşı olmalıdır. Amma piramidaların ulduzlara, göy cisimlərinə münasibətdə tikildiyini və yerdəyişmələri nəzərə alsaq tamam fərqli rəqəmlər ortaya çıxır. Söhbət 10-12 min əvvəldən gedir.
Geoloqlar 10-12 min il əvvəl tarixiylə razılaşır. Onlar Sfinksin bünövrə tərəflərində erroziya izləri aşkarlayıblar. Abidənin daşı elə dəyişikliklərə uğrayıb ki, belə izləri yalnız su buraxa bilərdi. Bu qədər nəmişlik Misirin isti və quru havasında hardan ola bilərdi? Nil çayı daşan zaman yaranan sellər qısa müddətli olur və belə dağıntılara gətirə bilməzdi. Amma 12 min il əvvəl həmin ərazilərin iqlimi tamam başqa idi. Sfinksin üstündəki su izləri sübut edir ki, o, bu ərazilərdə güclü yağışlar yağan zamanlarda tikilib. Çünki onlar, yəni erroziya izləri fironların məqbərəsindəki izlərdən, yəni 4,5 min il əvvəl tikilmişlərdən ciddi şəkildə fərqlənir. Piramida və Sfinksin eyni zamanda tikilməsi barədə danışırlar. Şir bədənli insan başlı abidə birbaşa qayanın üstündə yonulub və piramidalarla vahid kompleks təşkil edir. Sfinksin ətrafından çıxan qaya parçaları piramidaların tikintisinə işlədilib. Ona görə də Sfinks tikilmə tarixini göstərə bilər. Sfinks gözünü göyə dikib Şərqə baxır. Günəş düz şərqdə yalnız yaz gecə-gündüz bərabərliyində çıxır. Sfinks sanki bu nöqtəni göydə izləyir. Amma o, ulduzlara nəzərən zaman-zaman yerini dəyişir. Bizim dünya fırfıra kimi fırlanır. Onun tsikli 25 920 ilə tam bitir. Yer kürəsinin hərəkəti təkcə öz oxu və Günəş ətrafında deyil, daha mürəkkəbdir. Yerin oxu konus şəkillidir və bu da astronomik koordinatların yerini dəyişir. Buna görə hər il yaz gecə-cündüz bərabərliyi bir qədər tez gəlir. Prosees yavaş olduğundan tam tsikl 25 920 il çəkir. Sfinksin gözü dəyişən ulduz xəritəsini, 12 bürcü sanki izləyir. Hazırda planetimiz balıq bürcünü tərk edib dolça bürcünə keçib. Əgər Sfinksin şir bədəninin şir bürcünə uyğun gəldiyini də nəzərə alsaq yer kürəsinin şir bürcündə olduğu zamanı hesablamaq qalır. Bu zaman 10 500 il əvvəl olmuşdu. İndiki kompüter texnologiyaları göyün quruluşuna nəzərən zamanın hər hansı nöqtəsinə qaytara bilir.

Piramidalar göydəki ulduz xəritəsinə uyğundur

Alimlər 3 məşhur piramidanın ulduzlara nəzərən yerini də müqayisə edəndə maraqlı nəticələr əldə ediblər. 3 piramida kompleks və Nil çayının quruluşu göydə Orion bürcü və süd yolu kəhkəşanının quruluşunu təkrar edir. Piramidalara yuxarıdan baxanda bilinir ki, onlar bir düz xətt boyu düzülməyib, üçüncü piramida bir qədər kənardadır. Bu Orion qurşağının 3 əsas ulduzunun vəziyyətini təkrarlayır. Bu məsələnin açarı qədim Misir yazılarındadır. Qədim misirlilər 3 böyük və onlarla balaca piramidanın mənasını və nəyi simvollaşdırmanın sirrini bilirdilər. Onlar buranı yeni zamanın açarı, yaxud hər şeyir başlanğıcı adlandırırdı.
Ola bilər 12 min il əvvəl nəyinsə, bəşəriyyət üçün çox vacib məqamın başlanğıcı oldu və əcdadlarımız bu tarixi başa həkk elədi. Bu yəqin ki, planetin həyatını kökündən dəyişə biləcək bir hadisə olmalıydı. Planetar səviyyədə qlobal fəlakət bu məqama daha çox uyğun gəlir. Bütün qədim dinlər böyük subasma, yer kürəsinin həyatını dayandırmış böyük sel barədə danışır. Əgər belədirsə sual doğur, yəni planetar səviyyətə fəlakətdən sağ çıxa bilmiş şüurlu varlıqlar ola bilərdimi?

Meksika piramidaları daha qədimdir

Dünyada mövcud piramidaların bir qismi Misir piramidaları daxil olmaq şərtilə hazırki şimal qütbünə səmtləşdirilib. Amma Meksikadakı Teoteokan piramidası şimal qütbündən 15 dərəcə şərqə yönəldilib. Qədim mətnlərdə deyilir ki, bütün piramidaların şimal qütbünə baxması vacib şərtdir. Tədqiqatçılar deyir ki, yer kürəsi bir neçə dəfə fəlakətlərdən sonra öz qütbünü dəyişib. Deməli Meksika piramidalarını daha əvvəl ucaldıblar. Tədqiqatçılar yer üzündə böyük su basma, qütblərdəki büzlaqların əriməsi və s. fəlakətlərin baş verdiyi zamanı təxminən 13 min əvvələ aid edirlər. Alimlər 12 500 il əvvəlki tarixdə razılığa gəliblər. Bunu yerli əfsanə və miflər də təsdiqləyir. Miflərdə deyilir ki, Teoteokan piramidalarının başında allahlar toplaşıb sel basmadan sonra yer kürəsini bərpa etməkçün tədbirlər tökürdülər. Əfsanədə günəşin bərpası, yerdə həyatın yenidən canlanması çox aydın qəkildə təsvir edilib. Misir piramidalarının da bu tarixdə tikildiyini ehtmal etmək olardı. Alimlər piramidaların tikiliş tarixinə nəzərən onları iki hissəyə ayırır. Nuhdan əvvəlki və sonrakı dövr. Yerdə planetar miqyaslı fəlakətin baş verməsini iri asteroidlə toqquşmanın nəticələri sayılır. Bundan əvvəlki zamanda yaranan piramidalar hazırki şimal qütbündən 15 dərəcə fərqli mövqedədir. Yerdə qalanı isə daha cavandır, yəni mifoloji Nuh peybəmbər yerdə həyatı bərpa edəndən sonra yaranmış piramidalardır.
Ola bilər ki, planetar fəlakət elə qəfil baş verib ki, bir andaca yer üzündən yüksək səviyyəli sivilizasiyanı silib. Onların bir hissəsi sağ qalab dünya üzərinə səpələnə bilərdi. Fəlakətdən sonra sivilizasianın yeni cücərdiyi yer Qəzza bölgəsi olub. Maya piramidaları və Misir piramidaları yer üzündən silinmiş sivilizasiyanın hansı tarixdə olduğunu göstərən möhtəşəm abidələrdir ki, əcdadlarımız bunu bizimçün tikib xatırlatma kimi qoyublar. Piramidalar həm də onların malik olduğu biliklərin səviyyəsini də göstərməliydi.

Bütün əfsanələr eyni fikri təkrarlayır

Alimlər fərz edir ki, misirlilər gəlib artıq bu torpaqlarda ucaldılmış piramidaların ətrafında kök sala bilərdilər. Axı heroqliflərin heç birində deyilmir ki, piramidaları misirlilər tikib!? Təqqiqatçı Qrem Xenkok: «Axtarışlarıma başlayan kimi mənim diqqətimi dünyanın müxtəlif nöqtələrində bir-birindən xəbər tutmayan millətlərin miflərinin çox oxşar olması diqqətimi çəkdi. Əsas ideya belə idi: Allahlar göydən yerə enib, bəzən ulduzdan, bəzən isə konkret ulduz sistemindən enib yerdə həyat qurucuduğu işinə başlamışlar».
Piramidaların tərəfləri yerin 4 tərəfinə, kəlləsi Oreon qurşağı və böyük, kiçik ayı bürcünə yönəldilib. Piramidaların kiçik modelini yaratsaq, onun içindəki bütün kameralar və otaqları da əks etdirsək bu model bəşəriyyətə məlum olan bütün riyazi sistemləri əks etdirə bilər. Qızıl mərkəz, π rəqəmi və s. bizim işlətdiyimiz hesablama yolları. Deməliyik ki, bu sakral rəqəmlər bütün qədim mədəni abidələrin əsasını təşkil edir. İstər Misir, Maya, hind, ink, şumer abidələrinin hamısında abidələr xüsusi riyazi qanunauyğunluqla quraşdırılıb. Onlara qızıl mərkəz prinsipinə uyğunlaşan bütün rəqəmlər məlum idi: 18, 36, 54, 72, 108 və s. Bu rəqəmlərin olması da təsadüfi deyil, bunları yaradan mədəniyyətlər rəqəmlərin mənasını eləcə də kosmik prinsipləri çox yaxşı bilirdilər.

Piramidaları yalnız kahinlər tikə bilərdi

Alimlər hələ də piramidanın daşlarının necə hazırlandığı, necə yonulub necə gətirildiyi və quraşdırıldığı barədə mübahisələr edir. Rəsmi elm neçə tonluq daşların mis alətlə yonulub darta-darta gətirilməsi versiyasında israrlıdır. Müasir zamanda bu versiya gülünc görünür. Bu daşların gətirildiyi ərazilərdə indiyədək izlər qalıb. Sanki daşları qayadan qaşıqla qaşıyıb götürüblərmiş kimi hamar izlər görünür. Maddənin quruluşuna bu tip təsir etmək imkanı hələ ki, bizim masir texnikamızın gücü xaricindədir. Nasa hesab edir ki, bu daşlar bizə məlum olmayan elektromaqnit enerjinin tətbiqi ilə yerindən tərpədilib. Piramidalarda qalmış yonma izləri bunun silkulyar mişar, ya da lazer ilə yonma üsulu ilə edildiyini göstərir. Amma tədqiqat zamanı, qazıntılarda buna bənzər bir alət, ya da dəzgah ortaya çıxmamışdır. Misirdə isə sarkofakların daşdan, özü də daşın ən bərk növündən yonulması üçün ultrasəsdən istifadə edirdilər. Bütün bunlar əsas verir ki, piramidaları yuksək texnoloji qurğular sayaq. Deyək ki, onların tikilmə mexanizmi hələ də müasir zaman üçün də əlçatmaz olaraq qalır.
Keçmişdə piramidalar ağ, hamar və parlaq plitələrlə üzlənmiş idi. Peykdən aparılan müşahidələr aşkar edib ki, piramidanın üz tərəflərində bir növ peyk antennalarında olduğu kimi bir tərəfi batıq, o biri tərəfində isə qabarıqlıq var. Sanki böyük bir parobalik antennadır. Həmin üzləmə plitələrinin qalıqları qalmaqdadır. Onların sayı 115 mindir. Piramidanın bir tərəfinin ölçüsü 2,2 hekrat ərazidir. Ona görə də belə iri miqyasda ortadan bir metr dərinliyində batıqlıq, ya da qabarıqlıq yaratmaq üçün hansı vasitələrdən istifadə edilməsi məsələsi çox qaranlıq qalır. Daşların gətirildiyi Asuan vadisindən piramidaların yerləşdiyi yerə qədər minlərlə kilometr məsafə var. Misirşünaslar iddia edir ki, min tonluq daşlar Nil boyu qamış qayıqlarda daşınıb gətirilirmiş. Sonra həmin daşlar ip vasitəsilə 100 metrlik hündürlüyə qaldırırlarmış. Qədim yazılarsa deyir ki, piramidanın tikilməsində yalnız kahinlər iştirak edirdi, bura yad adamların burnunu soxması yasaqlanmışdı. Daş düzməyi yadlara həvalə etməzdilər. Kahinlər müəyyən notlarda dualar oxuyurdu. Daşlar çəkisini itirib havaya qalxırdı. Sonra onlara toxunmadan son dərəcə dəqiqliklə lazım olan yerə qoyurdular. Yüksək texnoloji təsirlərin izləri indiyədək daşlarda qalmaqdadır. Bu da bizdən əvvəlki sivilizasiyanın olması və piramidaların tikiltisində iştirakının danılmaz nümunəsidir. Bu sivilizasiyanın yerdən, ya da kosmosdan olması barədə isə mübahisələr davam edir.

Uçan daşların sirri

20-ci əsrin əvvəllərində Amerikada piramidaların tikilmə sirrini tapmış bir adam yaşayırdı. Onun adı Edvard Litskonendir. Qədim tikinti üsulu ilə o, Florida ştatında Mərcan qəsri adlı tikinti kompleksi ucaldıb. Bu daş şəhər hələ də mühəndislik sirri olaraq qalır. Litskonen deyirmiş ki, çəkinin, lingin yerləşməsi prinsipini və piramidaların tikilmə sirrini bilir. Mərcan şəhərciyiynin tikilməsinə 100 min ton mərcan işlədilib. Burda da iri daş bloklar bir-birinə zərgər dəqiqliyilə yaxın quraşdırılıb və uyğunlaşdırılıb. Amma bütün bunları müəllif təklikdə edirmiş, özü də bir neçə sadə alətin köməyilə. Ekspertlər yenə də «mümkün deyil» deyir. Müəllif çox vaxt gecələr fənər işığında təklikdə işləyirdi və sirrini heç kimə demirdi. Daş şəhərciyin tikilməsinə 20 il vaxt sərf edildi. İşini bitirən müəllif öz ayağıyla xəstəxanaya gedərək orda dünyasını dəyişir və piramidaların tikilmə sirrini özüylə aparır. O, cəzbetmə və maqnitizm barədə çox dəyərli məlumatlara malik idi, amma sirri heç kimə söyləmək istəmədi. Ona görə də biz indi çəkisi 50 kiloqrama qədər olan bir adamın 30 tonluq blokları istədiyi istiqamətdə necə tərpətdiyini bilməyəcəyik. O, dalğa vasitəsilə daşa təsir edirdi və onlar çəkisini itirirdilər.
Hesablanıb ki, piramidaları insanın fiziki gücüylə tikmək üçün 100 min işçi və bir əsr vaxt lazım gələrdi. Sənədlərsə onların 20 ilə tikildiyini deyir. Əgər piramidanı Edvard kimi ustalar tikərdisə yalnız o zaman bu işi 20 ilə çatdırmaq mümkün olardı.

Комментариев нет:

Отправить комментарий