SƏDAQƏT ƏLİQİZİ
ATAM
Mənim atam torpağın qanla suvarıldığı qırxıncı illərdə dünyaya gəlib
Körpəlikdən yetimliyi dadıb
Ana qucağında nazlanmayıb, ata qanadına sığınmayıb
Müharibənin acılarını canında əridə - əridə böyüyüb .
Uşaqlığı aclıq illərindən keçib
bəlkə də buna görə buğda bitirən torpağı daha çox sevib.
Ömrü əkin, biçində keçib.
Soyuq sərt küləklərdən saçları codlaşıb bəyazlaşıb.
Günəşdən ayazdan yanıb qaralmış üzündən nur əksik olmayıb.
Gözlərində, qəlbindən süzülüb gələn övlad sevgisi,
Ürəyində hələ qadını üçün , fədakarlıq yapa biləcək güc var .
İllər əyməyə çalışdığı qamətini,
hələ də düz saxlamağa çalışan əzəmətdir Atam.
Alnındakı çat-çat olmuş qırışlardan süzülüb gələn.
tər damcıları, göyərdikcə torpaqdakı hər toxumu ,
Bütün varlığı ilə hiss edər yaşadığını .Doya –doya canına çəkər bu dadı.
Bərəkət qorxar əllərinin qabarı.
Torpaq qoxulu atam ,
Torpaq adamıdır ,torpaq adamı.
PAYIZ
Payız mənə bənzəyir,
Payız da mənim kimi sevgidən yarımayıb.
Havada fırlanıb düşən yarpaqlar
Sevgimin saralan səhifələri tək.
Payıza yağan soyuq yağışlar,
Gözümdən süzülən kədərli yaşlar.
Sərsəri çarəsiz çırpınan külək, yorğun qəlbimin çırpıntılar.
Комментариев нет:
Отправить комментарий