06.05.2013

XIX ƏSRDƏ VİLAYƏT VƏ TAYFALARA GÖRƏ İRANIN ƏHALİ TƏRKİBİ

Мужские национальные костюмы курдовVüqar Xəzarılının tərcümələri

Aleksey Mixayloviç Kolyubakin 
Rusiya Baş Qərargah polkovniki

2-ci yazı: Kürd mənşəli tayfalar

3 –bitişik  Türkiyə, Rusiya və İran sərhədlərin geniş sahəsində yaşayan kürd tayfasının beşiyi, İran Kürdüstanı (Ərdəlan) və ona bitişik  Türkiyənin Şərqi sayılır. Buradan kürdlər tədricən şimala Ərzurum düzünə və Qars platosuna qədər, qərbə Sivas və Ankara, Şərqdə isə Xorasana qədər yayıldılar. Bütün kürdləri 2-3 mln. civarinda hesablayırlar. İranın içində nə qədər kürdün yaşamasını müəyyən etmək çətindir. Əminliklə ancaq onu demək olar ki, onlar 250 mindən az deyil.

Kürdlər hamısı bir dildə, fars dilinə yaxın olan Kurmanci dilində danışır; ancaq bir kiçik hissəsi Ərzincandan cənubda yerləşənlər, fars dilinə daha yaxın olan  Zaza ləhçəsində danışır. Öz yazıları olmadığından kürdlər fars dilində yazışır. Quran ərəbcə oxunur.
Dinlərinə görə kürdlər müsəlman-sünnü, əsasən Şafii məzhəbindəndir, ama aralarında bir neçə təriqət var. Onlardan İslamdan kəskin seçilən Şəmsi-günəşpərəstlər, Ezidi(düşkün mələk abidləri)- kürdləri və qızılbaşlar(şiəliklə bütpərəstliyin qarışığı)var. Şəmsilər və Yezidilər çoxsaylı deyillər və müsəlmanlarla düşmənçilik etmirlər; bu təriqətlərin ardıcılları İranda da var. Qızlbaşlar Dersimdə yaşayır, müsəlmanlar tərəfdən  ikrah olunurlar, onlar isə, öz növbəsində,   eyni münasibət bəsləyərək qarşılıqlı düşmənçilik şəraitində yaşayırlar. Həyat tərzlərinə görə kürdlər  oturaq,  yarıoturaq və köçərilərə bölünə  bilərlər. Köçərilər istisnasız olaraq ancaq maldarlıqla məşğuldurlar və daimi evləri yoxdur. Yarıoturaq kürdlər eyni zamanda həm çoban həm də əkinçidirlər: əsasən maldarlıqla məşğul olsalar da, onlar daimi qışlaqları olur, az və çox dərəcədə torpaq becərirlər. Nəhayət oturaq kürdlər birmənalı olaraq əkinçidirlər: kürdlərin bəzi hissəsi başqa kürdlərdən və türk-tatarlardan təhkimli(rəyyət-təbəə) asılı vəziyətədirlər. Azadlığa sevgi, quldurluğa və yağmaya meyl həmişə kürdlərə xass olub.
İndiki zamanda onlarda oturaqlığın yayılması şəraitində və hər iki hökumətin (Türkiyə) və (İranın) inadlı  tədbirlərinin nəticəsində  quldurluq və soyğunçuluq xeyli azalmışdır. Buna baxmayaraq, faktiki olaraq onların hökumətləri kürdlərin tamamilə  tabe edə bilməyiblər. Köçəri və yarıoturaq kürdlər, böyük tayfalar-əşirətlər təşkil edərək, rəhbərləri tərəfindən tamamilə müstəqil idarə olunurlar. Türkiyə kürdləri indiyə kimi orduya çox az rekrut verir, kiçik  pul vergisi isə ancaq qoyunlara görə alınır. İranda, qarşıda görəcəyimiz kimi, buna xüsusi ilə əlverişli şəraitin olması ilə əlaqədar olaraq, öz müstəqil xassiyətlərini itiriblər və qalan oturaq əhali ilə qarışıblar.  Ancaq bu azlıq təşkil edir, əksəriyət isə Türkiyədə olduğundan da çox müstəqildirlər. Hər iki hökumətin zəifliyi ona gətirib ki, kürdlər təqibdən  qurtulmaq üçün sərhədin hər iki tərəfinə əməlli-başlı yürüşlər edir.
İşlərin gedişi indi də belə durumun qalmasını göstərir.
Əgər Türkiyə tabesində olan kürdlər öz sünnü hökumətinə meyl göstərmirsə (kürdlər bizim ordunun sıralarında(rus ordusu nəzərdə tutulur- qeyd.red.), İran kürdlərinin öz hakimiyətinə qarşı münasibətlərinə  şiələrə qarşı düşmənçiliyi də əlavə etmək olar.  İran üçün xüsusi ilə əlverişli şərait lazımdır ki  kürdlər İran hökuməti ilə əlbir olsun. Kürdlərin şiə farslara və türk-tatarlara düşmənçiliyi yetərincə qabarıq olaraq 1880 ildə olan və dərhal əksər  İran kürdlərinin qoşulduğu şeyx Übeydullanın dağıdıcı yürüşündən, eləcə də şikəklərin şaha qarşı amansız savaşlarından görmək olar.
İran tabeliyində olan kürdlər iki hissəyə bölünür: qərbi, Kürdüstan və Azərbaycan, və şərqi, Xorasan Kürdüstanı.
Qərbi Kürdüstan tayfaları qrupunun  yerləşməsi: Azərbaycan vilayətinin qərb hissəsinə və Kürdüstan (Ərdəlan) və Kermanşah (Loristanın qərb hissəsi) düşür. Olduqları hər yerdə kürdlər yerli əhali ilə qarışıb, Azərbaycanda türk-tatarlarla, Kürdüstan və Kirmanşahda lor mənşəli tayfalarla.
Azərbaycanın kürd tayfaları.
1. Bilbas – Türkiyədə yaşayan böyük quldur tayfanın sahəsi. İran bilbasları Urmu gölünün cənubuna Piş-Derlə  Soyuqbulağa qədər, və Uşnudan Ser –deştə qədər köç edirlər. Bilbaslar demək olar tamamilə köçəridir və kürd tayfaları arasında ən amansızı kimi tanınır. Əvvəllər onlar Azərbaycanın(Cənubi Azərbaycan nəzərdə tutulur qeyd red.) şimal sərhədinə qədər köç edirdilər, lakin oradan türk-tatarlar tərəfindən sıxışdırılmışdılar. Bilbasların əfşarlarla və müqəddəmlərlə savaşları xüsüsi amansızlığı ilə məlumdur. Bilbaslar ancaq şiələrlə deyil, eyni zamanda kürdlərin Türkiyədən olan rəvandux tayfasına qarşı da,  nəhayət, bu əşirətin ayrı ayrı budaqları olan Manqurr və Mamaşlar, gah türk-tatarları, gah da farsları köməyə çağıraraq, öz aralarında savaşırlar.
Bu tayfanın  sayı barədə dəqiq məlumat yoxdur. Roulinsonun, Trikovun və Xurşid Efendinin məlumatlarına görə, qəbul etmək olar ki, bunların sayı 8000 ailə, ya da, hər iki cinsdən 50-60 min  adamdır. Ölkənin hərbi qüvvələrində heç bir iştirakları yoxdur. Onların verdiyi 6000 atlı daha çox düşmən ola bilər, nəinki şahın müttəfiqi. Bilbasların böyük at ilxıları yoxdur, və demək olar ki odlu silah bilmirlər.
2. Mukri (mikri ya da mekrizlər) Azərbaycanın cənub hissəsində, əsasən Soyuqbulağ dairəsində  yaşayan böyük yarıoturaq tayfa. Oturaqlığa meylli və sakit xasiyətli  Mikri əkinçiliklə məşğul olurlar, daimi evləri var, vaxtlı-vaxtında şah hökumətinə vergi ödəyirlər və adi vaxtlarda başqa tayfalarla düşmənçilik etmirlər, ama, öz rəhbərləri və ruhaniləri tərəfindən sürüklənərək, mikri, bütün başqa yarıoturaq kürdlər kimi, ümumi əhval-ruhiyəyə tabe olan, fanatiklərə çevrilirlər- şiə və İran hökumətinə qarşı. Ubeydullanın hucumu zamanında onlar belə etmişdilər:onların böyük hissəsi öz evlərini atıb qiyama qoşulmuşdular.
Qarapapağlarda və başqa türk-tatarlara təhkim olan kürdlər, tamamilə türkləşiblər. Bu tayfanın sayı 10000 ya da  hər iki cinsdən olaraq 60000 adam.
Mikri tayfası 30 000 atlı milisə cəmi  200 atlı verir. Təhkimli durumda olan mikrilər, çox da böyük sayda olmayaraq piyada batalyonlara qəbul edilirlər. Ayrıca hərbi hissə onlar çıxarmır.
Bu tayfanın keyfiyəti barədə danışan Roulinson xüsusi sevgi ilə onların hərbi bacarıqlarını qeyd edir. Onun fikrinə görə mikrilər olduqca cəsurdur, çox yaxşı atlıdırlar və yaxşı atları var. O deyir ki, Mikri  öz kəndlərini və sürülərini qorumağa ayırdıqları atlılardan başqa  5000 qədər  atlı verə bilər.  Tayfanın sayını və at vəsaitini nəzərə alsaq bu çox da mümkündür. Bütün məsələ ondadır ki, Mikri İran hökumətinə yardım etmək istəyəcək ya yox.
3. Zırza- hal-hazırda böyük olmayan tayfa(30 illər vəbası zamanı 5000 ailə tələf oldu), özəl əşirət təşkil etməyərək, əfşarlar, qarapapağlar və başqaları arasında səpələnərək, onlardan təhkimli asılı durumdadırlar. Sonuncular türk-tatarların ağır boyunduruğu altında olaraq və bütövlükdə öz milliyətini  itirərək, tatar tipli sülhsevər, oturaq əkinçilərə çevrilmişlər. Buna baxmayaraq öz sünnülüyünü  qoruyublar.
Azad   olanlar yetərincə öz təbii xasiyətini saxlayıblar: döyüşkənlik, ata sevgi və atletik quruluşu. Nizə, zireh və at onlarda həmişə hazır vəziyətdədi.
Bütün Zırzanın sayını müəyyən etmək çox çətindi. Azad olanlar(Uşnu dairəsində yaşayanlar) ancaq 1000 ailəyə qədər  olar.  Onların atlı milis çıxarması -bilinmir. Təhkimli zırzalar (rəyyət) türk-tatarlarla birlikdə əskər gedirlər.
4. Baradost. Nə vaxtsa böyük tayfa olan Baradostun qalıqları yarıoturaq halda Azərbaycanda ((700 ailə)Uşnu dairəsi, zırzalarla qarışıq halda), Kani-reş(500 ailə)və Baradost dairələrində yaşayırlar. Onlar yoxsul və dağınıqdırlar(pərakəndə).
5. Uşnu dairəsində böyük Türkiyə tabeli Rəvanduz tayfasından(əşirət) 1500 ailə yaşayır; iranlı Rəvanduzlar burada əkdikləri torpaqlara görə yaşayırlar.
6. Türkiyənin kürd Aku əşirətinin də İranın Xoy və Qotur dairələrində  öz nümayəndələri var. Aku ən sülhsevər və zəhmətkeş kürd tayfalarından biridir.
7.
8. Türkiyədə və Rusiyada  yaşayan Cəlami və Zinanlı tayfaları eləcə də Şimali Azərbaycanda qohumları var.
9. Heydaranlı və
10. Səbikli tayfalarının tabeliyi İranla Türkiyə arasında daimi mübahisə mövzusudur. İndi bu mübahisə Türkiyənin xeyrinə həll olunub. İran tabeliyində azad və oturaq əkinçilər qalıb. Sibikli tayfasının mühüm hissəsi Yezidilərdir.
Sadalananlardan başqa Azərbaycanda bir çox kürd tayfaları dağınıq şəkildə yaşayır. Bunlar İranda becərdikləri torpağa və otardıqları sürülərə  görə qalırlar.  Hərbi cəhətdən onların, eyni ilə Baradost, Rəvandüz, Aku, Cəlali  tayfaları kimi heç bir əhəmiyəti yoxdur. Bilbas, Mikri, Zırza tayfalarını saymasaq Azərbaycanın(Güney Azərbaycan nəzərdə tutulur qeyd red.) bütün kürd əhalisini  hər iki cinsdən 30-40 min adam, bu tayfalarla birlikdə hər iki cinsdən  150-160 min. adam. Əgər bunlara bizim türk-tatar tayfası kimi qeydə aldığımız  böyük Şikək tayfasını da əlavə etsək(Ritter və Blaramberq Şikəki türk-tatar tayfası hesab edirlər, bəzi başqaları kürd  tayfası.  qeyd red.) onların sayı Azərbaycanda 275 min adam olar.
ƏRDƏLAN VƏ KİRMANŞAH KÜRDLƏRİ.
Kürdüstanın(Ərdəlan) özəyini Sənnə (Sənəndəj)təşkil edir, ama bəzi başqa yazıçılar etnoqrafik mənada Kürdüstan nəzərdə tutanda bura Azərbaycanın Soyuqbulağ  dairəsini və əhalinin əksər hissəsini təşkil etdiyinə görə Kirmanşah vilayətini də əlavə edirlər.
Fiziki quruluşuna görə Kürdüstan(Sənnə və Kirmanşah) hündür, yaxşı suvarılan vadiləri olan və buna görə də əkinçilik üçün münbit torpağı olan yerdir. Bu vadilər və dağların bu və ya digər dərəcədə əlçatanlığı buranın əhalisinin xasiyətini və həyat tərzini müəyyən edir.
Sənnə vilayəti 6 hissəyə bölünür: Şimalda Sakız və Banə, Merivan və Avroman orta hissəsində, Sənnə və Cavanrud cənubda, inzibati mərkəzi Sənnə şəhəri, orada bu vilayətin valisi yaşayır. Hal-hazırda vilayət Kirmanşah qubernatoruna tabedir. Sənnə vilayəti maldarlığ üçün daha çox yararlıdır nəinki əkinçilik üçün, ama torpaqlar buranın hər yerində becərilir.  Daha səx  əhali  Sənnə və Merivanda, daha az Avroman və Banedə məskunlaşıb.  Kirmanşah vilayəti(əsas şəhəri Kirmanşah) şimalda Kürdüstan, cənubda Loristan, qərbdə Türkiyə sərhədi , şərqdə Həmədan və İraqi-Əcəm arasındadır.  
Ətnoqrafik baxımdan bu vilayəti  iki hissəyə bölmək olar şimal Kürd və cənub Lor hissələrinə. Birinciyə Kürd hissəsinə daxildir: Zoxab dairəsi(şimal-qərb hissəsi), Kirmanşah vadiləri, Kerrind və Kelruhların yerləri(cənub-qərb hissəsi); şimali Murristanı təşkil edən Murr hissəsi.
Kürd hissəsi daha çox əlçatan və becəriləndi: Murristan(xüsusi ilə Puşti-kuh) daha az; becərilir və daha çox yarıoturaq  lor  və qismən də kürd  tayfaların  otlaqı  kimi istifadə olunur.
Ərdəlan (bilavasitə Kürdüstan) və Kirmanşahda bir neçə kürd tayfası yaşayır və köç edir məhz: Caf, Zincabi, Qurani və Kelruhlar ölçülərinə və əhəmiyətinə görə ən mühümləridir.
11. Caf, böyük,  qismən köçəri, qismən yarıoturaq, hər iki qonşu dövlətin ərazisində yaşayır.
Türkiyə tabeliyində olan Cafların bir qədər hissəsi daimi olaraq İran Kürdüstanında yaşayır, ama əksəriyəti ora Türkiyədə yaylağa gəlir. Bu köç edən  Süleymaniyə cafları adlandırılan Caflar(onlar Türkiyənin Süleymaniyə sabcağında qışlayırlar)narahat xasiyətləri ilə seçilirlər, öz hakimiyətinə az, ondan da  az  İran hökumətinə tabe olurlar.  İran hakimiyəti Caflara Sənnə vilayətində, vilayətin dağıdılması və narazılığı təhlükəsi qarşısında, köç etməyə qadağan edə bilmir; ama heç olmasa bir qədər cafların özbaşınalığını məhdudlaşdırmaq üçün, onların köçü zamanı  Kürdüstanın nizami hissələrindən kiçik mühafizə dəstələri yollara  çıxarılır.  Türkiyə tabeli köçəri cafları  İranda  4-5 min ailə  hesablamaq olar. İran tabeli caflar da əksərən maldar olsa da, daha oturaq tərzdə yaşayır, qonşuları ilə dolanırlar və üzərlərində bir qədər hakimiyət tanıyırlar. Bu xeyli dərəcədə onların başqa kürdlər, lorlar və hətta tatarlar arasında səpələnməsi ilə izah olunur. Onlar əsasən Cavanrud sahəsində Zohab dairəsində; daha  az hissəsi –Merivan sahəsində Sənnə və Kirmanşah ətrafında və bu iki vilayətin başqa yerlərində yaşayırlar.
Bütünlüklə İran tabeliyində olan caflar əldə olan məlumatlara görə  3500-4000 min ailə  və yaxud hər iki cinsdən olaraq  20-25 min nəfər adam hesablamaq olar, ama hal-hazlrda guman ki, onlar daha çoxdur. Bütün caflar sünnüdür. İran cafları bu yerlərin ən karlı kürdləri sayılır, yaxşı silahlanır və geyinirlər, böyük at ilxıları var. Ama hərbi qüvvələrdə heç bir iştirakları yoxdur, nə nizami nə də milis qoşunlarında.
12. Zincabi(Zingənə) vaxtı ilə böyük olmayan tayfa, indiki zamanda başqa kürd və lor tayfaları ilə qarışaraq 5000 ailəyə qədər böyümüşdür. Zincablar Kirmanşah vilayətində, əsasən Zohab dairəsində  yaşayırlar. Zincabların əsas məşğuliyəti daşımadır. Bu məqsədlə onlar böyük sayda qatır saxlayır; bu qatırlarla onlar məqbul məbləğə uzun məsafələr qət edirlər. Xasiyətə görə sakitdirlər  və hakimiyətə o qədər tabedirlər ki, nizami qoşunlara əskər verirlər.

1883-cü il oçerki                     Tərcümə etdi: Vüqar Xəzaralı

Комментариев нет:

Отправить комментарий