03.08.2013

Oxu bülbülüm oxu

Leyla Namazova

Oxu bülbülüm oxu
Məst et məni o səsinlə
O gözəl nəğmənlə sən,
Nəğmənə söz ola bilməz
O nəğmə tək nəğmə yox,
O incə, zərif nəğmədən,
Heç bir yerdə tapılmaz,
Füsünkar səsinlə birtək
Ürəkdəsən hər an sən,
Səsin səslərdən gözəldi
Saf,mehriban səslərdən,
Bitib tükənməyən səsdəndi
Sənin səsin bülbülüm,


Oxu bülbülüm oxu
Səsini duyduqca sənin
Rahat oluram sanki,
Dincəlirəm hər an sənin
Nəğməni dinləyəndə,
O səsin aparır məni
Fikir düşüncələrə tək,
Xəyallar da yaxın olur
O gözəl anda mənə,
İlham qanadlarında uçuram,
Sevirəm sevinirəm,
Səsində duyuram sanki
O saflığı, sevgini,
O hisslər səsində boldu
Əvəzsizdi, zərifdi

Oxu bülbülüm oxu
Sənin nəğməndə duyulur
Sevgi hissləri birtək,
Sanki sevgi nəgmələri
İfa edirsən canlı,
Məlahətli səsin sənin
Alışıbdı sevgiyə,
Sevgi hissləri cəmləşib
O möhtəşəm nəğməndə,
Səsində o sevgi hissi
Açıq aşkar görünür

Oxu bülbülüm oxu
Dayanma bircə oxu,
İstərdim sənin səsini
Eşidəm mən həmişə,
Səslə, səslə o nəğməni
O möhtəşəm nəğməni,
Bircə sən dayanma əsla
Qoyma o nəğmə bitsin,
Bitib, tükənməz, ölməzdi,
O gözəl nəğmən sənin,
Məni dərd, əzabdan alan
Nəğmələrin nəğməsi

Oxu bülbülüm oxu
Səsin mənə qüvvə verir
Qəm qüssədən ayırır,
Uzaqlaşıram hər dərddən,
Hər fikirdən,əzabdan
Nə gədər ki yaşayıram
Nə gədər ki mən varam,
Nə gədər nəfəs alıram,
O möhtəşəm ifadan,
Nə gədər könlümdə mənim
Sevgi məhhəbət varsa
O gədər o gözəl nəğmə,
Ürəkdə yaşayacaq

Комментариев нет:

Отправить комментарий